/ / Sankt-Peterburqda “Media dünya münaqişələrində: iştirakçı və ya müşahidəçi?” mövzusunda panel sessiya keçirilib
Sankt-Peterburqda “Media dünya münaqişələrində: iştirakçı və ya müşahidəçi?” mövzusunda panel sessiya keçirilib
08.06.2019 [07:30]
Sessiya Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində təşkil olunub
İyunun 6-da Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, Forum çərçivəsində “Media dünya münaqişələrində: iştirakçı və ya müşahidəçi?” mövzusunda panel sessiya keçirilib.
Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın moderatorluğu ilə keçən sessiyada AZƏRTAC-ın İdarə Heyətinin sədri, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) və Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti Aslan Aslanov, TASS agentliyinin baş direktoru Sergey Mixaylov, Associated Press-in prezidenti Qari Pruitt, Press Association Group-un baş direktoru Klayv Marşal, France Press-in baş direktoru Fabris Fris, Albaniya Teleqraf Agentliyinin baş direktoru Armela Krasniqi və digər ölkələrin xəbər agentliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Tədbirdə medianın siyasi məsələlərə, müxtəlif ölkələrdə baş verən münaqişələrə təsirindən, habelə müasir dünyada böyük problemə çevrilmiş feyk xəbərlərin yayılmasının qarşısının alınması yollarından danışılıb. Qeyd edilib ki, bəzi kütləvi informasiya vasitələri siyasi proseslər barədə qeyri-obyektiv, yoxlanılmamış xəbərlər yayırlar ki, bu da cəmiyyəti çaşdırır, hətta mübahisələrin münaqişələrə çevrilməsinə yol açır. Kütləvi informasiya vasitələri belə hallardan uzaqlaşmalı, cəmiyyət qarşısında vəzifə borclarını yaddan çıxarmamalıdırlar.
Çıxış edənlər xəbər agentliklərinin fəaliyyətlərinin şaxələndirilməsinin, cəmiyyəti aldadan feyk xəbərlər yayan KİV-lərə qarşı birgə mübarizənin vacibliyini diqqətə çatdırıblar.
Qeyd edək ki, 75 ölkədən 15 mindən çox nümayəndənin iştirak etdiyi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu dünyada iqtisadiyyat və biznes sahələrində keçirilən ən böyük tədbirlərdən biridir. 1997-ci ildən keçirilən Forumun əsas məqsədi işgüzar dairələrin nümayəndələri arasında ünsiyyət yaratmaq, Rusiyanın qarşısında duran iqtisadi məsələlərin həlli yollarını müzakirə etmək və xarici bazarlara çıxış imkanları axtarmaqdan ibarətdir.
“Ekspoforum” konqres-sərgi mərkəzində reallaşan Forum çərçivəsində Rusiyanın müxtəlif şirkətlərinin geniş sərgisi də təşkil olunub.
Xəbər lenti
Hamısına baxDünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45

