Azərbaycan istənilən beynəlxalq tədbiri yüksək səviyyədə keçirmək bacarığına malikdir
31.05.2019 [10:38]
UEFA Avropa Liqasının final oyununun paytaxt Bakıda uğurla keçirilməsi bu reallığı bir daha nümayiş etdirdi
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanınır. Ölkəmiz qlobal xarakterli nüfuzlu tədbirlərə - mədəniyyət müsabiqələrinə, humanitar forumlara, idman yarışlarına uğurla ev sahibliyi edir. Təbii ki, nüfuzlu beynəlxalq tədbirlərin, eləcə də idman yarışlarının keçirildiyi məkan olaraq Azərbaycanın seçilməsinin əsasında dayanan amillər sırasında ölkəmizin iqtisadi inkişafı, müasir infrastruktura malik, ən əsası, təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması xüsusi yer tutur.
Azərbaycan nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik olan və təhlükəsizliyin təmin edildiyi ölkədir
Bu məqamda vurğulamaq yerinə düşər ki, mayın 29-da paytaxt Bakı daha bir möhtəşəm tədbirə - UEFA Avropa Liqasının final matçına uğurla ev sahibliyi etdi. İki yüzdən çox ölkədə canlı yayımlanan final qarşılaşması ilə əlaqədar tamaşaçı tutumu 70 min yerə çatdırılan Bakı Olimpiya Stadionu bu baxımdan UEFA Avropa Liqasının tarixində 20 illik rekordu yeniləyib. Bakı Olimpiya Stadionu bu göstərici üzrə UEFA Avropa Liqasının final matçına ev sahibliyi edən stadionlar sırasında ən çox tamaşaçı tutumuna malik arena olub. Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi futbol üzrə UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyununun 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edib. UEFA Avropa Liqasının final qarşılaşmasının Bakıda keçirilməsi ilə əlaqədar Azərbaycan paytaxtında silsilə tədbirlər təşkil olunub. Eyni zamanda, UEFA Avropa Liqasının zəngin irsinin təbliği məqsədilə Bakıda ötən il dekabrın 22-dən bu il yanvarın 7-dək “UEFA Avropa Liqası Muzeyi” fəaliyyət göstərib.
UEFA Avropa Liqasının final oyununun paytaxt Bakıda uğurla keçirilməsi bir daha Azərbaycanın böyük beynəlxalq tədbirləri, o cümlədən bütün dünyanın diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını nümayiş etdirdi. Növbəti dəfə sübuta yetirildi ki, Azərbaycan belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura - idman komplekslərinə, xidmət sektoruna, təhlükəsizliyə və s. malik ölkədir. Digər tərəfdən, hər hansı bir problemin, ciddi insidentin olmaması tədbirin yüksək səviyyədə təşkil olunduğunu aydın nümayiş etdirdi.
Xaricdəki anti-Azərbaycan qüvvələrin və onların daxildəki uzantılarının bütün iddiaları alt-üst oldu
Hələ oyun keçirilməmişdən öncə müəyyən dairələr final matçının Bakıda keçirilməsi ilə bağlı spekulyasiyalar ortaya atır, müxtəlif manipulyasiyalara yol verirdilər. Hətta finalçılar müəyyən olunandan sonra matçın niyə uzaq Bakıda keçirilməsindən tutmuş ölkəmizin guya müvafiq infrastruktura malik olmaması, azarkeşlərin gələ bilməməsi, təhlükəsizlik, hotellərin baha qiyməti, “Arsenal” klubunun erməniəsilli oyunçusu Henrix Mxitaryana qarşı hansısa mənfi münasibət olması və onun təhlükəsizliyinə təminat verilməməsi kimi iddialar ortaya atılmışdı. Bütün bunlara baxmayaraq, reallıqlar fərqli idi və istər final qarşılaşmasından əvvəl, istərsə də matç günü mövcud gerçəkliyin nələrdən ibarət olması tam aydınlığı ilə ortaya çıxdı.
Bəs bu ərəfədə nə baş verdi? Əvvəla, klublar onlara verilən biletləri belə sata bilmədilər. Mxitaryana isə ən yüksək səviyyədə təhlükəsizlik təminatı verildi. Buna paralel olaraq final matçını seyr etmək üçün kifayət qədər azarkeş ölkəmizə təşrif buyurdu, bu möhtəşəm idman bayramının iştirakçısına çevrildi. Bunlarla yanaşı, AZAL bütün reysləri qəbul etdi, hava limanında hər hansı problem yaşanmadı, hotellər və qonaqların yerləşməsi, xidmət, nəqliyyat yüksək səviyyədə təmin olundu.
