Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Nəsimi rayonunda da bələdiyyə seçkiləri yüksək səviyyədə keçirilib

Nəsimi rayonunda da bələdiyyə seçkiləri yüksək səviyyədə keçirilib

24.12.2009 [09:44]

Səsverməni izləyən beynəlxalq müşahidə missiyasının üzvləri və yerli müşahidəçilər prosesin gedişindən razı qaldıqlarını ifadə ediblər
Dünən Azərbaycanda növbəti - üçüncü bələdiyyə seçkiləri keçirilib. ölkəmizin hər yerində yüksək seçici fəallığı şəraitində baş tutan seçkiləri beynəlxalq təşkilatların, xarici ölkələrin Azərbaycandakı nümayəndəliklərinin təmsilçiləri ilə yanaşı, yerli müşahidəçilər də izləyiblər. ümumi qənaət isə belədir ki, seçkilər beynəlxalq standartlara tam cavab verməklə, azad, ədalətli və şəffaf keçirilib. Nəsimi rayonunda da bələdiyyə seçkiləri, o cümlədən, səsvermə prosesi tam ədalətli və şəffaf olub. Qeyd edək ki, rayonda 3 seçki dairəsi - 21 saylı Nəsimi birinci, 22 saylı Nəsimi ikinci və 23 saylı Nəsimi-Səbail Seçki dairələri yerləşir. Bu dairələr üzrə isə 88 seçki məntəqəsində seçicilər səs veriblər.
21 saylı Nəsimi birinci Seçki Dairəsinin sədri Məhsəti Ağayeva bu seçki dairəsi üzrə 29 seçki məntəqəsinin olduğunu söyləyib. Onun sözlərinə görə, 37894 seçici bu dairədə səs verməlidir. O, Azərbaycanın hər yerində olduğu kimi, bu dairə üzrə də səvermə prosesinə saat 08:00 - da qutuların açılması ilə start verildiyini söyləyib və əlavə edib ki, seçkilərdə yüksək seçici fəallığı müşahidə edilməkdədir. M.Ağayeva bu seçkilərdə də seçicilərin böyük həvəs və fəallıqla iştirakının təqdirəlayiq olduğunu söyləyib.
Dairə üzrə səsverməni izlədiyimiz 15-dən artıq məntəqədə istər seçicilər, istərsə də, komissiya üzvləri və müşahidəçilər seçkilərin təşkilindən razılıqlarını ifadə ediblər və bu seçkilərin azad, ədalətli, demokratik keçirilməsi üçün hər cür şərait yaradıldığını vurğulayıblar.
22 saylı Nəsimi ikinci Seçki Dairəsinin sədri Vaqif Qasımov və 23 saylı Nəsimi - Səbail Seçki Dairəsinin sədri Ağabala Quliyev də dairə üzrə seçkilərin demokratik və şəffaf keçirilməsi üçün münbit şərait yaradıldığını vurğulayıb və əlavə ediblər ki, bu ərazidə yüksək seçici fəallığı müşahidə olunub.
22 saylı Nəsimi ikinci Seçki Dairəsi 23 saylı seçki məntəqəsinin sədri Rəna Naibova deyib ki, bu seçkilərin yüksək səviyyədə təşkil olunduğunu və demokratik standartlara tam cavab verdiyini söyləyə bilərik. Elə bu məntəqədə səsvermənin gedişini izləyən beynəlxalq müşahidəçilər də bizimlə bu qənaəti bölüşdülər: “Onu da bildirim ki, ABŞ-ı təmsil edən müşahidəçilər - Lu Donant və Sabistrano Norm bu məntəqədə prosesi izləyiblər. Həmçinin, yerli müşahidəçilər də seçkilərin gedişini müşahidə edirlər ki, onların arasında müxalifət partiyalarının üvləri də var”.
