/ / Bakıda və Madriddə keçirilmiş final matçlarının təşkilatçılıq səviyyəsi ilə bağlı məqamlar hansı reallıqları ifadə etdi?
Bakıda və Madriddə keçirilmiş final matçlarının təşkilatçılıq səviyyəsi ilə bağlı məqamlar hansı reallıqları ifadə etdi?
04.06.2019 [09:42]
Yaxud faktlar göstərir ki, Bakıda keçirilən final oyununun təşkili bütün parametrlər üzrə daha səviyyəli olub
Son bir neçə gün ərzində idmansevərlər Avropanın iki nüfuzlu futbol yarışmasının final matçlarını izlədilər. Azərbaycanın paytaxtı Bakıda UEFA Avropa Liqasının, İspaniyanın paytaxtı Madrid şəhərində isə Çempionlar Liqasının final oyunları baş tutdu. Ekspertlər hər iki matç öncəsi və oyun ərəfəsində müşahidə edilənlərin müqayisəsini aparmaqla belə bir qənaət ifadə edirlər: paytaxt Bakıda final matçının təşkili bütün parametrlər - təhlükəsizlik, nəqliyyat, servis, hotellər və s. üzrə daha səviyyəli olub. Bu reallığı daha dəqiq ifadə etmək üçün bir sıra məqamlara xüsusi diqqət yetirmək məqsədəmüvafiqdir.
Bakıda keçirilən UEFA Avropa Liqasının final oyunu yüksək səviyyədə təşkil olunması ilə fərqləndi
Beləliklə, mayın 29-da Azərbaycanın paytaxtı Bakı UEFA Avropa Liqasının final matçına uğurla ev sahibliyi etdi. İki yüzdən çox ölkədə canlı yayımlanan final qarşılaşması ilə əlaqədar tamaşaçı tutumu 70 min yerə çatdırılan Bakı Olimpiya Stadionu bu baxımdan UEFA Avropa Liqasının tarixində 20 illik rekordu yenilədi. Belə ki, Bakı Olimpiya Stadionu bu göstərici üzrə UEFA Avropa Liqasının final matçına ev sahibliyi edən stadionlar sırasında ən çox tamaşaçı tutumuna malik arena oldu.
Xüsusi vurğulamaq gərəkdir ki, sözügedən final oyununun paytaxt Bakıda uğurla keçirilməsi bir daha Azərbaycanın böyük beynəlxalq tədbirləri, o cümlədən bütün dünyanın diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını nümayiş etdirdi. Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura - idman komplekslərinə, xidmət sektoruna, təhlükəsizliyə və s. malik ölkə olması növbəti dəfə sübuta yetirildi. Eyni zamanda, hər hansı bir problemin, ciddi insidentin olmaması tədbirin yüksək səviyyədə təşkil olunduğunu aydın nümayiş etdirdi. Bütövlükdə, Azərbaycan mükəmməl şərait yaratmaqla bəhs olunan final qarşılaşmasının ideal səviyyədə baş tutmasını təmin etdi, dünya mediası növbəti dəfə Azərbaycanın müsbət reallıqlarından yazdı, paytaxt Bakı bir daha bütün dünyanın nəzərində oldu.
Beləliklə, final matçının Bakıda keçirilməsi ilə bağlı spekulyasiyalar ortaya atan dairələrin bütün iddiaları alt-üst oldu, onlar Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilmədilər. Həmin qərəzli qüvvələrin dezinformasiya yaymasına, manipulyasiyalara yol verməsinə baxmayaraq, ölkəmizə final matçını seyr etmək üçün kifayət qədər azarkeş gəldi, paytaxtımızdakı idman bayramının iştirakçısına çevrildi. Eyni zamanda, hava limanında hər hansı problem yaşanmadı, hotellər və qonaqların yerləşməsi, xidmət, nəqliyyat yüksək səviyyədə təmin olundu. Yəni Azərbaycan bu möhtəşəm idman tədbirinə uğurla ev sahibliyi etməklə növbəti dəfə mühüm nailiyyətin altına imza atmış oldu.
Madriddə keçirilən final matçı ərəfəsində çoxsaylı problemlər yaşanıb
Bakıdan fərqli olaraq isə Madriddə keçirilmiş final matçında təşkilatçılıqla əlaqədar çoxsaylı problemlər yaşanıb, dünya mediası ciddi nöqsanları diqqətə çatdırıb. Məsələn, CNN-in hazırladığı materialda biletlərin bahalığı, ingilis azarkeşlərin Madridə getmək üçün ciddi problemlərlə üzləşməsi, hotellərdə yaşanan çətinliklər diqqətə çatdırılıb, azarkeşlərin baş verənlərdən ciddi şəkildə narazı olduqları bildirilib. Final gecəsi hotellərin və hostellərin qiymətinin çox yüksək olduğunun vurğulandığı materialda bu vəziyyətin turistlər üçün arzuolunmaz olması da xüsusi olaraq qeyd edilib. Məlumata görə, hətta bəzi turistlər birbaşa Madridə deyil, yaxın yerlərə gedərək ev kirayələyiblər və yalnız final gecəsi Madridə gediblər.
Madridlə bağlı mənfi olaylar bununla tamamlanmır. Belə ki, KİV-in yazdığına görə, saxta bilet satanlar polis tərəfindən həbs ediliblər. Eyni zamanda çoxlu sayda fanat təyyarə bileti çox baha olduğu üçün qatarla gəlib, təyyarə reyslərinin sayı artsa da, azarkeşlər nəqliyyat çətinliyi ilə üzləşiblər.
