/ / Yeni Azərbaycan Partiyasının Mərkəzi qərargahında 28 May - Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib
Yeni Azərbaycan Partiyasının Mərkəzi qərargahında 28 May - Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib
28.05.2019 [09:53]
Əli Əhmədov: Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində əlamətdar və şanlı səhifələrdən birini təşkil edir
Mayın 25-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi qərargahında 28 May - Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib. Təqdimat mərasimində çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində əlamətdar və şanlı səhifələrdən birini təşkil edir. Onun sözlərinə görə, Azərbaycan xalqı yüzilliklər ərzində qəlbində yaşatdığı müstəqillik ideyalarını həyata keçirməyə nail oldu: “Şərqdə ilk demokratik respublika Azərbaycanda elan edildi. İlk dəfə olaraq xalqımız yeni müasir dövlətçilik ənənələrinə sahib çıxan dövlət qurmağa nail oldu. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə ölkədə dövlətin yaranması, üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, dövlət qurumlarının formalaşdırılması istiqamətində çox vacib işlər gördü. Qısa müddətdə mürəkkəb bir dövrdə təbii olaraq, Azərbaycan Xalq Cümhuriyyəti istədiyi bütün işləri yerinə yetirə bilmədi. Ömrü uzun olmadı, 23 ay yaşadıqdan sonra süqut etdi. Amma Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti heç də başa çatmadı. Çox ağır zamanlarda mövcud olmasına baxmayaraq böyük ideyalar qoyub getdi, o dövrdə atılmış toxumlar öz bəhrəsini verməyə başladı. Bunun ən vacib cəhətlərindən biri ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması özlüyündə Azərbaycan xalqının azadlıq məfkurəsini milli ideyaya çevirdi. Bunun sayəsində də müstəqillik itirilsə də, bu ideya xalqın qəlbində yaşadı və gələcəkdə yenidən müstəqilliyə qovuşması üçün çox əhəmiyyətli bir tarixi missiyanı yerinə yetirdi”.
YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin digər bir əhəmiyyəti odur ki, onun yaranması ilə bir daha gələcəkdə Azərbaycanın müstəqilliyinə qovuşması üçün hüquqi fundament yaranmış oldu. Çünki 1920-ci ildə cümhuriyyət süqut etdikdən sonra Rusiya imperiyasının yerində sovet imperiyası yarandıqda Azərbaycan bu quruma ittifaq respublikalarından biri kimi qoşuldu. 1991-ci ildə SSRİ süqut etdikdə isə Azərbaycan müstəqilliyini bərpa etdi.
Əli Əhmədov bildirib ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir: “Bu gün Azərbaycan müstəqilliyini qoruyub saxlayır, daha da möhkəmləndirir. O dövrdə müstəqillik ideyalarının carçısı olan Məmmədəmin Rəsulzadə, Əlimərdanbəy Topçubaşov, Fətəlixan Xoyski, Nəsibbəy Yusifbəyov və böyük fədakarlıqlar göstərmiş digər insanların ideyaları, arzuları bu gün yaşayır və həyata keçirilir. Əgər onlar yaşasaydılar, indiki Azərbaycanın uğurları ilə fəxr edərdilər. Sözün əsl mənasında müstəqil Azərbaycan Heydər Əliyev ideyaları əsasında, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları tərəfindən qoyulmuş ideyaları möhkəmləndirdi, inkişaf etdirdi. Müstəqil dövlətimiz XXI əsrin ən uğurlu gənc dövlətlərindən biri kimi özünü təsdiq edib. Həyatın bütün sahələrində böyük uğurlar qazanılır. Azərbaycan dünyanın ən inkişaf edən dövlətlərindən biridir, iqtisadi inkişaf dünyada etiraf olunur. Demokratik təsisatlar, insan hüquqları, söz və mətbuat azadlığı geniş şəkildə inkişaf edib. Bu mənada Azərbaycan dövləti və cəmiyyətimiz müasir dünyanın ayrılmaz tərkib hissəsindən birinə çevrilib. Eləcə də insanların rifahı əhəmiyyətli dərəcədə yaxşılaşıb, həyat səviyyəsi yüksəlib. Azərbaycanda təhlükəsizlik tam təmin olunub. Hər bir vətəndaş ölkədə rahat yaşayır. Azərbaycan mürəkkəb dünyada Prezident İlham Əliyevin dəqiq ifadə etdiyi kimi, sabitlik adası kimi tanınır. Vətəndaşlar öz gələcəyindən heç bir narahatlıq keçirmirlər”.
Əli Əhmədov deyib ki, işğalçı Ermənistan istisna olmaqla Azərbaycan bütün dövlətlər və beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, qazanılan uğurlar yeganə problemimiz olan Dağlıq Qarabağ məsələsinin həlli, torpaqlarımızın işğaldan azad olunması üçün etibarlı zəmin yaradır: “Azərbaycanın güclü ordusu, xalqın iradəsi, cənab Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad olunması üçün əminlik yaradır. Azərbaycan müharibə tərəfdarı deyil, sülh yolu ilə həllə üstünlük verir. Bunun üçün imkanlar tükənməyib və bundan axıra qədər istifadə etmək lazımdır”.
Baş nazirin müavini qeyd edib ki, bütövlükdə 100 ildən çox müddətdə müstəqillik ideyaları nəticəsində Azərbaycanın bugünkü reallıqları yaranıb. Bu reallıqlar Azərbaycanın hər bir vətəndaşının istək və arzularının ifadəsidir. Azərbaycan inkişaf edir, Heydər Əliyev ideyaları daha da möhkəmlənir, Prezident İlham Əliyevin siyasəti daha böyük nailiyyətlərin qazanılmasına əsaslar yaradır. Beləliklə, Azərbaycan dövləti, müstəqillik ideyaları yaşayır və möhkəmlənir.
“Bu gün təqdim olunan Cümhuriyyətə həsr olunmuş “Son iclas” filmi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə ərsəyə gəlib. 28 May - Respublika Günü ərəfəsində bu filmə tamaşa etmək, müstəqillik tariximizin ayrı-ayrı məqamlarını daha yaxşı dərk etmək və yaddaşımızın ən möhkəm guşəsində yerləşdirmək, bu ideyaları qəlbimizin daha isti yerlərində qoruyub saxlamaq baxımından əhəmiyyət kəsb edir” - deyə Əli Əhmədov vurğulayıb.
Sonra “Son iclas” filmi nümayiş olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

