“Amnesty İnternational” təşkilatı müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq vasitəsidir
24.05.2019 [09:34]
Mənfi imicə - çirkli reputasiyaya malik olan belə bir təşkilatın kimisə ittiham etməyə, ədalət, şəffaflıq və demokratiyadan danışmağa haqqı yoxdur
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan dünya miqyasında dayanıqlı inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan güclü, nüfuzlu ölkə kimi tanınır. Şübhəsiz ki, ölkəmizin dinamik tərəqqisinin və sarsılmaz ictimai-siyasi sabitliyin əsasında müvəffəqiyyətlə həyata keçirilən praqmatik daxili və xarici siyasət kursu dayanır. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi və institusional islahatların uğurla həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin qorunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir.
O da qeyd edilməlidir ki, Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi qlobal xarakterli nüfuzlu tədbirlərə - mədəniyyət müsabiqələrinə, humanitar forumlara, idman yarışlarına uğurla ev sahibliyi etməsi də olduqca yüksək qiymətləndirilir. Əlbəttə, nüfuzlu beynəlxalq tədbirlərin, eləcə də idman yarışlarının keçirildiyi məkan olaraq Azərbaycanın seçilməsinin əsasında dayanan amillər sırasında ölkəmizin iqtisadi inkişafı, müasir infrastruktura malik, ən əsası, təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması xüsusi yer tutur.
Bu məqamda vurğulamaq yerinə düşər ki, mayın 29-da paytaxt Bakı daha bir möhtəşəm tədbirə ev sahibliyi edəcək. Bəlli olduğu kimi, Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu baş tutacaq. Yəni dünyanın nəzəri yenidən regionun iqtisadi, siyasi və humanitar mərkəzi olan Azərbaycanın paytaxtı Bakıdadır. Lakin təəssüflər olsun ki, bəzi qərəzli dairələr bu nüfuzlu idman hadisəsinin üzərinə kölgə salmaq, Azərbaycanın müsbət beynəlxalq imicinə xələl gətirmək üçün “qara piar” kampaniyası aparır, reallıqlara uyğun olmayan məlumatlar yaymaqla dezinformasiya siyasəti həyata keçirirlər. Bu kontekstdə müxtəlif informasiya resurslarının və təşkilatların xidmətlərindən də aktiv istifadə edilir. “Amnesty İnternational” təşkilatının Azərbaycanda Avropa Liqasının finalının keçirilməsini pisləməsi də bu qəbildən olan nümunələrdəndir.
Şübhəsiz ki, “Amnesty İnternational” təşkilatının bu “yanaşma”sı anti-Azərbaycan dairələrin konkret direktivləri əsasında formalaşıb və məqsəd beynəlxalq ictimai rəyi manipulyasiyaya məruz qoymaq, Azərbaycanın müsbət reallıqlarını təhrif etməkdir. Sözügedən təşkilatın Azərbaycanda Avropa Liqasının finalının keçirilməsini pisləməsi və bunu ölkəmizdə insan hüquqlarının durumu ilə əlaqələndirməsi qərəzli, qeyri-obyektiv yanaşmadan başqa bir şey deyil. Çünki hər kəsə bəllidir ki, Azərbaycan bütün azadlıqların təmin edildiyi müasir, demokratik ölkədir. İnkişafın milli modelini formalaşdıran Azərbaycanda iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılır və bir-birini tamamlayır. Azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən mühüm uğurlardan biri kimi dəyərləndirilir. Bütün azadlıqların təmin olunması isə Azərbaycan cəmiyyətinin üstün cəhətidir. Bütövlükdə isə, demokratik dəyərlər və təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlət olan Azərbaycanda daxili siyasət kursunun mühüm istiqamətlərindən birini insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir.
“Amnesty İnternational” təşkilatının fəaliyyətinə gəldikdə isə bu təşkilatın mənfi imicə malik olması sirr deyil. Bəhs olunan təşkilat korrupsiyada adı hallanan, sifariş yerinə yetirən qurum imici qazanıb, ayrı-ayrı maraqlı xarici qüvvələrin əlində müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq vasitəsi funksiyasını yerinə yetirir. Təbii ki, belə mənfi imicə - çirkli reputasiyaya malik bir təşkilatın kimisə ittiham etməyə, ədalət, şəffaflıq və demokratiyadan danışmağa haqqı yoxdur.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