Bu dairədə 24 saylı seçki məntəqəsində də səsvermənin gedişi zamanı heç bir qanun pozuntusu müşahidə edilməyib. Məntəqənin sədri Kəmalə Qədirova 1473 seçicinin bu məntəqədə qeydiyyatda olduğunu vurğulayıb və əlavə edib ki, seçici fəallığı qənaətbəxş səviyyədə olub. O da seçkilərin yüksək səviyyədə təşkil olunması üçün hər cür şəraitin yaradıldığını vurğulayıb. Bu məntəqədə seçkilərin gedişini izləyən müşahidəçilər - Nazimə Zeynalova (Vətəndaş Birliyi Partiyası) və Gülsənəm Bayramova (Yeni Azərbaycan Partiyası) ümumi prosesdən razılıqlarını ifadə ediblər.
1324 seçicinin qeydiyyatda olduğu 26 saylı məntəqənin sədri Ağamayıl Baxşıyev və 1331 seçicinin qeydiyyatda olduğu 27 saylı məntəqənin sədri Cahangir Məmmədov məntəqələrdə seçkilərin yüksək şəffaflıqla və demokratik prinsiplərə uyğun şəkildə baş tutduğunu vurğulayıblar. C.Məmmədovun sözlərinə görə, azad və demokratik keçirilən bu seçkilər ölkəmizin inkişafı tarixində növbəti parlaq səhifəni təşkil edir.
Onu da qeyd edək ki, bu məntəqədə seçkiləri müşahidə edənlər sırasında Avropa Şurasının təmsilçiləri - Bozauz Juan Filips və Qaye Doğanoğlu da olub.
23 saylı Nəsimi - Səbail Seçki Dairəsi 2 saylı seçki məntəqəsinin sədri Sevinc Budaqova isə vətəndaşların bələdiyyələrin fəaliyyəti və ümumiyyətlə, yerli özünüidarəetmə strukturlarının dövlətin inkişafındakı rolu haqqında əvvəlki dövrlərdən daha çox məlumatlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu faktor bələdiyyə seçkilərində xalqımızın daha fəal olmasını şərtləndirib. Müşahidəçi ülkər Əzizova da prosesdən razılığını ifadə edərək əhalinin fəallığına dəqqəti cəkib: “ötən seçkilərdə olduğu kimi, bu seçkilərdə də yüksək seçici fəallığının müşahidə olunması xüsusi təqdirəlayiq haldır. Bu onu göstərir ki, hər bir vətəndaşımız öz vətəndaşlıq borcunu daha dərindən dərk edir, dövlətimizin taleyüklü məsələlərində özünün də iştirakını vacib sayır”.
Bu dairədə 3 saylı məntəqənin sədri Gülüstan Ağazadə də seçkilərin gedişinin qənaətbəxş olduğunu vurğulayıb: “Seçkilər çox yüksək səviyyədə təşkil olunub və seçicilərin azad, müstəqil şəkildə istədikləri namizədə səs verməsi üçün hər cür şərait yaradılıb. Seçici fəallığını da yüksək qiymətləndirirəm. Saat 8-də qutuların açılması ilə vətəndaşlarımız məntəqəyə gəlməyə başlayıb. Buraya xarici müşahidəçilər də gəlmişdi və onlar prosesin təşkilindən razılıqlarını bildirdilər. ümumiyyətlə isə, bizim məntəqəmizdə 1364 seçici qeydiyyatdadır”.
BAXCP-dən olan müşahidəçi Elmira Mahmudova isə deyib ki, seçkilər yüksək tələblərə cavab verir və heç bir qanun pozuntusu müşahidə edilməyib. Bütün proses qayda-qanunlara uyğun şəkildə həyata keçirilir.
VHP-dən olan müşahidəçi Vəfa Əliyevanın sözlərinə görə, seçkilərin azad və demokratik şəkildə, yüksək seçici fəallığı şəraitində keçirildiyini tam səmimiyyətlə söyləmək olar.