Digər tərəfdən, final matçı günü istər azarkeşlərin stadiona gəlişi, matçı seyr etməsi, istərsə də geriyə dönüşü yüksək səviyyədə təşkil olundu, sıxlıq yaranmadı. Stadionu tərk edən azarkeşlərin rahat şəkildə nəqliyyata çatması və şəhərin müxtəlif nöqtələrinə çatdırılması məsələsi peşəkar şəkildə həll olundu. Eyni zamanda, hüquq-mühafizə orqanlarının, asayiş keşikçilərinin peşəkar, sivil və mehriban davranışı, hətta içkili ingilis azarkeşlərinin süni şəkildə qarşıdurma yaratmaq cəhdlərinə qarşı dözümlü davranışı diqqəti xüsusi olaraq çəkdi, onların öz vəzifə borcunu yüksək səviyyədə yerinə yetirdiyini aydın göstərdi. Bu kontekstdə bir məqama xüsusi diqqət yetirmək lazımdır. Belə ki, dünya futbol tarixinə nəzər saldıqda ingilis azarkeşlərin sərt xüsusiyyəti ilə bağlı çoxsaylı məlumatlar əldə etmək olur. Bu reallığı nəzərə aldıqda əminliklə söyləmək olar ki, Bakı, bəlkə də, bu kimi yarışmaların tarixində heç bir ciddi insidentin yaşanmadığı ən təhlükəsiz şəhər kimi tarixə düşdü.
Bunlarla yanaşı, UEFA Avropa Liqasının ölkəmizin paytaxtında keçirilən final matçının timsalında bir daha bəlli oldu ki, Azərbaycanda könüllülük artıq bir hərəkat, institut kimi formalaşıb və gənclərimiz hər zaman dövlətin yanındadır, bütün işlərdə ona dəstək verirlər. Bütün digər böyük tədbirlərdə olduğu kimi, könüllülərin final matçı ərəfəsində də peşəkar fəaliyyəti ümumi işin rahat, sakit şəkildə həllinə böyük dəstək oldu.
Beləliklə, Azərbaycan mükəmməl şərait yaratmaqla bəhs olunan final qarşılaşmasının ideal səviyyədə baş tutmasını təmin etdi, dünya mediası növbəti dəfə Azərbaycanın müsbət reallıqlarından yazdı, paytaxt Bakı bir daha bütün dünyanın nəzərində oldu. Oyundan əvvəl fan-zonaların yüksək səviyyədə təşkili, azarkeşlərin ehtiyaclarının ödənilməsi, onlar üçün mümkün olan şəraitin yaradılması da hamı tərəfindən etiraf olundu və xüsusi qeyd edildi.
Qeyd etdiyimiz kimi, iki yüzdən çox ölkədə canlı yayımlanan final qarşılaşması ilə əlaqədar tamaşaçı tutumu 70 min yerə çatdırılan Bakı Olimpiya Stadionu bu baxımdan UEFA Avropa Liqasının tarixində 20 illik rekordu yenilədi. Bəzi xarici KİV-lərin stadionun guya dolmaması, boş yerlərin qalması barədə iddiaları isə həm gülünc, həm də əsassızdır. İlkin nəticəyə görə, stadionda 60 minə yaxın azarkeş oyunu seyr etdi. Bir sıra media orqanları isə Bakı finalını gözdən salmaq üçün primitiv metodlara istinad etdilər. Belə ki, həmin orqanlar oyunun çox sakit keçdiyini, ehtirasın olmadığını qüsur kimi göstərməyə çalışırlar. Bu isə konkret bir reallığın ifadəsidir: Azərbaycanda keçirilən final matçı ilə bağlı heç kim diqqəti cəlb edə biləcək nöqsan tapa bilmir.
Həm ekspertlər, həm də ayrı-ayrı nüfuzlu media qurumları sözügedən möhtəşəm idman tədbirinin müvəffəqiyyətlə keçirilməsindən bəhs edərkən bir məqamı xüsusi vurğulayırlar. Bildirilir ki, Azərbaycanın rəsmi dairələrinin, dövlət orqanlarının olduqca səmərəli fəaliyyəti, mümkün problemlərin qabaqcadan müəyyənləşdirilməsi və onların aradan qaldırılması ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirməsi, həmçinin tədbirin əsas təşkilatçısı olan UEFA rəhbərliyinin prinsipial mövqeyi, bütün məsələlərə vaxtında müdaxilə etməsi və şayiələrə imkan yaratmaması tədbirin uğurla keçirilməsini təmin edən əsas amillərdir. Ən əsası, bu tədbir Azərbaycan dövlətinin, hakimiyyət strukturlarının olduqca səmərəli və peşəkar fəaliyyətinin əyani təsdiqi oldu. Azərbaycan 2020-ci ildə Avropa çempionatının 4 oyununu da yüksək səviyyədə təşkil etmək və uğurla keçirmək bacarığına malik olduğunu bütün dünyaya göstərdi. Xaricdəki anti-Azərbaycan qüvvələrin və onların daxildəki uzantılarının bütün iddiaları isə alt-üst oldu, Azərbaycana qarşı başlanmasına cəhd olunan “qara piar” kampaniyası qısa zamanda boğuldu və heç bir effekt vermədi. Başqa sözlə, həmin dairələr öz çirkin məqsədlərinə çata bilmədilər və növbəti dəfə fiasko ilə üzləşdilər.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

