Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
15.06.2019 [10:31]
Azərbaycan Respublikasının Nazirlər Kabinetində Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının 7-ci iclası keçirilib. İclasda 2018-ci il və 2019-cu ilin 1-ci rübü ərzində “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində görülən işlər, əldə edilən nəticələr və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC-ın məlumatına görə, Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov bildirib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində ötən müddət ərzində layihələr hazırlanıb, vacib addımlar atılıb. Qeyri-rəsmi məşğulluqla bağlı bir sıra faktlar aşkarlanaraq aradan qaldırılıb. Azərbaycan Prezidentinin tapşırığı ilə qeyri-formal məşğulluqla mübarizə bundan sonra da qətiyyətlə davam etdiriləcək. Qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə mövcud hüquqi baza mütəmadi olaraq təkmilləşdirilir, bir sıra normativ hüquqi aktlar qəbul edilib, qanunvericiliyə təklif olunmuş bir sıra dəyişikliklər isə müzakirə mərhələsindədir. Komissiyanın səmərəli fəaliyyəti nəticəsində ölkə üzrə əmək müqavilələri bildirişlərinin və aktiv fiziki şəxs fərdi sahibkarların sayında əhəmiyyətli artım müşahidə edilib. Ölkə üzrə 2019-cu ilin ilk 5 ayı ərzində Əmək Müqavilələri Bildirişi Elektron İnformasiya Sistemində əmək müqavilələrinin sayında 96 min 109 artım müşahidə olunub, əmək müqavilələrinin sayı artaraq 1 iyun tarixinə 1 milyon 498 min 174 müqavilə bildirişi təşkil edib. Cari ilin ilk 5 ayında, həmçinin fiziki şəxs olan fərdi sahibkarların sayında da artım olub, 2019-cu ilin 1 iyun tarixinə aktiv fiziki şəxs fərdi sahibkarların sayı 19 min 283 artaraq 380 min 284-ə çatıb. Komissiyaya üzv olan aidiyyəti qurumların fəaliyyəti nəticəsində və respublikanın şəhər və rayonlarında məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələrinin dəstəyi ilə cari ildə qeyri-formal məşğul əhalinin sayında əhəmiyyətli azalma müşahidə olunub.
Sonra “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”ndan irəli gələn tapşırıqların icrası ilə bağlı komissiya üzvlərinin məruzələri dinlənilib. “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icra statusu barədə dövlət başçısına təqdim ediləcək hesabatın layihəsi müzakirə edilərək qəbul olunub. İclasda, komissiya qarşısında qoyulan vəzifələrin icrasını təmin etmək üçün təşkilati məsələlər, tədbirlər planından irəli gələn tapşırıqların icrasının tənzimlənməsi və işin səmərəli təşkil edilməsi məqsədilə hazırlanan nəzarət cədvəli forması, qeyri-rəsmi məşğulluğun qarşısının alınması ilə bağlı qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məsələləri də müzakirə mövzusu olub.
İclasa yekun vuran Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov deyib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində görülən işlərlə əlaqədar mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat veriləcək.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