Seçici Elbrus Əhmədov isə artıq ikinci dəfə bələdiyyə seçkilərində iştirak etdiyini söyləyib və əlavə edib ki, keçən dəfə olduğu kimi, yenə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verib: “çünki Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafındakı xidmətləri məni qane edir və yüksək qiymətləndirirəm. Həmçinin, bələdiyyələr də artıq inkişafın bir parçasına çevrilib. Mən bir vətəndaş kimi, onlardan daha artıq fəaliyyət gözləyirəm və inanıram ki, növbəti 5 il bələdiyyələrin gələcək fəaliyyətində uğurlu bir dövr kimi yadda qalacaq”.
12 saylı seçki məntəqəsinin sədri Aytən Baxşıyevanın sözlərinə görə, məntəqədə 1226 seçici qeydiyyatdadır. Saat 12-00-a olan məlumata görə, 210 seçici məntəqəyə gələrək səsvermədə iştirak edib ki, bu da ümumi seçicilərin 17,1 faizini təşkil edir. Onun sözlərinə görə, səsvermədə gənclərin aktivliyi daha çox müşahidə olunub. Səhər saatlarında məntəqəyə gələnlərin sayı daha çox olub. Nəsimi rayonu üzrə bələdiyyəyə 19 üzv seçilməlidir. Seçicilər 52 namizəd arasında öz seçimlərini edirlər və namizədlər müxtəlif partiyaları təmsil edirlər. Hər partiyanın nümayəndəsi müşahidəçi qismində prosesi yaxından izləyir. Eyni zamanda, müxtəlif beynəlxalq təşkilatlardan olan nümayəndələr də seçki məntəqəsində olub, seçkilərin keçirilməsi üçün yaradılan şəraitin qənaətbəxş olduğunu bildiriblər. Məntəqədə hər hansı ciddi qanun pozuntusu qeydə alınmayıb.
Cahan Ağabəyli (seçici): Bu seçki məntəqəsində səsvermənin demokratik və şəffaf keçirilməsi üçün hər bir şərait yaradılıb. Məntəqəyə daxil olan seçicilərin barmaqları ultrabənövşəyi işıq saçan xüsusi lampa-cihazla yoxlanılır ki, bu da seçicilərin təkrar səsvermədə iştirak etməsinin qarşısını almaqla yanaşı, seçkilərin tam şəffaf və ədalətli keçirilməsinə xidmət edir. Hesab edirəm ki, Azərbaycanda keçirilən bələdiyyə seçkiləri demokratikliyi ilə Avropa ölkələrində keçirilən seçkilərdən heç də geri qalmır.
23 saylı Nəsimi-Səbail Seçki Dairəsi 19 saylı seçki məntəqəsinin sədri Maya Qaradağlının sözlərinə görə, bələdiyyə seçkilərində seçicilərin aktivliyi ölkədə keçirilən digər əhəmiyyətli seçkilərdən heç də geri qalmır. Artıq saat 12-00-dək məntəqədə qeydiyyatda olan 796 seçicidən 160-i səsvermədə iştirak edib ki, bu da seçicilərin ümumi sayının 20,1 faizi deməkdir. Onun sözlərinə görə, bələdiyyə seçkisinin demokratik və şəffaf keçirilməsi, seçki komissiyasının üzvləri, eləcə də, seçkiləri müşahidə edən yerli müşahidəçilər üçün bütün imkanlar yaradılıb.
Bələdiyyə seçkilərini izləmək üçün beynəlxalq müşahidə missiyasının tərkibində ölkəmizdə olan MDB-nin “MİR” teleşirkətinin nümayəndələri məntəqədə olub, seçki prosesinin gedişini izləyib və seçkilərin necə demokratik və şəffaf keçirildiyini lentə alıblar.
Bəxtiyar Əliyev (seçici): Builki bələdiyyə seçkiləri seçicilərin xüsusi aktivliyi ilə seçilir. Daha bir əlamətdar hal ondan ibarətdir ki, bu dəfə bələdiyyə üzvlüyünə namizədlər sırasında gənclər və qadınlar üstünlük təşkil edir. Əminəm ki, məhz gənclərimiz və qadınlarımız bələdiyyələrin işinə bir yenilik, dinamizm gətirəcək və yeni seçilmiş bələdiyyələr əvvəlkilərdən daha aktiv fəaliyyət göstərəcək, rayon sakinlərinin rahatlığının təmin olunması üçün əllərindən gələni əsirgəməyəcəklər.
