Əli Kərimlinin adı yenidən maliyyə maxinasiyasında hallanır
01.02.2019 [09:40]
AXCP sədrinin yaxın adamlarının cinayət işi üzrə məhkəmə prosesində maraqlı faktlar aşkar olunub
Xalq tərəfindən dəstəklənməyən, yalnız sosial şəbəkələrdəki varlığı ilə özünü siyasi palitrada saxlamağa cəhd göstərən radikal müxalifət düşərgəsinin hər zaman əsas amalı maddi təminat əldə etmək olub. Daha doğrusu, radikal ünsürlər həmişə ermənipərəst, antimilli təşkilatlarla əlaqələr qurub ianələr almağı özlərinə peşə ediblər. Belə əməlləri ilə daha çox “məşhurlaşan” isə AXCP sədri Əli Kərimlidir. İllərdir ki, AXCP-dən özünün korporativ maraqları və biznes vasitəsi kimi istifadə edən Əli Kərimli partiyasına gələn ianələri mənimsəyir, öz şəxsi məqsədlərinə sərf edir. Təbii ki, illərdir işləməyən, maaş almayan Əli Kərimlinin bahalı, lüks həyat sürməsi, xarici markalı avtomobillərdə gəzməsi, saysız cangüdənlər saxlaması, oğlu Türkelin London barlarında sağa-sola pul xərcləməsi bu deyilənləri təsdiqləyir.
Qeyd edək ki, AXCP sədri Ə.Kərimlinin adı yenidən pul maxinasiyasında hallanmaqdadır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirovun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib və ortaya maraqlı faktlar çıxıb. Prosesdə şahid qismində dindirilən Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Təzəxan Mirələmli yeni faktlar dilə gətiriblər.
Şahid qismində dindirilən Heydər Əhmədov məhkəmə ifadəsində göstərib ki, 2016-cı ilin dekabr ayından yaşayış qaydalarını pozduğuna görə Rusiyadan Azərbaycana deport olunub, bundan sonra ABŞ dollarının banklardan kənar köçürülməsi işi ilə məşğul olub. ABŞ dollarının köçürülməsi üçün bacısının həyat yoldaşı Aslan Qəhrəmanovun ona Rusiyadan göndərdiyi təxminən 15-20 min ABŞ dollarını gün ərzində Aslan tərəfindən ona adları “vatsap” vasitəsilə göndərilən şəxslərlə 5 №-li xəstəxananın qarşısında görüşərək onlara çatdırıb və etdiyi xidmətə görə aylıq 500 manat qazancı olub.
Heydər Əhmədov ifadəsində həmçinin qeyd edib ki, sonradan tanıdığı Vidadi Rüstəmlinin anket məlumatlarını da Aslan 2017-ci ilin may ayında “vatsap” vasitəsi ilə onun istifadə etdiyi mobil telefona göndərib. Həmin vaxtı Aslan ona yazaraq Vidadiyə 37 min ABŞ dollarına yaxın pul verməyini bildirib. Aslanla telefon yazışmalarından sonra səhəri gün Vidadi Rüstəmli ilə 5 №-li xəstəxananın qarşısında görüşərək həmin 37 min ABŞ dollarına yaxın pulu ona verib. Bundan sonra Vidadi Rüstəmli onunla “vatsap” vasitəsi ilə əlaqə saxlayıb, ötən ilin aprel ayına qədər olan müddət ərzində ayda bir dəfə olmaqla onun adına Rusiyadan göndərilmiş 5.000 ABŞ dolları pulu həmişə olduğu kimi, 5 №-li xəstəxananın qarşısından gəlib götürüb.
Şahid Ceyhun Hüseynov isə məhkəmədə ifadəsində göstərib ki, təxminən 3 ilə yaxın müddətdir ki, Rusiya vətəndaşı olan və Moskvada yaşayan Salman adlı şəxsin müxtəlif insanlar vasitəsi ilə Rusiyadan Bakıya göndərdiyi pul vəsaitini qəbul edir, daha sonra Salmanın tapşırığına əsasən dediyi şəxslərə çatdırır. Buna görə də Salman hər ay ona 500 ABŞ dolları pul verir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Vidadi Rüstəmli də Salmanın göndərdiyi pullardan bir ildən artıq müddət ərzində hər ay mütəmadi olaraq gəlib hər dəfə 4-5 min ABŞ dolları pul götürüb. C.Hüseynov vurğulayıb ki, hətta bir dəfə Vidadi ondan 50 min ABŞ dolları məbləğində pul götürüb.
Şahid qismində ifadə verən Rauf İsgəndərov isə məhkəmədə dindirilərkən bildirib ki, bank əməliyyatı olmadan ABŞ dollarının köçürülməsi işi ilə məşğul olur. Rauf İsgəndərov həmin işi hazırda Moskva şəhərində yaşayan atası Sahibin vasitəsi ilə qurduğunu qeyd edərək qanunsuz qaydada köçürmə yolu ilə pul verdiyi şəxslərdən birinin də Vidadi Rüstəmli olduğunu bildirib. R.İsgəndərov istintaq zamanı verdiyi ifadəni təsdiq edərək deyib ki, təxminən 2016-cı ilin əvvəllərindən 2017-ci ilin sonlarınadək AXCP üzvü Vidadi Rüstəmliyə hər dəfə müxtəlif məbləğlərdə pullar verib. V.Rüstəmliyə, 2016-cı ilin mart ayından etibarən Gədəbəy rayonunda ayda bir dəfə, bəzən isə ayda iki dəfə olmaqla müxtəlif məbləğlərdə pullar verib. Verdiyi ən az məbləğ 300-400 ABŞ dolları, ən çox isə 3.000 ABŞ dolları olub.
AXCP-nin nəzarət-təftiş komissiyasının üzvü olan Təzəxan Mirələmli isə ifadəsində göstərib ki, Polşada yaşayan Elturan Rüstəmli onun facebook səhifəsinə yazıb Əli Kərimlinin çıxışlarının nəyə görə keyfiyyətsiz olduğunu soruşub, ona deyib ki, ola bilsin ki, kameralar köhnədir. Bundan sonra Elturan ondan xahiş edib ki, bir nəfər tanışı ilə vebkamera və mikrofon göndərəcək, həmin şəxslə görüşüb əşyaları ondan alıb Əli Kərimliyə vermək lazımdır. 2018-ci ilin mart ayında Elturanla əvvəldən vaxtını təyin etdikləri kimi, Vidadi ilə Gənclik metrostansiyasının yanında görüşüb və vebkamera və mikrofonu ondan alaraq Əli Kərimliyə çatdırıb.
Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs Vidadi Rüstəmli Heydər Əhmədovdan 37 min ABŞ dolları, Ceyhun Hüseynovdan isə 50 min ABŞ dolları məbləğində pulları aldığını etiraf edib.
Göründüyü kimi, özünün gücsüzlüyünü, xarici antimilli dairələrdən asılılığını pərdələməyə çalışan, keçmiş partiyadaşlarını, düşərgədaşlarını cinayətlərə sövq edən Əli Kərimli artıq dalana dirənib. O, xaricdən qaranlıq səbəblərlə göndərilən pulları mənimsəməklə məşğul imiş. Bu isə cəmiyyətlə yanaşı, AXCP üzvlərində də Ə.Kərimliyə qarşı ikrah hissi yaratmaqdadır. Məhz bu səbəbdəndir ki, artıq Əli Kərimlinin ətrafında olan şəxslər də onun AXCP-yə özünün biznes qurumu kimi yanaşdığını, partiya üzvlərini istismar etməyə çalışdığını etiraf edirlər.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

