Milli Məclisin növbəti iclası keçirilib
04.05.2019 [10:22]
İclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı təqdim olunub
Mayın 3-də Milli Məclisin növbəti iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov gündəlikdəki məsələləri təqdim etdikdən sonra müzakirələr başlayıb.
Əvvəlcə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunu ikinci səsverməyə çıxarılaraq qəbul olunub. Sonra Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatı müzakirəyə çıxarılıb. Məlumatı Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov təqdim edib. Vilayət Eyvazov bildirib ki, transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərindən olan insan alveri dünyada, eləcə də hər bir ölkədə sabitliyin əsaslarına, qanunun aliliyinə təhdid yaradan və insan hüquqlarını pozan əməllərdəndir. Eyni zamanda, bu sahədə fəaliyyət göstərən kriminal qrupların yüksək təşkilatlanma səviyyəsi və miqyasının sürətlə genişlənməsi baxımından XXI əsrin kəskin problemlərindən olaraq daim dünya birliyinin və nüfuzlu beynəlxalq təşkilatların diqqət mərkəzindədir. Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının 2019-cu ildə yaydığı növbəti qlobal hesabatda dünyanın əksər ölkələrində insan alveri cinayətlərinin sayının artması, bu əməllərin cəzasızlıq mühitinin hökm sürdüyü silahlı münaqişə zonalarında daha geniş yayılması, onun qurbanları arasında qadınların və azyaşlı qızların xüsusi çəkisinin yüksək - təxminən 70 faiz həddində olması qeyd edilir. Aşkarlanmış cinayətlərin isə 59 faizini cinsi istismar, 34 faizini məcburi əmək faktlarının təşkil etməsi, ayrı-ayrı dövlətlərdə insan alverinin qanunsuz transplantasiya, cinayətkar fəaliyyətə cəlbetmə və övladlığa götürmə yolu ilə törədilməsi kimi növləri xüsusi vurğulanır. Bununla belə, insan alverinin qarşısının alınması, qurbanların hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər bir an belə səngiməyib. Hesabatda təkcə ötən il 17 min 880 insan alveri cinayətinin, 100 mindən çox qurbanın müəyyən edilməsi, təqsirli şəxslər barəsində məhkəmələr tərəfindən 7045 ittiham hökmünün çıxarılması əksini tapıb.
Qeyd olunub ki, insan alverinə qarşı mübarizənin kompleks və sistemli aparıldığı ölkələrdən olan Azərbaycan Respublikasında da sayca üçüncü Milli Fəaliyyət Planı ilə qarşıya qoyulmuş vəzifələr aidiyyəti dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq tərəfdaşlarla birgə ardıcıllıqla və tam yerinə yetirilib. Bu sahədə qlobal çağırışlara cavab verən qanunvericilik bazasının formalaşdırılması üzrə fəaliyyət çərçivəsində “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununda insan alverinin qurbanı olmuş şəxslərin ödənişsiz psixoloji yardım almaq hüququ, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunda isə yeniyetmələrin ictimai mənəviyyata, milli və əxlaqi dəyərlərə zidd materiallardan müdafiəsi mexanizmləri təsbit olunub. Dövlət başçısının “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci ildə imzaladığı Fərmana əsasən “DOST” mərkəzlərində göstərilən sosial xidmətlər sırasında insan alveri qurbanlarının reabilitasiyasının təşkil edilməsi ilə bağlı tədbirlər də nəzərdə tutulub.
