Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin sədri Oqtay Əsədov Kiyevdə müalicə alan Milli Qəhrəmanımızla görüşüb

Milli Məclisin sədri Oqtay Əsədov Kiyevdə müalicə alan Milli Qəhrəmanımızla görüşüb

21.05.2019 [10:00]

Milli Məclisin sədri Oqtay Əsədov Ukraynanın paytaxtı Kiyev şəhərinə səfərə gəlib. AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov əvvəlcə Ümummilli Lider Heydər Əliyev adına istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb.
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Milli Məclisin sədrinə park haqqında ətraflı məlumat verib.
Sonra parlament sədri Oqtay Əsədov Kiyev şəhərində insult keçirən Milli Qəhrəman Zabit Quliyevin müalicə aldığı A.P.Romodanova adına Neyro-Cərrahiyyə İnstitutuna gəlib. Prezident İlham Əliyevin salamlarını çatdıran sədr qeyd edib ki, dövlətimizin başçısının birbaşa göstərişi ilə onun müalicəsi nəzarət altında saxlanılır. Dövlətimiz müalicə başa çatanadək yardımını əsirgəməyəcək.
Z.Quliyev ona göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə təşəkkürünü bildirib və milli qəhrəmanlarımızdan bəhs edən kitabı sədr Oqtay Əsədova təqdim edib.
Oqtay Əsədovu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev müşayiət ediblər.

Paylaş:
Baxılıb: 619 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31