Azərbaycan Milli Məclisinin Sədri Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüşüb
15.05.2019 [10:03]
Mayın 14-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Sədr bildirib ki, ölkələrimiz müstəqilliklərini bərpa etdikdən sonra xalqlarımız arasında tarixən mövcud olan əməkdaşlıq keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Bu gün ölkələrimiz strateji tərəfdaşdırlar. Əlaqələrimizin bu səviyyəyə yüksəlməsinin əsası Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulub. Münasibətlərimiz bu gün də dövlət başçıları tərəfindən müvəffəqiyyətlə davam etdirilir.
Azərbaycan Qazaxıstan ilə mövcud əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir. Orta Asiyanın bu ölkəsi əldə etdiyi nailiyyətlərlə dünya birliyində öz layiqli yerini tutub. Ölkənin bu uğurlara imza atması aparılan məqsədyönlü siyasətin nəticəsidir. Bu gün Qazaxıstan öz yeni prezidentini seçməyə hazırlaşır. Hakimiyyətin dinc yolla ötürülməsinin aparılan daxili və xarici siyasətin davam etdirilməsinə, sabitliyin qorunmasına xidmət edəcəyi heç kimdə şübhə doğurmur. Namizədlər arasında mənim həmkarım, vaxtilə Qazaxıstan Senatına rəhbərlik etmiş Qasım-Comərd Tokayev də var. O, Qazaxıstan Parlament Senatının Spikeri olduğu dövrdə dəfələrlə Azərbaycana səfər edib. Biz müxtəlif beynəlxalq tədbirlərdə mütəmadi olaraq görüşmüşük. Qarşılıqlı hörmətə və anlaşmaya əsaslanan münasibətlər sayəsində ölkələrimizin parlamentləri arasında konstruktiv səmərəli əməkdaşlıq formalaşıb. Qarşıdakı prezident seçkilərində Qazaxıstan xalqına uğurlar arzulayıram. İnanıram ki, müdrik Qazaxıstan xalqı düzgün seçim edərək inkişafa, sabitliyə və firavanlığa səs verəcək.
Görüşdə tərəflər hər iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlıq məsələlərini müzakirə edib, parlamentlərarası dostluq qruplarının fəaliyyətinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Söhbət zamanı Azərbaycan parlament nümayəndə heyətinin bu ilin sentyabrında Nur-Sultan şəhərində keçiriləcək Avrasiya ölkələri parlament spikerlərinin 4-cü müşavirəsində iştirakı ilə bağlı məsələlər nəzərdən keçirilib.
Görüşdə Türkdilli Ölkələrin Parlament Assambleyasının payızda Bakı şəhərində keçirilməsi nəzərdə tutulan növbəti iclasının vaxtı və təşkilatı məsələlər müzakirə olunub.
Görüş zamanı Beybit İsabayev Milli Məclisin Sədrinə Qazaxıstandakı daxili siyasi proseslər, qarşıdakı prezident seçkiləri və digər məsələlər barədə məlumat verib.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

