Ulu Öndər Heydər Əliyevin xatirəsi AZƏRTAC-da ehtiramla anılıb
11.05.2019 [09:57]
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar mayın 10-da Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) tədbir keçirilib.
Tədbirdən əvvəl Ulu Öndərin agentliyin binasının foyesindəki abidəsi önünə gül dəstələri qoyulub.
Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən danışıb. Bildirib ki, 1993-cü ildə Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müasir tarixində yeni mərhələnin əsasını qoydu. Ölkə həyatının bütün sahələrində böyük canlanma yarandı. Hüquqi, dünyəvi, demokratik milli dövlət quruculuğu prosesi başlandı, beynəlxalq əlaqələrin mükəmməl sistemi quruldu.
Dahi Heydər Əliyevin bütün həyatını xalqa sədaqətlə xidmət işinə həsr etdiyini vurğulayan İdarə Heyətinin sədri qeyd edib ki, Ulu Öndərin müdrik xarici siyasəti Azərbaycanın dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlarla əlaqələri milli maraqlara, uzaqgörən strategiyaya əsaslanırdı. Ümummilli Liderin beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımları, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və gələcəyi baxımından mühüm rol oynayırdı.
Vurğulanıb ki, Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyev xalqımızın qəlbində özünə əbədi bir abidə ucaldıb. Bu gün Azərbaycanın qazandığı böyük uğurlar Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəsidir. Hər birimiz bugünkü firavan həyatımıza, xoş gələcəyimizə görə əbədiyaşar liderimizə borcluyuq. Böyük Öndərimizin əsasını qoyduğu uğurlu strategiyanı hazırda Onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev müvəffəqiyyətlə inkişaf etdirir və zənginləşdirir.
Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşən İdarə Heyətinin sədri deyib ki, 1993-cü ildən 2002-ci ilədək Ümummilli Liderin yerli və xarici səfərlərinin böyük əksəriyyətində müxbir kimi iştirakı həyatının ən unudulmaz anlarıdır.
Tədbirdə digər çıxış edənlər Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin ayrı-ayrı istiqamətlərindən danışıb, Onun xilaskarlıq missiyasından, Azərbaycanın elminə, mədəniyyətinə, idmana, xüsusən gənclərə qayğısından söhbət açıblar.
Sonda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə AZƏRTAC həmkarlar ittifaqı komitəsinin təşkil etdiyi şahmat, dama və nərd yarışlarının qalibləri mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

