Məkkədə İƏT-ə üzv ölkələrin dövlət və hökumət başçılarının XIV Zirvə toplantısı keçirilib
04.06.2019 [09:51]
Azərbaycanın Baş Naziri Novruz Məmmədov toplantıda iştirak edib
Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət və hökumət başçılarının XIV Zirvə toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səudun sədrliyi ilə keçirilən Zirvə toplantısı “Məkkə Sammiti: Gələcəyə doğru birlikdə gedək” devizi altında təşkil olunub.
Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Zirvə toplantısında İslam dünyasının üzləşdiyi müxtəlif problemlər müzakirə olunub. Həmçinin müsəlman azlıqların problemləri, islamofobiya, terrorizm və ekstremizmlə mübarizə və digər siyasi, iqtisadi, mədəni, sosial məsələlər nəzərdən keçirilib.
Toplantının sonunda qəbul edilən Məkkə Bəyannaməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü bir daha pislənib, torpaqların güc yolu ilə istilasının BMT Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olduğu vurğulanıb. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin Ermənistan tərəfindən dərhal yerinə yetirilməsinin vacibliyi bildirilib. Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və tam şəkildə, qeyd-şərtsiz çıxarmağa çağırılıb.
Qeyd edək ki, budəfəki Zirvə toplantısı İslam Əməkdaşlıq Təşkilatının yaranmasının 50-ci ildönümünə təsadüf edir. Tədbirdən əvvəl təşkilata üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində hazırlıq iclası keçirilib.
Xatırladaq ki, İƏT-in XIII Zirvə toplantısı 2016-cı il aprelin 14-15-də Türkiyənin İstanbul şəhərində keçirilib.
İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə müsəlman ölkələrinin dövlət və hökumət başçılarının Mərakeşin paytaxtı Rabatda keçirilmiş konfransında təsis edilib və hazırda ona 57 dövlət üzvdür. Azərbaycan Respublikası bu nüfuzlu təşkilatın fəal üzvüdür.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