Bildirilib ki, insan alverinə qarşı mübarizədə əldə olunmuş nəticələr, əməkdaşlığın perspektivləri, birgə layihələrin əhatə dairəsinin genişləndirilməsi ötən il ABŞ Dövlət Departamentinin, bu ölkənin və bir sıra digər dövlətlərin Azərbaycandakı səfirliklərinin, Beynəlxalq Miqrasiya Təşkilatının, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin təmsilçiləri ilə görüşlərdə ətraflı müzakirə edilib. Mənşə və təyinat ölkələrindən olan Türkiyə, Özbəkistan, İran və Birləşmiş Ərəb Əmirliklərinin aidiyyəti dövlət orqanlarının nümayəndələri ilə görüşlər zamanı məlumat mübadiləsinin intensivliyinin artırılması, axtarışa elan edilmiş təqsirləndirilən şəxslərin ekstradisiyası və başqa vacib məsələlərlə bağlı razılıq əldə olunub.
Daxili İşlər Nazirliyinin 40-a yaxın ölkənin aidiyyəti dövlət strukturları ilə imzaladığı 100-dən çox müqavilə insan alverinin qurbanı olmuş Azərbaycan vətəndaşlarının digər dövlətlərdə yerinin operativ müəyyən edilməsində, bu cinayətləri törədənlər haqqında məlumatların toplanılmasında, birgə tədbirlərin keçirilməsində real nəticələr verməkdədir. Bununla yanaşı, bir sıra mötəbər beynəlxalq qurumlar, o cümlədən BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq, Beynəlxaq Miqrasiya və digər təşkilatlarla həyata keçirilən birgə işlərin böyük bir hissəsi bilavasitə insan alveri probleminə və onun həlli yollarına həsr olunub. Məcburi əməyin qarşısının alınması, bu hüquqazidd əməllərə şərait yaradan halların aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələr də planlı şəkildə yerinə yetirilib.
Diqqətə çatdırılıb ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən aparılan yoxlamalarla 79 tikinti obyektində 946 nəfərin əmək və ya xidməti müqavilə olmadan işləməsi aşkar edilib. Yol verilmiş pozuntularla bağlı 6 təşkilat barədə Respublika Prokurorluğu tərəfindən cinayət işləri başlanılıb, 35-i haqqında 527 min manat məbləğdə inzibati cərimə, 27-si barədə 468 min manat vergi sanksiyası tətbiq olunub.
Ölkədə olma və yaşama qaydalarını pozan 19 min 210 əcnəbinin inzibati məsuliyyətə cəlb edilməsi və onlardan 3740 nəfərinin respublikanın hüdudlarından çıxarılması da məcburi əməyin profilaktikasında mühüm əhəmiyyət kəsb edib. Uşaq əməyinin istismarının qarşısının alınması məqsədilə keçirilmiş tədbirlər zamanı ailə mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan, küçələrdə işləyən və dilənçilik edən 450 uşaq müəyyən olunub. Aparılmış yoxlamalarla həmin uşaqların insan alverinin və ya məcburi əməyin qurbanı olması təsdiqlənməyib.
Bildirilib ki, keçirilmiş monitorinqlər nəticəsində baxımsız qalmış 75 yetkinlik yaşına çatmayana və onların valideynlərinə ixtisaslı hüquqi və psixoloji yardım göstərilib, həmçinin övladlığa götürülmüş, qəyyumluğa və himayəyə verilmiş 143 uşağın hər biri sosial yardımlarla əhatə olunub. İnsan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsi sahəsində fəaliyyət, əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də məqsədyönlü xarakter daşıyıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 144 insan alveri, 4 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 35 cinayət qeydə alınıb, 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib.
Azərbaycanda da dövlətimizin güclü siyasi iradəsi sayəsində insan alverinə qarşı mübarizədə dünya standartlarına uyğun institusional islahatlar aparılıb, zəruri təşkilati və praktiki tədbirlər həyata keçirilib.
Qeyd olunub ki, idarələrarası əməkdaşlığın möhkəmləndirilməsi, o cümlədən İnsan Alveri Qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi çərçivəsində fəaliyyət göstərən 14 mərkəzi icra hakimiyyəti orqanının nümayəndələrindən ibarət İdarələrarası Komissiyanın fəaliyyəti də səmərəli olub.
