Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır
04.07.2019 [09:41]
Milli dövlətlərin inkişafını və beynəlxalq müstəvidə layiqli yer tutmasını təmin edən çoxsaylı strateji faktorlar mövcuddur. Ən mühüm amil isə həyata keçirilən daxili və xarici siyasətin müasir çağırışlara, milli maraqlara uyğun olmasıdır. İstər daxili, istərsə də xarici siyasətdə müəyyənləşdirilən strateji kursun fonunda yeni trendlərin nəzərə alınması, milli mənafeyə aid məsələlərdə prinsipial mövqedən çıxış edərək dövlətçilik maraqlarının əsas götürülməsi bu baxımdan xüsusi vurğulanmalıdır.
Bu kontekstdə Azərbaycan təcrübəsi mütərəqqi və müsbət nümunə kimi diqqəti cəlb edir. Ümumiyyətlə, müstəqil Azərbaycanın müasir mənzərəsini səciyyələndirən ən mühüm amillər möhkəm ictimai-siyasi sabitlik və dinamik iqtisadi inkişafdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara və müasir çağırışlara uyğun həyata keçirilən uğurlu siyasət Azərbaycanın tərəqqi yolunda inamla irəliləməsini təmin edib. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi və hədəflənən nəticələrin əldə olunması, çoxşaxəli islahatların davamlı olaraq həyata keçirilməsi, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməsi və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın gerçəkliklərini təşkil edir. Bütövlükdə, əldə edilən möhtəşəm nailiyyətlər Azərbaycanın iqtisadi, siyasi və hərbi qüdrətinin, milli gücünün artmasını təmin edib.
Milli maraqlara əsaslanan müstəqil xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini təmin edib
Azərbaycanın müstəqil milli dövlət kimi dinamik inkişaf yolunda inamla və əmin addımlarla irəliləməsini təmin edən mühüm strateji amillərdən biri milli maraqlara əsaslanan, çoxvektorlu və praqmatik xarici siyasətin həyata keçirilməsidir. Bu strateji kurs respublikamızın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsini təmin edib. Regional güc mərkəzi olan respublikamız həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bütövlükdə, Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir.
O da qeyd edilməlidir ki, Azərbaycan region ölkələri ilə, işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub. Bu, bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından strateji əhəmiyyətə malikdir. Eyni zamanda, qlobal əhəmiyyətli transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan regionda ikitərəfli, üçtərəfli, hətta dördtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur. Müxtəlif regional əməkdaşlıq formatları məhz Azərbaycanın təşəbbüsü ilə yaranıb və səmərəli fəaliyyət göstərir.
Dünyada böyük etimad qazanan Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir
Bütövlükdə, Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Ümumiyyətlə, ekspertlər qeyd edirlər ki, ölkəmiz ilə əməkdaşlıq geosiyasi və geoiqtisadi perspektivlər nöqteyi-nəzərindən əhəmiyyətli dividendlər vəd edir. Təsadüfi deyil ki, hazırda ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən ölkələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər, respublikamızla müxtəlif sahələri əhatə edən əlaqələrin inkişafına böyük əhəmiyyət verilir.
Bir məqama da xüsusi diqqət yetirmək gərəkdir. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik və rasional siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusuna çevrilib. Təsadüfi deyil ki, bu gün Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Əsas nüanslardan biri də budur ki, Azərbaycanın praqmatik enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində, əməkdaşlığın dərinləşməsində strateji faktor kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının yaradılması, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması çoxşaxəli əməkdaşlığın səmərəli nəticələridir. Beləliklə, Azərbaycan Avrasiyanın enerji xəritəsinin zənginləşməsində mühüm rol oynayır. Ölkəmiz enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə - diversifikasiya edilmiş təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Eyni zamanda, müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın strateji təhlükəsizliyini daha da gücləndirir. Bu günə qədər respublikamızın liderliyi və fəal təşəbbüsləri sayəsində Xəzərin Azərbaycan sektorundakı zəngin karbohidrogen yataqlarının ehtiyatlarının işlənməsi, o cümlədən də dünya bazarlarına nəqli ilə bağlı regional və qlobal əhəmiyyət daşıyan layihələr reallaşdırılıb və şaxələndirilmiş infrastruktur qurulub. Nəticədə Azərbaycan Avropanın etibarlı enerji təchizatçısına çevrilib.
Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına mühüm töhfələr verir
Cənubi Qafqaz regionunun lider dövləti olan, dünyada böyük etimad qazanan və etibarlı tərəfdaş olaraq tanınan Azərbaycan həm də beynəlxalq dialoq və əməkdaşlıq məkanıdır. Regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən respublikamız sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, qlobal əhəmiyyətli mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Digər tərəfdən, Azərbaycan öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, ümumbəşəri dəyərlərin, multikulturalizmin təbliği və təşviqinə, qlobal xarakterli problemlərin həllinə dəyərli töhfələr verir.
Ümumiyyətlə, bu gün dünyanın müxtəlif regionlarında, ayrı-ayrı ölkələrində siyasi, dini, etnik zəmində ziddiyyətlər və qarşıdurmalar artır. Bu cür neqativ halların qarşısının alınmasında - aradan qaldırılmasında mədəniyyətlər, sivilizasiyalararası dialoqun təşviqi və inkişafı olduqca mühüm əhəmiyyətə malikdir. Yəni sivilizasiyalararası dialoq, müxtəlif mədəniyyətlər və dəyərlərə malik olan xalqların əməkdaşlığı XXI əsrin strateji prioritetlərindən biri kimi vacib vəzifə olaraq qarşıda durur. Qürurverici haldır ki, tolerantlıq nümunəsi olan, dünyaya mütərəqqi dəyərlər təqdim edən Azərbaycan mədəniyyətlər arasında dialoq imkanlarının yaradılmasında aparıcı və müsbət rol oynayır. Xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Azərbaycan bu zəngin tarixi irsi əsasında dünyada sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir, bu yolun qarşılıqlı əməkdaşlığa, inteqrasiyaya, sülh və təhlükəsizliyə xidmət etdiyini göstərir. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bizim tariximiz mədəni müxtəliflik tarixidir və bu gün həmin tarixi irs əsasında Azərbaycan dünyaya mədəniyyətlərarası dialoqun ölkələri yaxınlaşdırmağın, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir”.
Ölkəmizdə multikulturalizmin həm dövlət siyasəti, həm də cəmiyyətdə həyat tərzi olması beynəlxalq miqyasda da olduqca yüksək qiymətləndirilir. Ümumiyyətlə, Azərbaycan elə bir ölkədir ki, burada milli, dini, irqi müxtəliflik insanlar arasında fərq yaradan, kimlərəsə üstünlük verən amil kimi çıxış etmir. Əksinə, burada tolerantlıq, milli, dini, irqi müxtəliflik cəmiyyətin əsas və üstün dəyəri kimi təqdim olunur. Azərbaycanda xalqların, milli və dini icmaların heç bir fərq qoyulmadan bərabər yaşamasına, sıx inteqrasiya etməsinə həm dövlət güclü siyasi iradə nümayiş etdirir, həm də cəmiyyətdə buna böyük istək var. Azərbaycanda keçirilən nüfuzlu qlobal tədbirlər qarşılıqlı anlaşma və əməkdaşlığa xidmət edir, sivilizasiyalararası dialoqun təşviqi və inkişafında yeni yanaşmaların, ideyaların meydana çıxmasına əlverişli zəmin yaradır. Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslər də bu kontekstdə strateji əhəmiyyətə malik faktor kimi xüsusi vurğulanmalıdır. Bu baxımdan, “Bakı Prosesi”nin əhəmiyyətini mütləq qeyd etmək lazımdır. Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətləri arasında əməkdaşlıq üçün unikal platforma olan “Bakı Prosesi” ölkəmiz tərəfindən uğurla davam etdirilir. “Bakı Prosesi”nin əhəmiyyəti beynəlxalq səviyyədə də çox yüksək qiymətləndirilir. Bütövlükdə isə, 2008-ci ildən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” ötən müddət ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma yarada bilib.
Nəticə etibarilə, dünya birliyinə uğurla inteqrasiya edən, qlobal təhlükəsizliyə fundamental töhfələr verən Azərbaycan beynəlxalq müstəvidə müstəqil, praqmatik xarici siyasət kursuna malik olan ölkə, həmçinin nüfuzlu və qüdrətli dövlət kimi tanınır.
Nurlan QƏLƏNDƏRLİ
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