IRISHMIRROR saytı isə ciddi təhlükəsizlik problemlərindən yazıb. Nəşrin yazdığına görə, final matçını izləməyə gəlmiş ingilis fanat qeyri-etik hərəkətlər, italyan turistə qarşı həqarət və polisə hücum ittihamı ilə həbs olunub. Bundan əlavə, daha 5 ingilis fanatı həbs edilib. “Tottenhem” klubunun azarkeşləri iddia ediblər ki, qarşıdurma ispan polisinin “pub”da 50-dək ingilis fanatına qarşı zorakılıq tətbiqinə cavab olaraq baş verib. Bildirilir ki, polis “pub”a daxil olaraq “heç bir səbəb olmadan” ingilis azarkeşləri döyməyə başlayıb.
IRISHMIRROR həmçinin final oyunu ilə bağlı təşkilatçılıq problemlərinin də mövcud olduğunu vurğulayıb. Qeyd edilib ki, “Liverpul” klubunun sahibi Con Henri və klubun əfsanələri Kenni Dalqlişlə İan Raş dəhşətli tıxaca görə avtomobillərini tərk edərək Çempionlar Liqasının finalının keçirildiyi Madrid stadionuna piyada getməli olublar. Qəzetin məlumatına görə, stadiona gedən yollardakı dəhşətli tıxaca görə əsas avtomagistrallarda hərəkət dayanıb. Məhz buna görə də avtomobili tərk edən “üçlük” “Liverpul” azarkeşlərinə qoşularaq qalan yolu piyada qət etmək məcburiyyətində qalıblar.
İspaniyanın nüfuzlu EL MUNDO qəzeti isə yazır ki, qeyri-etik hərəkətlər edən və italyan turisti yaralayan ingiliz azarkeş saxlanılarkən 3 polis əməkdaşına xəsarət yetirib. Məqalədə deyilir ki, polis hadisə yerinə mümkün iğtişaşların qarşısını almaq və saxta bilet satışına imkan verməmək üçün gətirilmişdi. Çünki Madridin küçələri oyuna gələn minlərlə biletsiz azarkeşlə dolu idi. Bir müddət əvvəl şəhərdə saxta bilet satmaq istəyən bir qrup italyan həbs olunub.
Yeri gəlmişkən, media nümayəndələri də final matçı ərəfəsində bir sıra problemlərlə üzləşiblər. Məsələn, “Radio Galler”in aparıcısı Vinn Evans Çempionlar Liqasının finalına bilet almaq üçün pul ödəsə də, aldanıb. BBC yazır ki, aparıcı iki biletə 7 min funt-sterlinq məbləğində pul ödəyib. “Biletləri onlayn aldıq, pulunu ödədik, lakin daha sonra artıq biletlərin mövcud olmadığını dedilər. 14 yaşlı oğlum çaşqınlıq içində idi. Mən pulu ödədikdən sonra agentlik sifarişi yerinə yetirə bilmədiklərini söylədi. Onlar mənim aldığım bileti daha baha qiymətə satmaq imkanı yarandığı üçün başqasına satdılar”, - deyə aparıcı bildirib.
Bunlarla yanaşı, “goal.com” saytı yazır ki, Madriddəki stadionun tutumu 68.000-dir, “Liverpul” və “Tottenhemə” isə cəmi 16.613 bilet ayrılmışdı. Buna görə fanatların çoxu oyuna gedə bilmədikləri üçün məyus olublar, biletlər qara bazarda çox baha qiymətə satılıb. “Liverpul” rəhbərliyi Aleksandr Ceferi ilə görüşüb bu barədə danışıqlar aparsa da, heç bir nəticə və dəyişiklik olmayıb. “Euronews” isə yazır ki, UEFA bir qrup şəxsin Çempionlar Liqası üçün bilet oğurlayaraq baha qiymətə satdıqlarına dair xəbərbarlıq edib. Qurumun rəsmi saytında qiymətlər 70-600 avro olsa da, oğurluq biletlər minlərlə avroya satılıb. Madridin bələdiyyə polisi “yaxşı keyfiyyətli” olan saxta bilet satanı həbs etməsinə dair tvit paylaşıb. Polis qeyd edib ki, 2 saxta biletin qiyməti 8.400 avro olub.
Qərb KİV-ləri çirkin və qərəzli anti-Azərbaycan kampaniyası aparmaqla növbəti dəfə ikili standartlara yol verdilər
Beləliklə, Madriddə keçirilmiş final matçı öncəsində və oyun günü baş verən çoxsaylı problemlər təşkilatçılıq səviyyəsinin çox aşağı olması reallığını ortaya qoyub. Bunun müqabilində yuxarıda da vurğuladığımız kimi, UEFA Avropa Liqasının final oyununun paytaxt Bakıda uğurla keçirilməsi bir daha Azərbaycanın böyük beynəlxalq tədbirləri, o cümlədən bütün dünyanın diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını nümayiş etdirdi.
Növbəti dəfə sübuta yetirildi ki, Azərbaycan belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura - idman komplekslərinə, xidmət sektoruna, təhlükəsizliyə və s. malik ölkədir. Digər tərəfdən, hər hansı bir problemin, ciddi insidentin olmaması tədbirin yüksək səviyyədə təşkil olunduğunu aydın nümayiş etdirdi.
Sözügedən məsələ ilə bağlı bir məqamı da xüsusi vurğulamaq gərəkdir. Belə ki, ölkəmizdəki bütün müsbət reallıqlara baxmayaraq, ingilis və digər Qərb KİV-ləri çirkin və yalana söykənən anti-Azərbaycan kampaniyası apardılar, növbəti dəfə özlərinin qərəzli, yalançı və qarayaxma təbiətini sübut etdilər, idmanı siyasiləşdirdilər. Bütün bunlar Qərbin həmişə olduğu kimi, ikili standartlardan istifadə etdiyini göstərir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

