Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ədəbiyyatımızın da keçid dövrü bitdi

Ədəbiyyatımızın da keçid dövrü bitdi

23.12.2009 [09:21]

İkinci minillikdən  üçüncü minilliyə, XX əsrdən XXI əsrə, müstəmləkə dövründən müstəqillik dövrünə keçid özlüyümüzün çox sərrast və dəqiq ifadəsi olan  humanitar elmlərdə və ədəbiyyatımızda əksini tapmalıdır
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman konteksində baxış” məqaləsindən sonra ədəbi mühitdə bir canlanma hiss olunmaqdadır. Məqalədə yer alan fikirlərin mətbuatda və geniş ictimaiyyət arasında müzakirəsi, aparılan diskussiyalar, müxtəlif mətbu orqanlarında dərc edilən təklif və rəylər, o cümlədən, münasibətlər onu göstərir ki, akademik Ramiz Mehdiyev əslində çox vacib bir məqamda çox vacib bir problemə toxunub. Maraqlıdır ki, “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsində yer almış fikirlər təkcə ədəbi çevrələrin yox, sıravi oxucularımızın da marağına səbəb olub.
Akademik Ramiz Mehdiyevin məqaləsində yer almış fikirlərə ziyalılarımızın münasibətinin də maraq doğuracağını nəzərə alıb Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, millət vəkili Rafael Hüseynova müraciət etdik. Millət vəkilinin fikrincə, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin istər efir məkanının müasir vəziyyəti, istər humanitar və ictimai elmlər sahəsindəki durum, istərsə də Azərbaycan ədəbiyyatının bu günü və gələcəyi haqqında düşüncələrini əhatə edən müsahibə, məruzə və məqalələri zamanın diqtə etdiyi əsərlər, vaxtın dedirtdiyi sözlərdir: “Azərbaycan öz inkişafının elə bir mərhələsindədir ki, tarixin elə bir ciddi dönüş anında yaşayırıq ki, bütün istiqamətlərdə keçdiyimiz yola nəzər salmalı, saf-çürük etmək haqqında daha aydın təsəvvürlərə malik olmalıyıq. Akademik Ramiz Mehdiyev Azərbaycan dövlətçiliyində tutduğu mövqe və həyatının böyük bir parçasında AMEA-da çalışması ilə əlaqədar olaraq illərdir ki, ölkəmizin ictimai-siyasi həyatı ilə bağlıdır, humanitar sahənin irəliləyişlərindən xəbərdardır və bu gün də həmin sahələri yaxından izləmək imkanına malikdir”.
Ramiz Mehdiyevin məqalələrində qoyduğu məsələlərin son dərəcə aktual olduğunu vurğulayan Rafael Hüseynov mütəmadi olaraq bu barədə fikirlərini mətbuatla bölüşdüyünü də söyləyib: “Akademik Ramiz Mehdiyevin müsahibə, məqalə və məruzələrində qaldırdığı problemlərin hamısı son dərəcə aktualdır və problemi dərindən bilən bir şəxsin düşüncələridir. İş ondadır ki, bu məruzələrdə və məqalələrdə qaldırılan bir çox problemləri mütaliə edən, dinləyən ayrı-ayrı sahələrin təmsilçiləri bəzən bir düşüncəyə gəlirlər ki, orada qaldırılan məsələlərlə bağlı müdafiə mövqeyində dayanmaq, tənqidə cavab vermək, hansısa qoyulmuş sualı dərhal cavablandırmaq lazımdır. Düşünürəm ki, Ramiz Mehdiyevin ortaya qoyduğu məsələlərdə əsas hədəf bir az başqadır. O, heç də qoyduğu suallara dərhal cavab istəmir. Əksinə, məqsəd ondan ibarətdir ki, qoyulmuş suallar bu sahənin insanlarının özündə yeni-yeni suallar oyatsın: Biz nə etməliyik, necə etməliyik, Azərbaycanın elmini, mədəniyyətini, ədəbiyyatını ölkəmizin sabahına layiq səviyyədə