/ / Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Ağcabədi rayonu ərazisindəki N nömrəli hərbi hissədə əsgər və zabitlərlə görüş keçirib
Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Ağcabədi rayonu ərazisindəki N nömrəli hərbi hissədə əsgər və zabitlərlə görüş keçirib
10.09.2019 [09:37]
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi Əli Əhmədov Ağcabədi rayonu ərazisindəki N nömrəli hərbi hissədə əsgər və zabitlərlə görüş keçirib.
Görüşdə Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Tahir Rzayev, Rauf Əliyev, Ağcabədi və Laçın rayon icra hakimiyyətlərinin başçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əsgər və zabitlər qarşısında çıxış edən Baş nazirin müavini Əli Əhmədov Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyətdən, silahlı qüvvələrə göstərilən diqqət və qayğıdan söz açıb. Bildirib ki, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan dünyanın ən güclü ordularından birinə çevrilib.
“Ordumuzun gücü təkcə onun malik olduğu silahlarda, hərbi sursatlarda deyil. Ordumuzun daha möhtəşəm güc mənbəyi əsgərlərimizin qəhrəmanlığında, döyüşlərdə göstərdiyi igidliyindədir. Yüksək döyüş ruhunda olmasındadır. Azərbaycan xalqına, dövlətinə dərindən inanmasındadır. Biz ordumuzla qürur duyur, fəxr edirik. Əminik ki, silahlı qüvvələrimiz Vətənimizin müstəqilliyinin və dövlətçiliyimizin keşiyində əzmlə dayanıb. Azərbaycan ordusu qarşıya qoyulan istənilən hərbi vəzifəni yerinə yetirməyə hazırdır. Biz torpaqlarımızı işğaldan azad etmək vəzifəsini dövlətimizin, xalqımızın və ordumuzun iradəsini birləşdirərək yerinə yetirməyə nail olacağıq”, - deyə Ə.Əhmədov söyləyib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesindən də bəhs edən Baş nazirin müavini deyib: “Azərbaycan münaqişənin qan tökülmədən həll olunmasına tərəfdar olmasını bəyan edir və danışıqlar prosesi aparılmaqdadır. Doğrudur, danışıqlar prosesinin gedişi bizi qane etmir. Biz dəfələrlə bununla bağlı mövqeyimizi ən yüksək səviyyədə ifadə etmişik. Amma danışıqlar prosesinin tamamilə sona çatdığını düşünmürük. Apardığımız siyasət ondan ibarətdir ki, qan tökülmədən, itkilərə yol vermədən Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsini təmin edək. Azərbaycan tərəfinin qoyduğu yeganə şərt odur ki, işğal olunmuş bütün torpaqlar qeyd-şərtsiz azad edilməlidir. Çünki bu torpaqlar Azərbaycanın torpaqlarıdır. Bütün dünya bu torpaqların Azərbaycan ərazisi olduğunu qəbul edir. Bütün hüquqlar, beynəlxalq normalar Azərbaycanın haqlı mövqeyini nümayiş etdirir. Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi ucbatından hələ ki, danışıqlar prosesi bizim istədiyimiz nəticəyə gətirib çıxarmayıb. Əgər danışıqlar prosesi biz istədiyimiz nəticəni verməsə, pozulmuş ədalət bərpa olunmasa, Azərbaycanın torpaqları geri qayıtmasa, biz məsələni ordunun gücü hesabına həll edəcəyik. Bizim hər birimizin bir müqəddəs vəzifəsi var - işğal altında olan torpaqlarımızın azad edilməsi, məcburi köçkünlərin doğma yurdlarına qayıtması, ədalətin bərpa olunması”.
Birlik komandiri general-mayor Mais Bərxudarov qeyd edib ki, silahlı qüvvələrə göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan ordusu dünyanın ən güclü ordularından birinə çevrilib. Silahlı qüvvələrin təminatı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək olması onu deməyə əsas verir ki, ordumuz düşməni hər an məhv etməyə qadirdir, buna hazırdır.
Sonra YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov və digər qonaqlar hərbi hissənin ərazisində yerləşən əsgər yataqxanası, məişət otağı, yeməkxana, hamam, əşya anbarı və digər xidməti otaqlara baxış keçirib, şəxsi heyətin həyat və məişət şəraiti ilə yaxından tanış olub, əsgərlərlə birgə nahar ediblər.
Hərbi hissəyə ideoloji və bədii kitablar hədiyyə olunub. Əsgər və zabitlər üçün konsert proqramı təşkil edilib.
Xəbər lenti
Hamısına baxDünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33

