Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin növbəti iclası keçirilib

Milli Məclisin növbəti iclası keçirilib

31.05.2019 [10:39]

Oqtay Əsədov: Azərbaycan UEFA Avropa Liqasının final oyununa yüksək səviyyədə ev sahibliyi etdi
Mayın 30-da Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlamentin sədri Oqtay Əsədov gündəliyi təqdim edib.
İclasda bəzi millət vəkilləri çıxışlarında Bakıda UEFA Avropa Liqasının final oyununun keçirilməsinin əhəmiyyətini qeyd ediblər. Məsələ ilə bağlı spiker Oqtay Əsədov bildirib ki, Azərbaycan UEFA Avropa Liqasının final oyununa yüksək səviyyədə ev sahibliyi etdi. Final oyununun yüksək səviyyədə keçdiyini deyən O.Əsədov final oyunu ilə əlaqədar bütün qaydaların, təhlükəsizlik və asayişin tam təmin olunduğunu diqqətə çatdıraraq hüquq-mühafizə orqanlarına asayişi yüksək səviyyədə qoruduğu üçün təşəkkür edib.
Qeyd edək ki, iclasda əvvəlcə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunub.
Parlamentin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə isə “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini üçüncü oxunuşda təqdim edib. “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Bildirilib ki, dəyişiklik “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1295-VQD nömrəli Qanununun icrası ilə əlaqədar təklif edilir.
Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirib ki, bu saziş tərəflərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün müasir dünyanın çağırış və təhdidlərinə cavab verən yüksəksəviyyəli kadr hazırlığının təmin edilməsinə xidmət edəcək. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi təqdim olunub. Sənədi təqdim edən parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə qeyd edib ki, saziş 2019-cu il aprelin 7-də Ər-Riyad şəhərində imzalanıb. Bu saziş ölkələrimiz arasında hüquqi bazanın genişləndirilməsinə xidmət edir.
“Terrorçuluğa qarşı mübarizə haqqında” və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirə olunub. Bildirilib ki, dəyişikliklər qanunvericiliyin uyğunlaşdırılması məqsədilə hazırlanıb. Layihə ilə “Terrorçuluğun maliyyələşdirilməsi” anlayışı beynəlxalq konvensiyaların tələbləri nəzərə alınaraq genişləndirilir. Qanun layihəsi səsvermə yolu ilə qəbul olunub.
“Fövqəladə vəziyyət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində dəyişiklik “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1174-VKQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar təklif edilir.
“Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən komitə sədri Əli Hüseynli deyib ki, təklif edilən dəyişiklik “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1268-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədardır.
Komitə sədri Ziyad Səmədzadə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirib ki, qanun layihəsi tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara bu qanunun şamil edilməməsini nəzərdə tutur. Tikintiyə nəzarətin özünəməxsusluğunu, bu sahədə mütərəqqi qanunvericiliyin formalaşmasını əsas tutaraq, tikintiyə dövlət nəzarəti ilə bağlı normalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində və digər müvafiq normativ hüquqi aktlarla müəyyən edilib.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edən Ziyad Səmədzadə qeyd edib ki, qanun layihəsi yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına tətbiq edilən məhdudiyyəti aradan qaldırmaq məqsədilə hazırlanıb. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Ziyad Səmədzadə “Hesablama Palatası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini isə ikinci oxunuşda təqdim edib. Bildirib ki, təklif olunan dəyişiklik “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1358-VQD nömrəli Qanununa uyğunlaşdırma məqsədi daşıyır. Qeyd olunan qanuna əsasən dövlət büdcəsi zərfinə daxil olan sənədlərin və məlumatların dairəsinin genişləndirilməsi nəzərdə tutulur ki, bu məlumatların biri də Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar barədə məlumatlardır. Bu isə azadolma və güzəştlərin həcmi, effektivliyi, onun məbləği barədə qiymətləndirmələrə imkan verəcək. Sənəd ikinci oxunuşda səsə qoyularaq təsdiq edilib.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edən komitə sədri Ziyad Səmədzadə bildirib ki, qanun layihəsi “Büdcə sistemi haqqında” və “Dövlət borcu haqqında” qanunlara uyğunlaşdırma məqsədi daşıyır. Həmin qanunlarla dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün “Büdcə sistemi haqqında” qanuna müvafiq olaraq yaradılan məqsədli büdcə fondunun adı “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu” kimi müəyyən olunub. Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq təsdiq edilib.
Sonra ikinci oxunuşda “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq təsdiq olunub.
Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Qeyd edilib ki, dəyişikliklər əməyin mühafizəsi ilə bağlı aparılan islahatlar çərçivəsində əməyin mühafizəsinə yönələn maliyyə vəsaitlərinin mənbələrinin dəqiqləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında 221-ci maddənin təkmilləşdirilməsi məqsədini daşıyır. Sənəd ikinci oxunuşda səsə qoyularaq qəbul olunub.
İclasda həmçinin “Yol hərəkəti haqqında”, “Milli arxiv fondu haqqında”, “Avtomobil yolları haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda müzakirə olunub. Qanun layihələri ikinci oxunuşda səsvermə yolu ilə qəbul edilib.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Bildirilib ki, qanun layihəsi “Aviasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1379-VQD nömrəli Qanununun icrası ilə əlaqədar hazırlanıb.
“Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə olunub. Bildirilib ki, qanun layihəsi dəqiqləşdirmə xarakteri daşıyır. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Komitə sədri Əli Hüseynli Vergi Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Büdcə sistemi haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini birinci oxunuşda təqdim edib. Qeyd edib ki, qanun layihələri “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
İclasda Miqrasiya Məcəlləsində, “Dövlət rüsumu haqqında”, “Kredit ittifaqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də müzakirə olunub. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.
“Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edilib. Layihəni təqdim edən parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, təklif olunan dəyişiklik əsasən tibb müəssisələrinin akkreditasiyası ilə bağlıdır və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin hüquqi tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədi daşıyır.
Sonra İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda təqdim edilib. Qeyd olunub ki, təklif edilən dəyişikliyə əsasən rayon (şəhər) məhkəmələrinin inzibati xətalar haqqında baxdığı işlərin dairəsinə 393-1.2-ci maddə də əlavə edilir. Qanun layihəsi səsə qoyularaq təsdiq edilib.
Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Bildirilib ki, dəyişiklik “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1433-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar təklif edilir. Qanun layihəsi səsvermə yolu isə təsdiq olunub.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 525 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31