Ermənistan 2 milyard dollar təzminat ödəmək məcburiyyətində qala bilər
14.09.2019 [10:19]
“Amulsar” burulğanı N.Paşinyanın manevr imkanlarını sıfıra endirir
Ötən sayımızda işğalçı Ermənistan hakimiyyətinin düşdüyü çətin vəziyyətdən, sosial-iqtisadi cəhətdən əziyyət çəkən əhali və verdiyi vədlərin heç birini yerinə yetirməyən baş nazir Nikol Paşinyan arasında ciddi etimadsızlıq mühitinin yaranmasından bəhs etmişdik. Eyni zamanda, N.Paşinyanın xarici investisiya ilə istismar olunan “Amulsar” qızıl yatağı ilə bağlı problemin həllində tərəddüd göstərməsinin ona baha başa gələcəyini qeyd emişdik. Bu arada N.Paşinyanın çıxılmaz vəziyyətə düşməsinin daha ciddi səbəbləri də ortaya çıxır.
N.Paşinyanın məsələdə qəti bir mövqeyə malik olmamasının səbəblərindən biri - təbii ki, əsasən hakimiyyət daxilində olan qərbyönümlü qanadın bu məsələdə ciddi müqavimət göstərməsidir. Onların N.Paşinyana təzyiq formasında istifadə etdikləri arqumentlərə görə, xarici korporasiyanın törəmə şirkəti “Lidian-Armenia”nın fəaliyyəti bərpa olunmayacağı təqdirdə, işğalçı dövlət Qərbin dəstək və etimadını itirəcək, nəticə etibarilə, Ermənistanın investisiya mühiti pisləşəcək və etibarsız tərəfdaş imici formalaşacaq.
“Lidian-Armenia”nın fəaliyyətinin genişləndirilməsinə qarşı çıxan müxalif qrupların bəzilərinin iddialarına görə isə, “Amulsar” qızıl mədəninin yenidən tam şəkildə istismarı Ermənistanda Rusiya sərmayəsinin sıxışdırılaraq Qərb kapitalına üstünlük verilməsi demək olardı. Məlum olduğu kimi, N.Paşinyan hakimiyyətə gəldikdən dərhal sonra məhz Rusiya kapitalını sıxışdırmaq üçün bir sıra addımlar atmışdı. Ötən ilin avqustunda Ermənistan Dövlət Gəlirlər Komitəsinin (DGK) əməkdaşları 2007-ci ildən Ermənistan dəmir yolu infrastrukturunu 30 illiyinə icarəyə götürən Rusiya Dəmir Yollarının 100% törəmə şirkəti “Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin ofisində axtarış aparmış, daha sonra 9,7 milyon dram (təxminən 20 min dollar) məbləğində ƏDV-nin ödənilməməsi faktı ilə cinayət işi açılmışdı. Bununla yanaşı, Ermənistan DGK-nın “Qazprom”un Ermənistanın qaz təchizatı ilə məşğul olan törəmə şirkəti “Qazprom-Armenia”ya qarşı vergi pozuntuları və korrupsiya hallarının araşdırılmasına yönəlmiş addımlarını da bu qəbildən hesab etmək olar.
Xatırladaq ki, “Amulsar” qızıl mədənini istismar edən “Lidian-Armenia” şirkəti də hadisələrə seyrçi qalmaq fikrində deyil. Şirkət “Amuslar” qızıl yatağının istismarının ətraf mühitə təsirinin qiymətləndirilməsi barədə Livan şirkətinin hazırladığı rəyi əsas gətirərək etirazçıların yeraltı suları çirkləndirdiyi və kütləvi ekoloji fəlakətə səbəb olacağı barədə iddialarını əsassız hesab edir, problemi sosial-ekoloji yox, daha çox siyasi müdaxilələrlə əlaqələndirir. Hətta “Lydian International” şirkəti rəsmi açıqlamalarında problemin davam etməsi halında məsələnin beynəlxalq arbitraj məhkəməsinə çıxarılacağını dəfələrlə bəyan edib.
Belə ki, “Global Justice Now and War on Want” təşkilatının məlumatına əsasən, Böyük Britaniya qeydiyyatlı “Lydian International” şirkəti hələ bu ilin əvvəlində Ermənistan hökumətini ona qarşı beynəlxalq məhkəmədə 2 milyard ABŞ dolları həcmində təzminat ödəmək barədə iddia qaldıracağı ilə hədələyib. Buradan belə nəticə çıxarmaq olar ki, N.Paşinyanın “Lidian-Armenia” şirkəti tərəfindən yatağın yenidən işlənməsi barədə hökumətin şirkət lehinə qərar çıxarması cəhdi də bu 2 milyard dollarlıq iddiadan qaynaqlanır. Çünki büdcəsi faktiki olaraq boş olan və xarici borclar qarşısında heç bir gəlir mənbəyi yarada bilməyən yeni hökumətin bu məbləği ödəmək üçün hər hansısa qaynağı yoxdur.
Digər tərəfdən, mətbuatda yayılan məlumatlara görə, N.Paşinyanın bu ay Vaşinqtona gözlənilən səfərində “Amulsar” qızıl mədəni ilə bağlı məsələnin ABŞ-Ermənistan münasibətləri kontekstində müzakirə mövzusu olacağı haqda xəbərlər də yayılır. Belə ki, ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mil vaxtilə mediaya açıqlamasında, N.Paşinyan hökumətinin “Lidian-Armenia” şirkətinin lisenziyasını ləğv edəcəyi halda bunun ABŞ-Ermənistan münasibətlərinə xələl gətirəcəyini və xarici investorları ölkəyə investisiya qoymaqdan çəkindirəcəyini bildirmişdi.
Yuxarıda qeyd edilənlərdən belə nəticə hasil olur ki, indiki durumda Paşinyanı hakimiyyətdaxili qüvvələrin guya “Amulsar”ın işlənməsinin işsizliyin azalmasına, sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına töhfə verəcəyi barədə fikirlərindən daha çox, iqtisadi cəhətdən tənəzzül dövrünü keçirən Ermənistanın 2 milyardlıq təzminatı necə ödəyəcəyi düşündürür. Son nəticədə isə xarici və daxili olmaqla çoxsaylı maraqların toqquşmasından yaranan “Amulsar” burulğanı N.Paşinyanın manevr imkanlarını sıfıra endirir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53

