Azərbaycan söz və mətbuat azadlığının yüksək səviyyədə təmin olunduğu ölkədir
23.07.2019 [09:37]
Ekspertlərin qənaətinə görə, ölkəmizdə reallaşdırılan məqsədyönlü tədbirlər nəticəsində milli mətbuatımız böyük inkişaf yolu keçərək regionun ən güclü mətbuatına çevrilib
Azərbaycanda görkəmli maarifçi Həsən bəy Zərdabinin 144 il bundan əvvəl yaratdığı “Əkinçi” qəzeti ilə əsasını qoyduğu milli mətbuatımız bu gün müstəqil dövlətimizin və xalqımızın qürur mənbələrindən biridir. Ötən müddətdə həm ideya-məzmun baxımından zənginləşən, həm də peşəkarlıq cəhətdən püxtələşən mətbuatımız hər dövrdə üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirib, insanların maariflənməsində, cəmiyyətin milli məfkurə ətrafında birləşməsində, qabaqcıl ideyaların təbliğində mühüm rol oynayıb.
Bütövlükdə, milli mətbuatımızın inkişafında bir sıra mərhələləri xüsusi fərqləndirə bilərik. 22 iyul - Milli Mətbuat Günü ərəfəsində qəzetimizə açıqlama verən ekspertlər, KİV təmsilçiləri vurğulayıblar ki, hər bir ictimai-siyasi informasiyada mətbuata münasibət fərqli olub və bu da KİV-lərin durumunda, jurnalistlərin sosial vəziyyətində, söz, ifadə azadlığının təmin olunmasında bilavasitə özünü göstərib.
Müstəqil Azərbaycanda KİV-lərə dövlət dəstəyi siyasətinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub
“Sirr deyil ki, hər bir ölkədə mətbuatın durumu, söz azadlığının təmin olunması hakimiyyətin siyasi iradəsi ilə üzvi şəkildə bağlı olan bir məsələdir. Totalitar rejimlərin hökm sürdüyü ölkələrdə bir qayda olaraq mətbuat siyasi hakimiyyətin yedəyində gedir. Təəssüf doğuran haldır ki, mətbuata belə münasibəti biz ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini yenicə bərpa edən Azərbaycanda da görmüşük. Belə ki, 1992-ci ilin mayında qeyri-sivil yolla hakimiyyəti qamarlayan AXC-“Müsavat” cütlüyü mətbuata da oxşar yanaşma sərgilədi. Dövlət idarəçiliyi sahəsində tamamilə diletant olan AXC-“Müsavat” iqtidarının təmsilçiləri elə özlərinin korporativ maraqlarını KİV-lər vasitəsilə cəmiyyətə diktə etməyə çalışırdılar və düşünürdülər ki, mətbuat, jurnalistlər onların dirijor çubuğu ilə idarə olunmalıdırlar. Xatırlayaq: 16 aprel 1992-ci il tarixində mətbuat üzərində hərbi senzuranın yaradılması haqqında Fərman, 15 aprel 1993-cü il tarixində bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı Sərəncam imzalandı. KİV-lərin sərbəstlik dairəsini daraltmağa, jurnalistlərin fəaliyyətinə nəzarəti artırmağa, bütövlükdə medianı buxovlamağa hesablanan bu sənədlərin imzalanması o dövrdə AXC-“Müsavat” iqtidarının mediaya qeyri-demokratik və despot münasibətinin ifadəsi idi”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ifadə edib. V.Rəhimzadə bildirib ki, müstəqil Azərbaycanda söz azadlığının, KİV-ə qayğı siyasətinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Müstəqil Azərbaycanın yaxın tarixinə qısa ekskurs edən V.Rəhimzadə deyib ki, 1993-cü ilin yayında AXC-“Müsavat” iqtidarının səriştəsizliyindən, yarıtmaz fəaliyyətindən cana doyan xalq təkidlə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasını istədi. Xalqının təkidli tələbini qəbul edən Ümummilli Lider müdrik siyasətçi kimi ölkə həyatının demokratikləşməsində, respublikamızın beynəlxalq arenada tanınmasında və müsbət imicinin formalaşmasında mətbuatın müstəsna rolunu yüksək dəyərləndirirdi. “Ulu Öndər müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə KİV nümayəndələri ilə çoxsaylı görüşlər keçirib, mətbuatın problemlərini öyrənib və onların aradan qaldırılmasına yönələn tədbirlərin həyata keçirilməsinə nail olub. Məhz Ulu Öndərin diqqət və qayğısı sayəsində qəzetlərin nəşriyyata olan borcları silinib, redaksiyalara maddi yardımlar göstərilib. 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin tarixi Fərmanı ilə senzuranın ləğv olunması KİV-lər üçün yeni dövr açdı və Azərbaycan mətbuatı tam şəkildə azad fəaliyyət göstərməyə başladı. Ümumilikdə Ulu Öndər mətbuatın müxtəlif məsələlərini əhatə edən 10-dan çox Fərman və Sərəncam imzalayıb”, - deyə V.Rəhimzadə vurğulayıb.
