/ / Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
15.06.2019 [10:33]
Beynəlxalq münasibətlər sistemində müəyyən gərginliklər müşahidə edilir. XXI əsrin ikinci onilliyini başa vurmaq ərəfəsində olduğumuz halda hazırda dünyada müxtəlif xoşagəlməz proseslərin getdiyini görürük.
Bu fikirləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Düşənbədə keçirilən beşinci Zirvə toplantısında iştirak edən Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov AZƏRTAC-a açıqlamasında bildirib.
“Dünyada gedən xoşagəlməz proseslərin, baş verən müxtəlif siyasi hadisələrin fonunda bu cür tədbirlərin keçirilməsi olduqca önəmlidir. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə də bu sahədə çox əhəmiyyətli bir platformadır. Düşənbədə keçirilən Zirvə toplantısına dünyanın 27 ölkəsinin dövlət və hökumət başçıları, nümayəndə heyətləri qatılıblar. Əlbəttə ki, bu toplantıda dünyada, o cümlədən Asiyada gedən proseslər ətraflı müzakirə olunacaq, regionda sabitliyin, təhlükəsizliyin təmini üçün atılmalı addımlar müəyyənləşdiriləcək”, - deyə Baş Nazir vurğulayıb.
Novruz Məmmədov qeyd edib ki, bu gün dünya əhalisinin üçdə ikisinin, təxminən 4 milyarda yaxın insanın Asiya qitəsində yaşadığını nəzərə alsaq, bu tədbir planetimizin gələcək təhlükəsizliyinin təmin olunması, qlobal sülhün bərqərar edilməsi, qarşılıqlı etimadın müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Baş Nazir deyib: “Əlbəttə ki, bu Zirvə toplantısında Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərimi bildirəcəyəm. Ümumiyyətlə, dünyada mövcud olan gərginliyi yaradan amillərin, o cümlədən münaqişələrin, radikal yanaşmaların, terrorizmin aradan qaldırılması yolları müəyyənləşdirilməlidir. Çünki məhz bunlar dünyamızı hazırkı vəziyyətə gətirib. Həmçinin müəyyən geosiyasi iddialar var ki, onlardan da əl çəkmək lazımdır. Beynəlxalq hüquqa, onun norma və prinsiplərinə əməl olunmalıdır. Belə olan halda dünyamızda sülh, sabitlik bərqərar olar. Hesab edirəm ki, bu Zirvə toplantısında mənimlə bərabər, digər çıxışlarda da bu məsələlərə toxunulacaq. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin adından da göründüyü kimi, bu platformanın məqsədi də dövlətlər arasında etimadın, inamın bərqərar olunmasıdır”.
Azərbaycanın Ermənistanın ölkəmizə əsassız iddiaları nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarı olduğunu bildirən Baş Nazir deyib ki, BMT Təhlükəsizlik Şurasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının və digər mötəbər beynəlxalq qurumların münaqişə ilə bağlı ədalətli qərar və qətnamələrinə əməl edilməlidir.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

