/ / Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın zəngin dövlətçilik tarixində çox mühüm mərhələdir
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın zəngin dövlətçilik tarixində çox mühüm mərhələdir
30.05.2019 [10:13]
Prezident İlham Əliyev: Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur
1918-ci il mayın 28-də elan olunan və cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) zəngin dövlətçilik tariximizdə çox mühüm bir mərhələni təşkil edir. AXC-ni yaratmaqla xalqımız milli şüurunda zəngin dövlətçilik ənənələrinə sadiq qaldığını bir daha nümayiş etdirdi.
AXC cəmi 23 ay mövcudluğu dövründə çox böyük işlər görməyə nail olub
Yaranmasının 101 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə, respublikamızda dövlətçilik ənənələrinin formalaşmasında rolu kifayət qədər böyükdür. Təsadüfi deyil ki, Prezident İlham Əliyev mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində Cümhuriyyətin yaradılmasının tarixi önəminə xüsusi diqqət çəkib. “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur. Bu, onu göstərir ki, xalqımız çox mütərəqqi xalqdır. Onu göstərir ki, Azərbaycanın görkəmli ziyalıları ölkəmizin inkişafı üçün çox böyük işlər görmüşlər”, - deyə dövlət başçısı vurğulayıb.
Cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti demokratik əsaslarla formalaşan çoxfraksiyalı parlamentə malik idi, burada qadınlara seçmək və seçilmək hüququ verilmişdi. Cümhuriyyətin respublikada təhsilin inkişafına böyük diqqət göstərməsi xalqın gələcəyini düşünmək baxımından çox önəmli fakt idi. Qısa fəaliyyəti dövründə Cümhuriyyət parlamenti hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etdi. Təhsilin inkişafına diqqət baxımından Cümhuriyyət parlamentinin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunun əhəmiyyətini isə xüsusi qeyd etmək lazımdır.
AXC çox mürəkkəb bir dövrdə elan olunmuşdu. AXC ordu quruculuğuna məhz belə bir çətin şəraitdə başladı. 1918-ci il oktyabrın 23-də respublika hökumətinin iclasında Hərbi Nazirliyin yaradılması qərara alındı və Nazirlər Şurası tərəfindən qərar 1918-ci il noyabrın 1-də imzalandı. O cümlədən AXC parlamenti mövcud olduğu dövrdə hərbi quruculuğun müxtəlif sahələri ilə bağlı 9 qanun layihəsini nəzərdən keçirmiş və müvafiq qərarlar qəbul etmişdi.
Bütün bunlar AXC-nin daxili və xarici siyasətinin prioritetlərinin miqyasının kifayət qədər geniş olduğunu təsdiqləyir. Prezident İlham Əliyev Cümhuriyyətin cəmi 23 aylıq mövcudluğu dövründə çox böyük işlər gördüyünü vurğulayaraq deyib: “Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilmişdir. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilmişdir, milli ordu yaradılmışdır və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etmişdir. Bakı Dövlət Universiteti yaradılmışdır. Bu, onu göstərir ki, təhsilə çox böyük diqqət yetirilirdi. 200-dən çox qanun qəbul olunmuşdur. Onların arasında qadınlara səsvermə hüququ verən qanun qəbul edilmişdir. Yəni, bütün bu və digər addımlar onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ölkəmiz, xalqımız üçün çox böyük işlər görmüşlər. Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur. Onların xatirəsi bizim qəlbimizdə yaşayır. Bir neçə il bundan əvvəl mənim Sərəncamımla Bakı şəhərinin mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Keçən il isə ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilmişdir”.
Müstəqilliyə gedən yol Naxçıvan Ali Məclisinin sessiyasında Azərbaycanın bayrağının qaldırıldığı tarixi andan başlayıb
Azərbaycan Xalq Cümhuriyyətinin atributlarının müstəqil Azərbaycan Respublikasının dövlət rəmzləri kimi qəbul edilməsi Ulu Öndərin müstəsna xidmətləri sırasında yer alır. Naxçıvan Ali Sovetinin Heydər Əliyevin Sədrliyi ilə keçən 1990-cı il 17 noyabr tarixli sessiyasında çıxarılan qərarlar Ulu Öndərin milli təəssübkeşliyinin, Cümhuriyyət ideyalarına sədaqətinin təzahürü idı. Sessiyada Heydər Əliyevin təşəbbüsü əsasında Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı və dövlət rəmzi kimi qəbul olundu. Sonradan - 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi. Unutmamalıyıq ki, bu tarixi hadisə imperiyanın hələ ayaqüstə olduğu bir dövrdə baş vermişdi. Bundan başqa, Ulu Öndər Heydər Əliyev Sovet İttifaqının saxlanmasına dair referendumun Naxçıvanda keçirilməsinə imkan vermədi, baxmayaraq ki, Azərbaycanın bütün başqa yerlərində bu referendum keçirildi. Eyni zamanda, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin qətiyyətinin, uzaqgörənliyinin və xalqa bağlılığının göstəricisi idi. Prezident İlham Əliyev Cümhuriyyət dəyərlərinin yaşadılmasında, AXC-nin qəbul etdiyi dövlət atributlarının bərpasında Ulu Öndərin müstəsna xidmətlər göstərdiyini xatırladaraq vurğulayıb: “İyirmi üç aydan sonra respublika süqut etdi və bu, bir daha onu göstərir ki, müstəqilliyi saxlamaq onu əldə etməkdən daha çətin işdir. 1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi. Ondan sonra ilk dəfə olaraq rəsmi qaydada bu bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırmışdır və təsis etmişdir. Əslində, müstəqilliyə gedən yol bu tarixi andan başlamışdır. Sovet İttifaqı hələ yaşayırdı və belə cəsarətli addım Ulu Öndərin Öz xalqına, Öz dövlətinə, xalqının, dövlətinin gələcəyinə nə qədər bağlı olduğunu, nə qədər böyük önəm verdiyini göstərir”.
Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir və daha da zənginləşdirilir
1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində digər müttəfiq respublikalarla birlikdə Azərbaycan da müstəqilliyə qovuşdu. Bu, xalqımızın XX əsrdə özünün müstəqil dövlətini qurmaq üçün qazandığı ikinci şansı idi. Ancaq əfsuslar olsun ki, ölkədə gedən xoşagəlməz proseslər imkan vermirdi ki, gənc müstəqil Azərbaycan ayaqda möhkəm dayana, öz müstəqil siyasətini apara və xalqın maraqlarını doğrulda bilsin. 1992-ci ildə AXC-”Müsavat” rejimi hakimiyyəti qanunsuz şəkildə zəbt etdikdən sonra vəziyyət daha da ağırlaşdı. Ölkə idarəolunmaz vəziyyətə düşmüşdü, vətəndaş müharibəsi başlamışdı. Məhz o illərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi alovlanmış və torpaqlarımız işğal altına düşmüşdü. Respublikamızda xaos, total böhran hökm sürürdü, iqtisadiyyat iflic vəziyyətdə idi. Əlbəttə ki, Azərbaycan xalqı çıxış yolu axtarırdı. Xalqımız nicat yolunu Heydər Əliyevin simasında gördü, Onu hakimiyyətə dəvət etdi və bir daha öz müdrikliyini təsdiqlədi.
Bütövlükdə Azərbaycanın inkişaf salnaməsini yazan Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın o vaxtkı rəhbərliyinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. Ümummilli Liderimiz Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi.
1993-cü il müasir tariximizdə dönüş nöqtəsi idi. Məhz 1993-cü ildən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu, respublikada sabitlik təmin edildi və ölkə inamla irəliyə getməyə başladı. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıdışından sonra respublikamızın strateji inkişaf istiqamətlərinin müəyyən edildiyini bildirərək vurğulayıb: “Ulu Öndər Heydər Əliyevin xalq, dövlət qarşısında misilsiz xidmətləri vardır. Onu da bildirməliyəm ki, 1993-cü ilə qədər müstəqilliyimiz formal xarakter daşıyırdı, ölkəmiz müstəqil siyasət apara bilmirdi. Heydər Əliyevin xalq qarşısında xidmətlərindən biri də o idi ki, Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlanmışdır. Nizami ordu yaradılmışdır, ölkəmizə böyük həcmdə xarici sərmayə gəlməyə başlamışdır, dövlətçiliyin əsasları qoyulmuşdur, azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edilmişdir. Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətləri müəyyən edildi”.
Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş strateji inkişaf istiqamətlərini əsas tutaraq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq özünün inamlı siyasətini aparır. Respublikamızın müstəqil siyasət apararaq milli maraqların təmin olunmasında çox böyük addımlar atdığını, çox böyük uğurlar qazandığını bildirən Prezident İlham Əliyev “2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşdirilir. Əlbəttə ki, o vaxtdan bu günə qədər çox böyük işlər görülüb, ancaq, eyni zamanda, dünya da, bölgə də dəyişib. Dünyada, bölgədə yeni təhlükə mənbələri üzə çıxır, yeni çağırışlar meydana gəlir. Əlbəttə, biz həmişə çalışırıq və çalışmalıyıq ki, ölkəmizi mümkün olan risklərdən qoruya bilək. Son illərin təcrübəsi onu göstərir ki, biz buna müvəffəq ola bilmişik”, - deyə vurğulayıb.
Bu gün hər bir azərbaycanlı ölkəmizin regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü aktora çevrilməsindən sonsuz qürur duyur. Qısa müstəqillik tarixində respublikamızın 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın beynəlxalq nüfuzunun kifayət qədər yüksək olmasından xəbər verir. Dünya birliyinin də etiraf etdiyi kimi, müstəqil Azərbaycan heç kimdən asılı olmadan, heç kimdən kömək gözləmədən inkişaf edir və bütün sahələrdə öz qüdrətini artırır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

