/ / Əli Kərimlinin gəncləri onların özü tərəfindən belə tam dərk edilməyən siyasi aksiyalara təhrik etməsi siyasi mənəviyyatsızlıq və məsuliyyətsizlikdir
Əli Kərimlinin gəncləri onların özü tərəfindən belə tam dərk edilməyən siyasi aksiyalara təhrik etməsi siyasi mənəviyyatsızlıq və məsuliyyətsizlikdir
22.08.2019 [09:25]
Əli Kərimlinin sosial şəbəkələrdə və internet televiziyalarında başlatdığı siyasi avantüra kampaniyası davam etməkdədir. Son günlərdə bəzi gənc vətəndaşlarımızı aldadaraq guya “təkadamlıq aksiya” təşkil etməyə cəhd göstərməsi Əli Kərimlinin ictimai məsuliyyət baxımından kasad, siyasi fəaliyyət baxımından nə qədər avantürist olmasının əyani sübutudur. Heç bir demokratik cəmiyyətdə heç bir ciddi siyasətçi ümumi dünyagörüşü və siyasi təfəkkürü möhkəmlənməmiş gəncləri öz siyasi məqsədlərinə alət etmir. Çünki hər bir ciddi siyasətçinin məqsədi cəmiyyətə və onun siyasi sisteminə pozitiv yön verməklə, onun inkişafına nail olmaqdır.
Uzun illərdir Azərbaycan siyasətinə zorla, təhrikedici addımlarla, qeyri-obyektiv və məntiqsiz çağırışlarla, milli maraqlarımıza uyğun olmayan siyasi tezislərlə müdaxilə etməklə ölkəmizin siyasi sisteminə neqativ tendensiyalar gətirməyə çalışan Əli Kərimli yaşadığımız mürəkkəb tarixi şəraitdə də bu vərdişlərindən əl çəkmir. Görünür, onun məqsədi və missiyası Azərbaycanda sivil siyasi mübarizə yolu ilə hakimiyyətə gəlmək deyil, ən müxtəlif təhrik və təhqiredici siyasi taktikalarla xalqımızın siyasi mədəniyyətinə və siyasi gələcəyinə zərbə vurmaqdır. Bu gün 90-cı illərin əvvəllərində baş verən siyasi xaos ənənələrini yenidən siyasi sistemimizə yamamaq əsla milli maraqlarımızla uzlaşan məsələ deyil. Çünki həmin illərdə baş verənlər ölkəmizin ərazi bütövlüyünün pozulması, vətəndaş müharibəsinin astanasına gəlməyimizlə nəticələndi. Təsadüfi deyil ki, Azərbaycan torpaqlarını işğal edib, xalqımıza qarşı soyqırımı törədən cinayətkarlar bu gün öz barbarlıqları ilə öyünəndə məhz Azərbaycanda olan daxili qarşıdurmanın və xaosun onların bu cinayətləri törətməsinə yardımçı olduğunu yazırlar!
Tarixi öyrənmək həm də ondan dərs çıxarmaq üçün vacibdir. Ən yaxın siyasi tariximizdə baş verənlərdən düzgün nəticə çıxara bilməsək, onu yenidən təkrar yaşamağa məhkum ola bilərik. Bu isə əsla və əsla yolverilməzdir!
Hər bir cəmiyyətdə ən müxtəlif pozitiv və neqativ hallar baş verə bilər! Hər bir cəmiyyətdə qanunları pozan, məsuliyyətdən yayınmağa çalışan, vətəndaşlıq borcunu layiqincə yerinə yetirməyən, hətta müxtəlif növ cinayət törədən insanlar ola bilər. Şübhəsiz ki, bütün bunlar aşkar edilənə qədər mümkündür və aşkar edilər-edilməz hamı qanun qarşısında cavab verməli olur. Ancaq siyasətçinin, yaxud siyasətçi adına iddia edənin qanunla cəzalandırılması mümkün olmayan mənəvi cinayətlər törətməyə haqqı yoxdur, olmamalıdır! Siyasətçinin siyasi vicdanı hər şeydən üstün olmalı, hüququ, qanunu sərfnəzər edərək siyasi mənəviyyatı manipulyasiya etməməlidir!
Əli Kərimlinin bu gün gəncləri onların özü tərəfindən belə tam dərk edilməyən siyasi aksiyalara təhrik etməsi məhz siyasi məsuliyyətsizlik və demokratik dəyərləri və demokratik sistemi istismar etməkdir. Ona görə ki, demokratik cəmiyyətdə və hüquqi dövlətdə mənəvi-siyasi cinayətləri cəzalandırmaq olduqca çətindir. Əli Kərimli də bunu bildiyi üçün Azərbaycan gəncliyinin siyasi heysiyyəti ilə oynayır və hüquqi dövləti istismar edərək özü məsuliyyətdən yayınır. Öz siyasi məqsədlərinə alət etdiyi gənc isə hüquq tərəfindən cəzalandırılır! Bunun adı siyasət yox, siyasi avantürizmdir! Ona görə də bu gün gəncliyə ən doğru şəkildə yol göstərməklə onları həm qlobal imperializmin öz dövlətinə qarşı düşmənçilik siyasətindən, həm də ölkə daxilindəki Əli Kərimli kimi daxili siyasi aktorların siyasi avantürasından qorumaq hər bir Azərbaycan ziyalısının, hər bir valideynin, hər bir ictimai-fəal fərdin ümdə vəzifəsidir.
Unutmaq olmaz ki, başlayanda gənclər üçün siyasi macəra kimi maraqlı görünən yol sonda milli dövlətin itirilməsi ilə nəticələnə bilər! Necə ki İraqda, Suriyada, Yəməndə və s. olduğu kimi! Çünki həmin ölkələrdə də ilk başda təhrikedici addımlar siyasi hakimiyyətə qarşı sərt ittihamlarla başlamış və xalqların dövlətsizləşdirilməsi ilə sona çatmışdı. Çünki qlobal imperializm, islamofob mərkəzlər, dünya erməniliyi və onların hamiləri bizim dövlətçiliyimizi əlimizdən almaqla bizi zərərsizləşdirməyə, milli müqavimətimizi sıfra endirməyə çalışırlar. Çox təəssüf ki, bəzən bilərəkdən, bəzən də fərqində olmadan bu dağıdıcı prosesə içərimizdən də dəstək verənlər tapılır. Ona görə də tarixin bu mürəkkəb mərhələsində, xalqların milli mövcudluqlarını qorumaq üçün mücadilə verdiyi gərgin və nizamsız “beynəlxalq nizam” içərisində milli maraqlarımızı qorumaq hər birimizin əsas vəzifəsi və vətəndaşlıq borcudur. Bu prosesin avanqardları isə heç şübhəsiz ki, Azərbaycan gəncliyi olmalıdır və olacaq.
Hikmət Babaoğlu
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

