/ / Vüqar Rəhimzadə: Heç bir qüvvə müstəqil Azərbaycanın iradəsinə, uğurlu siyasətinə mənfi təsir edə bilməz
Vüqar Rəhimzadə: Heç bir qüvvə müstəqil Azərbaycanın iradəsinə, uğurlu siyasətinə mənfi təsir edə bilməz
30.05.2019 [10:08]
Müstəqil Azərbaycan zəngin və şərəfli dövlətçilik ənənələrinə malikdir. Şərqdə ilk demokratik respublikanın məhz ölkəmizdə qurulması bu reallığı bir daha təsdiq edir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edildi və cəmi 23 ay ömür sürdü. Bu qısa zaman kəsiyinə baxmayaraq, Cümhuriyyətimiz dünya tarixində özünəməxsus izlər qoydu. Bu günlərdə 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxış edən Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin əhəmiyyətindən danışıb. “Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur. Bu, onu göstərir ki, xalqımız çox mütərəqqi xalqdır. Onu göstərir ki, Azərbaycanın görkəmli ziyalıları ölkəmizin inkişafı üçün çox böyük işlər görmüşlər”, - deyən möhtərəm Prezidentimiz Ümummilli Liderimiz Heydər Əliyevin dövlət müstəqilliyimizin möhkəmləndirilməsindəki misilsiz xidmətlərindən söz açıb. Bəli, 1920-ci ildə Cümhuriyyətimizin varlığına son qoyulub. Bundan sonra ilk dəfə məhz Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız rəsmi dövlət bayrağı kimi qaldırılıb. Elə müstəqilliyin bərpasına aparan yol da bu dövrdən başlayıb. Əbəs yerə deyilmir ki, Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil dövlətimiz bu gün öz inkişafının tamamilə yeni bir mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 ilə yaxın bir dövrdə böyük uğurlar əldə edilib, iqtisadiyyat sürətlə inkişaf edib, qeyri-neft sektorunun ayrı-ayrı sahələri üzrə böyük layihələr icra edilib, əhalinin sosial rifahı daha da yaxşılaşdırılıb. Bütün bunlar statistik rəqəmlərdə, real faktlarda, insanların gündəlik həyatında öz əksini tapır.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, dünyanın siyasi, mədəni və idman mərkəzlərindən biri olan Azərbaycan zaman-zaman haqsız təzyiqlərə məruz qalıb və həmin çirkin siyasət bu gün də davam edir: “Təəssüf ki, Azərbaycanın uğurları hansısa dairələri qıcıqlandırır və bəlli “qüvvələr”, erməni və ermənipərəstlərin əlində alət olanlar fürsət düşdükcə ölkəmiz haqqında yalan, böhtan xarakterli məlumatlar yayırlar, bununla da mənfi rəy formalaşdırmağa cəhd edirlər. Ancaq müasir Azərbaycanın dünya ictimaiyyətində formalaşdırdığı və reallığı əks etdirən imici isə kifayət qədər müsbətdir. Hesab edirəm ki, bu cür qərəzli dairələrə, ünsürlərə qarşı qətiyyətlə mübarizə aparmalı, müstəqil dövlətimizi qorumalıyıq. Bununla sübut etməliyik ki, heç bir qüvvə müstəqil Azərbaycanın iradəsinə, uğurlu siyasətinə mənfi təsir edə bilməz. Hər birimiz bu ölkənin vətəndaşı olaraq “Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq” deyən möhtərəm Prezidentimizin uğurlu siyasətinə dəstək olmalı, bu müqəddəs amal uğrunda daha sıx birləşməliyik”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

