/ / Siyavuş Novruzov: “Freedom House” insan hüquq və azadlıqlarının müdafiəçisidirsə, məcburi köçkünlərin hüquqlarını qorusun
Siyavuş Novruzov: “Freedom House” insan hüquq və azadlıqlarının müdafiəçisidirsə, məcburi köçkünlərin hüquqlarını qorusun
09.02.2019 [10:58]
“Freedom House” təşkilatı növbəti hesabatını dərc edib. Həmin hesabat siyahısında son dövrlər Azərbaycanda aparılan uğurlu siyasi-iqtisadi islahatlar, beynəlxalq layihələrdə dövlətimizin donor və təşəbbüskar rolu nəzərə alınmayıb. İnsan hüquq və azadlıqlarının qorunması, fikir plüralizmi ilə bağlı keçdiyi yola işıq salınmayıb. Nəticədə adıçəkilən təşkilat hesabatında növbəti dəfə ölkəmiz əsassız qərəzlə üzləşib.
Məsələyə münasibət bildirən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov hafta.az-a açıqlamasında deyib ki, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra “Freedom House”, “Human Rights Watch”, “Sərhədsiz reportyorlar”, “Soros” fondu, Amerika Birləşmiş Ştatlarının müəyyən qeyri-hökumət təşkilatları, Avropadakı bəzi deputatlar ölkəmizə sırf qərəzlə yanaşıblar. Millət vəkilinin sözlərinə görə, bunun da iki qütbü və səbəbi var: “Birincisi, bunların idarə heyətlərində erməni lobbisi tərəfindən təmsil olunanlar və oradan maliyyələşənlər, ikincisi, Azərbaycanın siyasi, iqtisadi uğurlarını həzm edə bilməyən qüvvələr mövcuddur. Yəni, bu qüvvələr Azərbaycanda iqtisadi inkişafı görürlər. Görürlər ki, ölkəmizdə problemlər həll olunur. Baxırlar ki, burada yeni iş yerləri açılır. Azərbaycanda olan ictimai-siyasi sabitliyi, xalq-iqtidar birliyini müşahidə edirlər. Eyni zamanda, Azərbaycan Prezidentinin xalqın maraqlarını ən yüksək səviyyədə təmsil etdiyinin şahidi olurlar. İstər Davos Forumunda, istərsə də başqa-başqa forumlarda, Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə ölkə başçısı Azərbaycanı layiqincə təmsil edir. Ölkəmizdə multikulturalizm, tolerantlıq, dinlərarası münasibətlərin çox yüksək səviyyədə olduğunu görürlər. O boyda Fransa, paytaxtı Paris od tutub yanır, bir kəlmə bu haqda söz açmırlar. İnsanların dırnaqlarını çıxarırlar. Yaralayırlar. Mindən artıq insan həbs olunub. Sərbəst toplaşmaq azadlıqlarını yerinə yetirdiklərinə görə dəmir barmaqlıqlar arasına salınıblar”.
Millət vəkili bildirib ki, Avropada öz hüquqlarının müdafiəsinə qalxdıqları üçün insanlar rezin güllələrə tuş gəlir. Onlara qarşı boğucu qazdan istifadə olunur: “Su şırnaqları ilə sadə insanlara qarşı zorakılıqlar tətbiq olunur. Bütün bunlara baxmayaraq, yuxarıda adları çəkilən təşkilatlar Avropadakı, Amerikadakı həmin özbaşınalıqlarla bağlı hər hansı bəyanat vermir. Hesabat hazırlamır”.
Millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, bu yaxınlarda Ermənistanda müxalif siyasi partiyalardan birinin müavini həbsxanada aclıqdan və işgəncədən dünyasını dəyişdi. Hazırda nə qədər insan istintaqsız məsuliyyətə cəlb olunub. Onlara işgəncələr verilir. Lakin “Freedom House” kimi təşkilatlar bu faktlarla bağlı indiyə qədər hər hansı hesabatı beynəlxalq ictimaiyyətə təqdim etməyib: “Buraya onlarla başqa-başqa ölkələrin adlarını da daxil etmək olar. Onların heç biri Ermənistanda baş verənlərə hər hansı bir münasibət bildirməyib. Nə Avropa Şurası, nə ATƏT-in Parlament Assambleyası, nə də Avropa Parlamenti Ermənistanda, eləcə də Qərb ölkələrindəki insan hüquq və azadlıqlarının pozulması hallarına qarşı heç bir münasibət sərgiləməyib. Amma Azərbaycanda bir nəfərə bir söz deyən kimi bunların hamısı bəyanat verirlər. Özü də bu bəyanatlar ədalətsiz, heç bir həqiqətə uyğun olmayan, əsassız bəyanatlardır. Hələ məhkəmə olmadan, hər hansı hüquqi qərar qəbul edilmədən bunlar istintaqın gedişinə təsir və təzyiq göstərməyə çalışırlar. O baxımdan da bunlar qərəzlidirlər. Həmin təşkilatlar neçə illərdir ki, ölkəmizə bu cür təzyiqlər göstərməyə çalışırlar. Amma biz onların heç birini hesabat saymırıq. Çünki onların hər hansı Azərbaycan insanı ilə bağlı qərar qəbul etmək fikri yoxdur. Heç onların hüquqlarını müdafiə etmək niyyətlərində də deyillər. Onların yeganə məqsədi Azərbaycana bu cür yollarla təzyiq göstərməklə ölkəmizin təbii sərvətlərindən bu və ya digər formada güzəştli şəkildə istifadə etmək, öz maraqlarını həyata keçirməkdir”.
Millət vəkili bildirib ki, əgər bunlar insan haqlarının və hüquqlarının müdafiəçisidirsə, bir milyondan artıq insanın hüququ pozulub. Qaçqınlarımız var. Bütün hüquqlardan məhrum ediliblər. Onların hüquqlarının müdafiəsinə qalxsınlar: “Onlar öz ata-baba yurdlarından didərgin salınıblar. Yerli özünüidarə orqanlarında seçmək, seçilmək hüququndan məhrum ediliblər. Ermənilərin ərazilərimizin beşdə birini işğal etməsi nəticəsində məcburi köçkünlərimiz mülkiyyət hüquqlarından məhrum ediliblər. Mənəvi hüquqlardan məhrum olunublar. Valideynlərinin məzarlarını ziyarət edə bilmirlər. Xocalı kimi soyqırım törədilib. İndiyə kimi bunlarla bağlı bir kəlmə də olsun fikir səsləndirməyiblər. Ortada faktlar, məhkəmə qərarları var. Hətta “Çıraqov qardaşlarının işi” Avropa məhkəməsinə çıxarıldı. 200 min insan Ermənistandan didərgin salındı. Əmlakları əlindən alındı. “Freedom House”, “Human Rights Watch” kimi təşkilatlar insan hüquq və azadlıqlarının müdafiəçisidirsə, bunlara da münasibət bildirsinlər. Guya peşə faliyyəti ilə bağlı həbslər baş verib. Hansı peşə fəaliyyəti ilə məşğul olmasından asılı olmayaraq hər kəsin hüququ qanun qarşısında bərabərdir. Bu istər Avropada, istər Amerikada, istərsə də Azərbaycanda belədir, qanunu pozursansa, qanunun aliliyi tətbiq olunur. Azərbaycanda da qanunu pozanlar məhkəmə qərarı ilə cinayət məsuliyyətinə cəlb edilib. Əgər kiminsə şikayəti varsa, Apelyasiya Məhkəməsinə, Ali Məhkəməyə, Konstitusiya Məhkəməsinə müraciət edə bilər. Vətəndaşın birbaşa müraciət etmək hüququ var. Əgər orada verilən qərarla qane olmursa, Avropa Məhkəməsinə müraciət edə bilər. Heç bir hüquqi prosedur qəbul edilmədən bu kimi təşkilatlar qərar qəbul edirlər. Bu baxımdan, həmin təşkilatların məsələyə bu cür yanaşmaları qərəzlidir və məqsədlidir”.
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50

