Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu Qırğızıstan prezidentini təltif edib
04.12.2009 [23:07]
Qırğızıstan Respublikasının prezidenti Kurmanbek Bakiyev “Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu”nun “Qızıl medal”ına layiq görülüb. İki gün öncə isə Bişkekdə mükafatın təqdimetmə mərasimi keçirilib. Mərasimdə çıxış edən fondun sədri Nüsrət Məmmədov türkdilli dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində dövlət başçısının əvəzsiz xidmətləri olduğunu qeyd edib. “Siz, həqiqətən də türkdilli dövlətlərin əməkdaşlıqlarının genişləndirilməsi istiqamətində, qardaş xalqlar arasında qarşılıqlı anlaşma və dostluq münasibətinin möhkəmləndirilməsində böyük işlər görmüsünüz. Və bu mükafat sizin bu sahədəki xüsusi xidmətlərinizin təzahürüdür”, - deyə N.Məmmədov söyləyib.
Prezident Kurmanbek Bakiyev isə öz növbəsində fəaliyyətinə verilən böyük qiymətə görə minnətdarlığını ifadə edib: “çox mürəkkəb hadisələrin yaşandığı indiki dövrdə ölkələrimiz arasında əməkdaşlığı hər sahədə möhkəmləndirmək və genişləndirmək olduqca vacibdir. Və bu iş təkcə dövlət institutları səviyyəsində aparılmamalıdır. Axı xalq diplomatiyası, mədəni-humanitar əlaqələr, xalqlar arasında qarşılıqlı anlaşma və dostluq münasibətlərinin möhkəmləndirilməsində böyük əhəmiyyət kəsb edir”.
Rəsmi çıxışlardan sonra fondun prezidenti Nüsrət Məmmədov “Qızıl medal”ı Qırğızıstan Respublikasının prezidenti Kurmanbek Bakiyevə təqdim edib.
Qeyd edək ki, fond tərəfindən təsis edilən “Qızıl medal” XX yüzilliyin görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin barelyefindən ibarətdir və təmiz qızıldan hazırlanıb. Bu mükafata, əsasən, türkdilli dövlətlərin dostluğuna töhfələr verən görkəmli siyasi və ictimai xadimlər layiq görülür.
Əlavə edək ki, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu 2005-ci ildən Bişkekdə rəsmi şəkildə fəaliyyətə başlayıb. Eyni zamanda, fondun Azərbaycanda da filialı var. Fondun fəaliyyətinin əsas istiqaməti türkdilli dövlətlərin liderlərinin müxtəlif ölkələrdə geniş təbliğatını təşkil etmək, xalqlarımız arasında birlik və əlaqələrin formalaşmasında dahi siyasətçilərin rolunu daha geniş auditoriyaya çatdırmaqdır. Fondun bu günə qədər gerçəkləşdirdiyi tədbirlər həm rəsmi, həm də ictimai dairələrdə böyük maraqla qarşılanıb.
TURANƏ
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

