“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 76-cı kitabı çapdan çıxıb
24.01.2019 [09:53]
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 76-cı kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2016-cı ilin sentyabrından oktyabr ayınadək olan dövrü əhatə edir.
Həmin dövrdə Azərbaycanın yüksək səviyyədə təmsil olunduğu mühüm beynəlxalq tədbirlərdən biri İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi olub. Prezident İlham Əliyevin bununla əlaqədar Türkiyəyə işgüzar səfəri zamanı keçirdiyi görüşlər barədə informasiyalar, Azərbaycan və Türkiyə prezidentlərinin “Space” televiziyasının müxbirinin sualına cavablarının və dövlətimizin başçısının konqresdə çıxışının mətnləri kitabda yer alıb. Dövlətimizin başçısı çıxışında deyib: “Enerji təhlükəsizliyi məsələləri gələcəkdə də öz həllini tapmalıdır. Təbii qaynaqlarla zəngin olan ölkələr, tranzit ölkələr, istehlakçı ölkələr burada bir komanda kimi fəaliyyət göstərməlidir, heç bir əsassız rəqabətə yol verilməməlidir, sağlam rəqabət aparılmalıdır. Neft-qaz hasil edən və ixrac edən ölkələr arasında daha çox anlaşma olmalıdır. Azərbaycan hər zaman bunun tərəfdarı olub ki, burada biz xalqlarımızın, ölkələrimizin maraqlarını təmin edə bilək. Bizim enerji siyasətimiz imkan verdi ki, biz özümüz də xarici ölkələrə sərmayə qoyaq”.
Kitaba Prezident İlham Əliyevin Azərbaycana səfər etmiş Roma Papası Fransisk ilə görüşünün materialları, Venesuela Bolivar Respublikası və Xorvatiya Respublikası prezidentləri ilə apardığı danışıqlara dair informasiyalar, dövlət başçılarının mətbuata bəyanatlarının, Prezident İlham Əliyevin Azərbaycan-Xorvatiya Biznes Forumunda çıxışının mətnləri daxil edilib. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək olmağa çağırıb.
Çoxcildliyin 76-cı kitabında, həmçinin Prezident İlham Əliyevin Rusiya, Belarus, Pakistan, Türkiyə, Bolqarıstan, Tacikistan, ABŞ, Rumıniya və digər dövlətlərin, AŞPA, Afrika İttifaqı, ATƏT və Avropa İttifaqının ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini, Bakının ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin yüksəksəviyyəli iştirakçılarını qəbul etməsinə dair materiallar yer alıb.
Oxucu bu cilddə dövlətimizin başçısının Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda nitqinin, Rio-de-Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşündə çıxışının, V Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində söylədiyi nitqin, “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi geniş müsahibəsinin mətnləri ilə də tanış ola bilər.
Bu kitabda Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqinin mətni, Mingəçevir və Sumqayıt şəhərlərinə, Qazax və Ağstafa rayonlarına səfərləri zamanı iqtisadi və sosial infrastruktur obyektlərinin açılışlarında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşləri haqqında materiallar da verilib.
Nəşrə ölkə rəhbərinin “ADEX-2016” II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin, VII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına müraciətlərinin mətnləri, habelə müxtəlif məktubları daxil edilib.
Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.
“Azərnəşr” tərəfindən buraxılan 76-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

