/ / Əli Əhmədov: Xaricdə yaşayan mühacir azərbaycanlıların etiraflarını, onların dövlətimizlə əməkdaşlıq etmək istəyini yüksək qiymətləndiririk
Əli Əhmədov: Xaricdə yaşayan mühacir azərbaycanlıların etiraflarını, onların dövlətimizlə əməkdaşlıq etmək istəyini yüksək qiymətləndiririk
17.05.2019 [09:59]
“Xaricdə yaşayan bəzi mühacir azərbaycanlıların etiraflarını, onların dövlətimizlə əməkdaşlıq etmək istəyini yüksək qiymətləndiririk. Biz istəyərdik ki, Azərbaycanın siyasi həyatında iştirak edən insanların hər biri ölkəmizin maraqlarına xidmət etsin və bu maraqları daim uca tutsun, dövlətimizin maraqlarına uyğun fəaliyyət göstərsin”. Bu fikirləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi Əli Əhmədov jurnalistlərin suallarını cavablandırarkən deyib.
Əli Əhmədov bildirib ki, düzgün yolla hərəkət edən insanların fəaliyyəti cəmiyyətimiz tərəfindən müsbət qiymətləndiriləcək. Digər tərəfdən, onların doğru yola gəlməsi milli maraqlarımızın daha da gücləndirilməsinə xidmət göstərəcək: “Ümummilli Liderimiz Heydər Əliyevin vaxtilə dediyi bu fikirlər böyük məna kəsb edir ki, kim müxalifətdə olmaq istəyirsə olsun, amma heç kim öz dövlətinə və xalqına müxalifətdə olmamalıdır. Bizim istəyimiz odur ki, əqidəsindən, siyasi dünyagörüşündən asılı olmayaraq, hər bir azərbaycanlı, ilk növbədə, Azərbaycan vətəndaşı olduğunu dərk etsin, dövlətimizin maraqlarına xidmət etsin, davranışları ilə dövlətimizin adına ləkə gətirməsin, ölkəmizin imicinə zərər vurmasın. Bizim indiyə qədər müxalifətin bəzi təmsilçiləri ilə əlaqədar söylədiyimiz tənqidi fikirlərin kökündə bu dayanır ki, xidmət etdiyi hansısa maraqları Azərbaycan dövlətinin maraqlarından üstün tuturlar. Bundan savayı, bizim onları tənqid etməyimiz üçün hər hansı səbəb yoxdur. Əgər bu yoldan çəkiləcəklərsə, normal və konstruktiv mövqedə olacaqlarsa, Azərbaycan iqtidarı, YAP onların fəaliyyətinə qarşı tənqidi fikirlər işlətməyəcəkdir. Düzgün yolda olanlara uğurlar arzulayıram”.
YAP Sədrinin müavini qeyd edib ki, dünyanın o ölkələrində, sözün həqiqi mənasında, siyasi cəhətdən sabitlik olur ki, orada müxalifət ölkənin maraqlarını uca tutur, buna uyğun fəaliyyət göstərir və hər hansı xarici qüvvənin əlində alətə çevrilmir: “Ölkəmizdə də siyasətlə məşğul olan insanlar yalnız və yalnız Azərbaycanın dövlət maraqlarına uyğun hərəkət etməlidirlər. Keçirilən seçkilərdə də bu amil əsasdır. Əks halda, başqa variantlar onlara uğur gətirə bilməz, əksinə, siyasi uçuruma yuvarlanacaqlar”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