İnsan alverinin doğurduğu təhlükələr barədə ictimaiyyətin məlumatlandırılması işində vətəndaş cəmiyyəti nümayəndələrinin və kütləvi informasiya vasitələrinin iştirakı ilə respublikanın bütün şəhər və rayonlarında 237 mədəni-kütləvi tədbir, o cümlədən çoxsaylı treninq və seminarlar keçirilib. Profilaktik iş, demək olar ki, əksər məktəbləri, lisey, kollec və uşaq evlərini əhatə edib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə beynəlxalq cinayətkar şəbəkənin ölkəmizdə fəaliyyət göstərməsinin qarşısı alınıb, 2 mütəşəkkil dəstə, 58 cinayətkar qrup zərərsizləşdirilib. Müəyyən edilmiş 356 qurbandan 312-si təhlükəsiz sığınacaqlara yerləşdirilib və hər birinə birdəfəlik müavinət, 280 qurbana isə Kömək Fondundan yardımlar verilib. Daha 124 nəfər işlə təmin edilib, 188 nəfər peşə kurslarına cəlb olunub və onların bir çoxu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Yardım Mərkəzlərində qeydiyyata götürülüb. Səhiyyə Nazirliyi tərəfindən 706 insan alveri qurbanına və potensial qurbana tibbi yardım göstərilib.
Müzakirələr zamanı çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov illik məlumatı müsbət qiymətləndirib. S.Novruzov bildirib ki, ölkəmizdə insan alverinə qarşı güclü mübarizə aparılır. Onun sözlərinə görə, dünyanın bir sıra regionunda müharibələr, münaqişələr artdığı üçün insan alveri də artır: “Eyni zamanda, insan orqanlarının alveri də bu münaqişələr nəticəsində artır. Bu gün insan orqanlarının alveri, qanunsuz əməyə cəlb olunmaq kimi problemlər də ciddi narahatlıq doğurur. Biz çalışmalıyıq ki, bu problemlər ölkəmizə idxal olunmasın. Belə hallarla mübarizə təkcə hüquq-mühafizə orqanlarının deyil, hər bir vətəndaşın işidir. Bütün cəmiyyətimiz buna qarşı mübarizə aparmalıdır”.
İclasda çıxış edən digər millət vəkilləri də illik məlumatı müsbət qiymətləndiriblər. Müzakirələrin sonunda Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatı qəbul olunub.
Daha sonra “Azərbaycan Respublikası Hökuməti ilə Paraqvay Respublikası Hökuməti arasında diplomatik, rəsmi və ya xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” Saziş təsdiq edilib. Sonra “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi məsələsinə baxılıb. Bu barədə birinci vitse-spiker, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. Onun təqdimatından sonra qanun layihəsi qəbul olunub.
İclasda həmçinin “Aqrar sığorta haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Sənəd haqqında məlumat verən parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, günün tələbinə uyğun olaraq aqrar sahədə sığortanın geniş tətbiqinə, bu sahədə işlək mexanizmin təmin olunmasına ciddi ehtiyac yaranıb: “Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə daxil olmuş yeni qanun layihəsi aqrar sığortanın təkmilləşməsinə xidmət edəcək, ölkədə idxaldan asılılığın azalmasına və ixrac potensialının artmasına təkan verəcək, ərzaq təhlükəsizliyinin güclənməsinə ciddi təsir göstərəcək. “Aqrar sığorta haqqında” qanun fermerlərin maliyyə mənbələrinə çıxışını da asanlaşdıracaq”.
Müzakirələr zamanı millət vəkilləri Tahir Rzayev, Musa Quliyev və digərləri çıxış edərək qanunun əhəmiyyətindən danışıblar. Müzakirələrdən sonra sənəd birinci oxunuşda qəbul olunub.
Millət vəkilləri iclasda digər qanunlara da əlavə və dəyişiklikləri müzakirə ediblər. Qeyd edək ki, iclasda bütövlükdə 22 məsələ müzakirəyə çıxarılaraq qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