Hazırkı mərhələdə respublikamızda siyasi oriyentasiyasından asılı olmayaraq bütün KİV-lərə və jurnalistlərə hərtərəfli dövlət qayğısı göstərilir
Qəzetimizə açıqlama verən siyasi şərhçi, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev isə ölkəmizdə media azadlığının təmin olunmasında KİV-lərə göstərilən dövlət qayğısının önəmini vurğulayıb. Bu xüsusda fikirlərini bölüşən B.Quliyev deyib: “Ölkəmizdə bütün istiqamətlərdə olduğu kimi, media sahəsində də dövlət siyasəti ardıcıl səciyyə daşıyır. Ulu Öndərin əsasını qoyduğu ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək daha da zənginləşdirilir. Hazırkı mərhələdə respublikamızda siyasi oriyentasiyasından asılı olmayaraq bütün KİV-lərə və jurnalistlərə hərtərəfli dövlət qayğısı göstərilir. Azərbaycan dövlətinin bu sahədə strateji məqsədi KİV-lərin maddi-texniki bazasını möhkəmlətməklə onların həqiqi müstəqilliyinin təmin edilməsinə nail olmaqdır. Dövlət başçısının 2008-ci ildə təsdiqlədiyi “Azərbaycan Respublikasında Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” ilə mediamızın inkişaf istiqamətləri müəyyənləşdirilib. 2009-cu ildə yaradılan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ötən illərdə uğurla fəaliyyət göstərərək media qurumlarının inkişafına, onların maddi-texniki bazasının möhkəmlənməsinə hər cür dəstək göstərib”.
Ölkəmizdə mətbuata dövlət tərəfindən hərtərəfli qayğı göstərildiyini faktlarla əsaslandıran B.Quliyev bildirib: “Azərbaycanda dövlət vəsaiti hesabına tikilən mənzillərin jurnalistlərə hədiyyə edilməsi isə dünyada analoqu olmayan haldır. Ölkəmizdə haqqı və ehtiyacı olan jurnalistlərin mənzillə təmin edilməsi praktikasına Prezident İlham Əliyevin 2010-cu il 22 iyul tarixində imzaladığı “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” Sərəncamla başlanıb. Bəhs olunan Sərəncama əsasən Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün 156 mənzilli bina tikilib. Həmin binadakı mənzillər 2013-cü il iyulun 22-də Prezident İlham Əliyevin iştirakı ilə jurnalistlərə paylanılıb.
Azərbaycan mediasının təmsilçiləri 2017-ci il iyulun 20-də - Milli Mətbuat Günü ərəfəsində növbəti dəfə mənzil sahibi olmağın sevincini yaşayıblar. Həmin tarixdə jurnalistlər üçün tikilmiş növbəti binada mənzillərin paylanması mərasimi keçirilib. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Ümumilikdə, jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzil var.
Ölkəmizdə jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması siyasəti bundan sonra da davam etdiriləcək. Qeyd edək ki, 2017-ci il 20 iyul tarixində dövlət başçısının iştirakı ilə jurnalistlər üçün tikiləcək sayca üçüncü binanın da təməli qoyulub və hazırda sözügedən binada tikinti işləri yüksək sürətlə davam etdirilir. Beləliklə, cəmi bir neçə il ərzində paytaxt Bakının Bibiheybət qəsəbəsində müasir görkəmi ilə seçilən “Jurnalistlər şəhərciyi” formalaşıb”.
Azərbaycan mediası öz missiyasını yüksək səviyyədə yerinə yetirir
Milli Məclisin deputatı Rauf Əliyev “Yeni Azərbaycan”a müsahibəsində deyib ki, Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev ölkədə demokratiyanın yüksək səviyyədə bərqərar olmasına, o cümlədən də KİV-lərin sərbəst fəaliyyətinə, cəmiyyətin müxtəlif məzmunlu informasiyalara çıxış imkanının genişləndirilməsinə yüksək siyasi iradə göstərir. Millət vəkili deyilənlərin təsdiqi olaraq vurğulayıb ki, respublikamızda sosial şəbəkələrin fəaliyyətinə hər hansı bir məhdudiyyət qoyulmur, bu gün ölkədə əhalinin təxminən 80 faizi internetdən sərbəst şəkildə bəhrələnə bilir.
Milli Məclisin deputatı belə bir cəhəti xüsusi olaraq vurğulayıb ki, respublikamızda mediaya davamlı dövlət dəstəyi, maddi-texniki bazanın möhkəmlənməsi öz növbəsində KİV-lərin səmərəli fəaliyyətinə müsbət təsir göstərir. “Müasir texniki vasitələrlə təchiz olunan KİV-lər üzərlərinə düşən missiyanı operativ şəkildə yerinə yetirir və cəmiyyətin demokratikləşməsi prosesində daha fəal şəkildə iştirak edirlər. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycan jurnalistlərinin fəaliyyətini yüksək qiymətləndirərək “Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır”,- deyə vurğulayıb. Azərbaycan mediasına, jurnalistlərimizə xas olan yüksək vətənpərvərliyi isə xüsusi olaraq nəzərə çatdırmaq lazımdır. Ölkəmizdə KİV-lərin siyasi oriyentasiyası bir-birindən fərqlənsə də, çoxsaylı jurnalistlər ordusu yüksək peşəkarlıqla qələmə aldıqları yazılarında bir qayda olaraq ümummilli mövqedən çıxış edirlər. Milli media təmsilçilərimizin erməni lobbisinin təbliğat maşınına qarşı mübarizədə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında rolu əvəzsizdir”, - deyə Rauf Əliyev bildirib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