qurmaq üçün hansı gərəkli tədbirləri həyata keçirməliyik? Bəli, Azərbaycan ədəbiyyatının həmişə, mahiyyətindən gələn vəzifəsi bundan ibarətdir ki, bir addım irəlidə olmalı, insanların düşüncəsini, mənəviyyatını, zövqünü formalaşdırmağa öz töhfələrini verməlidir. ölkəmiz özünün müstəqilliyini və bu bağımsızlığının daha inamlı mərhələsini yaşayan bir dövlətdir. Bu da günün tələbidir ki, ədəbiyyatımız  bu prosesləri öz tarixinə köçürməlidir, buna cavab verməlidir”.
Azərbaycan ədəbiyyatının bugünkü durumuna da toxunan millət vəkilinin fikrincə, Azərbaycan bədii söz elə bir məqama çatmalıdır ki, bizim bu günümüz və gələcəyimizin ruhunu, mahiyyətini ifadə edə bilsin: “Ədəbiyyatımız tariximizin bu gününə layiq olan bir məqama çatmalıdır, onun tələbləri səviyyəsində, layiqli töhfələr verməlidir. Hörmətli akademikin çıxışlarında, məqalələrində ədəbiyyatın qarşısında bu gün və gələcəklə bağlı yeni-yeni vəzifələr ortaya qoyulursa bu, ədəbi düşüncələrdə dönüş yaratmalıdır. Yəni ki, hansısa “nümunələr var”, “nəşrlər var” kimi cavablar verməkdənsə, düşünürəm ki, yeni nümunələr yaratmağa qalxmaq lazımdır, daha yeniləri etmək üçün hansı addımları atmalıyıq, bunu düşünmək lazımdır. Ola bilsin ki, bəli, bizim heç birimizin bilmədiyimiz hansısa gözəl bir əsər ortaya çıxıb, Azərbaycan ədibinin hansısa qiymətli bir əsəri xaricdə çap olunub. Bu ola bilər və yəqin ki var. Amma söhbət burda təmayüldən gedir. Bunlar o qədər çox olmalıdır ki, o qədər geniş vüsət almalıdır ki, biz o nümunələri axtarmağa çalışmayaq”.
Millət vəkili Ramiz Mehdiyevin toxunduğu məsələlərin daha əvvəl gündəmə gəlməsinin vacibliyini söyləyənlərə də tutarlı cavab verib: “Belə fikirlər də səsləndirirlər ki, həmin problemləri bir qədər əvvəl də qaldırmaq olardı. Müəyyən mənada burda haqq var. üç, beş, yeddi il əvvəl də bu problemlər vardı, on il əvvəl daha kəskin şəkildə vardı. Amma mənə elə gəlir ki, problemlərə bu gün toxunulması vaxtın doğurduğu zərurətdir və ideya özü də, hörmətli akademikin söylədiyi kimi, Cənab Prezidentdən gəlir. Cənab Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 90 illik yubileyində söylədiyi nitqdə Azərbaycanın bu günü və gələcəyi üçün çox gərəkli olan tezis ortaya qoyuldu. Söylədi ki, keçid dövrü bitdi. Bunu çox zaman elm adamlarımız sırf iqtisadi problemlərlə əlaqələndirdilər. Amma düşünürəm ki, cənab Prezident keçid dövrü deyərkən yalnız iqtisadi inkişaf mərhələlərini nəzərdə tutmur. Bəli, ilk növbədə iqtisadiyyatda keçid mərhələsi bitdi, Azərbaycan iqtisadi inkişafın tamam yeni, ayrı bir mərhələsinə qədəm qoyub. Lakin iqtisadi tərəqqi düşüncənin digər sahələri ilə bağlıdır və şübhəsiz ki, bu tərəqqi digər sahələrin də inkişafını stimullaşdırır. Ona görə də Cənab Prezident bütün sahələrdə keçid dövrünün bitdiyini bildirdi”.
Millət vəkilinin fikrincə, ikinci minillikdən üçüncü minilliyə, XX əsrdən XXI əsrə, müstəmləkə dövründən müstəqillik dövrünə keçid özlüyümüzün çox sərrast və dəqiq ifadəsi olan  humanitar elmlərdə və  ədəbiyyatımızda əksini tapmalıdır.
KƏBUTƏR

Paylaş:
Baxılıb: 1006 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30