Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20.04.2019 [10:28]
Xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin rəhbərləri Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə aprelin 19-da Şamaxı rayonuna səfər ediblər.
Səfərin məqsədi Şamaxı rayonunun sosial iqtisadi inkişafı, rayonda aparılan abadlıq-quruculuq işləri, o cümlədən turizm infrastrukturu ilə yaxından tanış olmaqdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində qonaqlar əvvəlcə Şamaxının qədim yaşayış məskənlərindən olan Dəmirçi kəndinə gəliblər. Burada onları rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qarşılayıb. Qısa görüşdən sonra diplomatik nümayəndəliklərin rəhbərləri kənddə arxeoloji muzeydə, sənətkarlıq emalatxanasında, habelə məsciddə olublar. Onlara kənddə aparılan arxeoloji tədqiqatlar, III əsrə aid aşkar olunan qəbirlər, yerli ustalar tərəfindən hazırlanan sənət nümunələri haqqında, eləcə də həyata keçirilən yenidənqurma, tikinti-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Sonra qonaqlar Şamaxı Astrofizika Rəsədxanasına gəlib, aparılan elmi tədqiqat işləri ilə maraqlanıblar.
Diplomatik korpusun rəhbərləri Şamaxı şəhəri Səttar Bəhlulzadə küçəsində Vüqar Teyfurova məxsus evdə olublar. Qeyd edək ki, bu ev fevralın 5-6-da baş verən zəlzələ nəticəsində yararsız vəziyyətə düşmüşdü. Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən operativ tədbirlər nəticəsində rayonda zəlzələdən zərərçəkən digər evlər kimi Vüqar Teyfurovun evi də yenidən tikilib. Rayon İcra Hakimiyyətin başçısı Tahir Məmmədov qonaqlara zəlzələnin nəticələri, vətəndaşlara dəyən zərərin aradan qaldırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Sonra diplomatik korpusun rəhbərləri Azərbaycanın və Şərq memarlığının nadir incilərindən biri, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan, 743-cü ildə inşa edilən Şamaxı Cümə məscidinə gəlib, onun tarixi barədə maraqlanıblar.
Bildirilib ki, 1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda da qanlı soyqırımı aktı həyata keçirilib. Ən böyük qırğın Cümə məscidində baş verib. Şamaxılıların Allah evi kimi məscidə sığındığını görən ermənilər burada yanğın törədərək təqribən 1700 günahsız insanı qətlə yetiriblər.
Diqqətə çatdırılıb ki, Şamaxı Cümə məscidi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində əsaslı təmir olunub. Bərpa və yenidənqurma işlərinə 2010-cu ilin martında başlanılıb. 2013-cü il mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məscidin açılış mərasimində iştirak edib.
Qonaqların sonuncu səfəri Meysəri şərab zavodu olub. Burada onlar zavodun fəaliyyəti, istehsal prosesləri barədə məlumatlandırılıblar.
Şamaxıya səfərdən aldığı təəssüratı AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşən Braziliyanın ölkəmizdəki səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz deyib: “Bu səfər Azərbaycan tarixini və mədəniyyətini öyrənmək baxımından çox əhəmiyyətlidir. Şamaxıya ilk dəfədir gəlirəm. İndi mənim bu bölgə barədə çox gözəl təəssüratlarım var. Bu yerlər çox səfalıdır. İnsanları da qonaqpərvərdir. Dəmirçi kəndində mətbəxinizin zənginliyinin bir daha şahidi oldum”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

