/ / Millət vəkili: Daim vətəndaşların qayğıları ilə maraqlanması Prezident İlham Əliyevin xalq arasında nüfuzunu daha da yüksəldib
Millət vəkili: Daim vətəndaşların qayğıları ilə maraqlanması Prezident İlham Əliyevin xalq arasında nüfuzunu daha da yüksəldib
04.06.2019 [09:43]
“Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ildə səsləndirdiyi bu fikirlər bu gün reallığa çevrilib”. Bunu “Trend”ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, bu gün Azərbaycan dünyada siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərir. Son 16 ildə əldə olunmuş siyasi və sosial-iqtisadi nailiyyətlər xalqın rifahının təkcə bu gün deyil, gələcəkdə də təmin olunmasına zəmanət verir: “Heç kəsə sirr deyil ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi gündən Onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanıb. Əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, sosial problemlərin həlli, insanların müasir səhiyyə xidmətləri ilə təmin olunması istiqamətində ardıcıl addımlar atılıb. Minimum əməkhaqları, pensiyalar, tələbələrə verilən təqaüdlərin artırılması, çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı ölkə başçısı tərəfindən imzanan sərəncamlar bunu bir daha sübut edir. Dövlətin sosial siyasəti ardıcıl və sistemlidir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifədir. Eyni zamanda, xalqın iradəsi, dövlətin qətiyyəti, davamlı islahatlar Azərbaycana uğurlar qazandırıb, ölkəmizi dünya miqyasında tanıdıb”.
P.Kərimzadənin sözlərinə görə, əhalinin rifahının gücləndirilməsi, sosial problemlərin həlli istiqamətində imzalanan Fərman və sərəncamlar, verilən mühüm qərarlar xalqda böyük məmnunluq hissi yaradıb: “Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərləri, hər səfərindən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə ayrılan vəsaitlər xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardandır. Səfər çərçivəsində bir sıra mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərində iştirak edən Prezident İlham Əliyevin ictimaiyyət nümayəndələri ilə mehriban görüşü, səmimiyyəti diqqətdən kənarda qala bilməz”.
Deputat qeyd edib ki, ictimaiyyət nümayəndələri ilə görüşdə “Mən həmişə bu dəstəyə arxalanmışam, mənə güc verən sizin mənə olan inamınızdır” söyləməsi, müşavirələrində də həmişə məmurları xalqın yanında olmağa çağırması, daim vətəndaşların qayğıları ilə maraqlanması Prezident İlham Əliyevin xalq arasında nüfuzunu daha da yüksəldib. İctimaiyyət nümayəndələri ilə olan hər görüşdə bunun şahidi oluruq: “Dövlət qayğısını, diqqətini yaşayışında, maddi rifah halının artırılmasında görən insanlar minnətdarlıq duyğularını Prezidentə çatdırmağı özlərinə borc bilir, dərin hörmətlərini nümayiş etdirirlər. Vətəndaşlar ölkəmizin inkişafı və tərəqqisi yolunda cənab Prezidentlə çiyin-çiyinə çalışan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın həm Birinci vitse-prezident, həm də Heydər Əliyev Fondunun prezidenti kimi gördüyü işləri yüksək dəyərləndirir, buna görə təşəkkürlərini çatdırmağı da unutmurlar.
Prezident İlham Əliyevin ictimaiyyət nümayəndələri, sakinlər və şəhərimizin qonaqları ilə olan görüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı öz həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, siyasi kursun əhəmiyyətini yaxşı dərk edir. Ona görə də ölkə vətəndaşları birmənalı olaraq Prezidenti müstəqil respublikamızda baş verən intibah, siyasi sabitlik, əmin-amanlıq və sülhün qarantı hesab edir, öz dövlət başçısına tam güvənirlər”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

