Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Əhmədov: Kimlərinsə Azərbaycan reallıqlarına qara yaxmağa çalışması, böhtan atması qəbulolunmazdır

Əli Əhmədov: Kimlərinsə Azərbaycan reallıqlarına qara yaxmağa çalışması, böhtan atması qəbulolunmazdır

14.05.2019 [09:38]

“Təəssüflə qeyd etmək lazımdır ki, müəyyən azsaylı qruplar var ki, Azərbaycanın möhtəşəm inkişafına kölgə salmağa çalışır, yalanla, iftira ilə ölkəmizin imicinə zərbə vurmağa və insanları çaşdırmağa cəhd göstərirlər. Mən qəti əminəm ki, vətəndaşlarımız həmin qruplara inanmırlar. Çünki insanlar ölkəmizin sürətli inkişafının canlı şahidləridir. Belə olan halda, vətəndaşlar kimlərinsə yalanlarına inana bilməzlər. Ölkəmizin inkişafına xidmət etmək hər bir vətəndaşın borcudur”. Bu fikirləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.
Əli Əhmədov bildirib ki, Azərbaycan son 15 ildə böyük inkişaf yolu keçib, ölkəmizin siması əhəmiyyətli dərəcədə dəyişib, müasirləşib, əhalinin rifah halı yüksəlib. Eləcə də Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib.
“Bu yaxınlarda Bakıda dünyanın maraqla izlədiyi “Formula 1” yarışları keçirildi. Bir neçə həftədən sonra isə paytaxtımızda futbol üzrə Avropa Liqasının final oyunu olacaq. Bütün bunlar təsadüfi deyil. Azərbaycan inkişaf etməsəydi, bu tədbirlərin reallaşması üçün şərait olmasaydı, həmin tədbirlər ölkəmizdə keçirilməzdi. Bu günlərdə Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda isə yüzlərlə xarici qonaq iştirak etdi. Bu, o deməkdir ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir. Dünyanın nüfuzlu telekanalları Azərbaycandan verilişlər hazırlayırlar. Hansı ki, illər öncə belə hallar olmurdu. İndi isə vəziyyət tamamilə fərqlidir. Azərbaycan dünyanın ən inkişaf edən ölkələri arasındadır, ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. Bütün bunların fonunda kimlərinsə Azərbaycan reallıqlarına qara yaxmağa çalışması, böhtan atması qəbulolunmazdır. Kimsə siyasi məqsədlər qarşıya qoyursa, yalanla, böhtanla özünə sosial baza toplaya bilməz”, - deyən Əli Əhmədov söyləyib ki, YAP öz fəaliyyəti ilə ölkəmizdə siyasi fəaliyyətlə məşğul olan qüvvələrə ibrət dərsi verir ki, xalqın maraqlarına uyğun mövqe sərgiləməklə özünə xalq arasında arxa-dayaq tapmaq mümkündür. Əks halda, hec bir nəticə əldə oluna bilməz. Başqa yol tutanlar satılmağa məcburdurlar.
“Bəzi qruplaşmalar atıq bu yola yuvarlanıblar. Mən onların halına acıyıram. Öz xalqının mənafeyini satanı da alət kimi istifadə edib sonra atacaqlar. Belələrini şərdən, böhtandan, söyüş söyməkdən uzaq olmağa dəvət edirəm. Əks halda, üzərlərində yalançı-böhtançı imicini daşıyacaqlar”, - deyə YAP Sədrinin müavini vurğulayıb.

Paylaş:
Baxılıb: 634 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31