23 saylı Nəsimi-Səbail Seçki Dairəsi 13 saylı seçki məntəqəsinin sədri Zeynəb Hacıyevanın sözlərinə görə, bələdiyyə seçkilərində səhər saatlarından başlayaraq seçicilərin fəallığı müşahidə olunub: “Seçki siyahısında 1352 nəfər seçicimiz var. Saat 12-00-dək 230 nəfər artıq səsvermədə iştirak edib ki, bu da seçicilərin ümumi sayının 17 faizi deməkdir. Bu göstərici məntəqə üzrə səsvermənin artıq baş tutmasından xəbər verir”.
Məntəqə sədrinin sözlərinə görə, seçkiləri müşahidə edən müxtəlif siyasi partiya və qeyri-hökumət təşkilatlarından olan müşahidəçilər üçün hər bir şərait yaradılır.
Günün birinci yarısında seçkiləri müşahidə etmək üçün ölkəmizdə səfərdə olan beynəlxalq müşahidəçilər- Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi nümayəndə heyətinin üzvləri məntəqədə olub, seçkilərin beynəlxalq standartlar səviyyəsində keçirildiyini bildiriblər.
Kəmalə Novruzova (seçici): Builki bələdiyyə seçkilərində qadınların xüsusi fəallıq nümayiş etdirmələri məni daha çox sevindirir. Yeni Azərbaycan Partiyasının bələdiyyələrdə qadınların təmsilçiliyinin artırılmasına dair təşəbbüsü alqışa layiqdir. çünki, qadınlarımız ailədə olduğu kimi, yerli idarəetmə orqanlarına da öz ürəklərinin istisini, hərarətini gətirəcək, onların işini daha da canlandıracaq. Digər tərəfdən, əgər bələdiyyə üzvlüyünə namizədlərin siyahısına baxsaq, burada gənclərin və qadınların üstünlük təşkil etməsinin şahidi olarıq. Hesab edirəm ki, bu faktorun özü növbəti beş ilə seçiləcək bələdiyyələrimizi daha aktiv bir quruma çevirəcək.
23 saylı Nəsimi -Səbail Seçki Dairəsi 9 saylı seçki məntəqəsinin sədri Abdulla Nağıyev də bələdiyyə seçkilərində seçicilərin fəallığının müşahidə olunduğunu söylədi. Onun sözlərinə görə, saat 12-00-dək seçki siyahısında olan 1059 seçicidən 200 nəfəri məntəqəyə gələrək səsvermədə iştirak edib ki, bu da seçicilərin ümumi sayının 18,9 faizini təşkil edir. Məntəqə sədri seçkiləri müşahidə edən müxtəlif siyasi partiya və qeyri-hökumət təşkilatlarından olan müşahidəçilərin seçkinin gedişindən razı qaldığını, səsvermənin gedişində heç bir qanun pozuntusunun aşkarlanmadığını bildirdi. O, seçkinin demokratik və şəffaf keçirilməsi üçün məntəqədə hər bir şəraitin yaradıldığını bildirdi.
Türkan Abbasov (seçici): Mən bitərəf olsam da, öz səsimi Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinə verdim. çünki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ölkənin iqtisadi inkişafı, onun dünya dövlətləri sırasında layiqli yerini tutması üçün gördüyü işlər göz qabağındadır. Hesab edirəm ki, əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkiləri də demokratik və şəffaf keçəcək, Yeni Azərbaycan Partiyası bu seçkidə də qələbə qazanacaq. YAP-ın təmsilçilərinin üstünlük təşkil edəcəyi bələdiyyələrimiz respublikamızın daha da çiçəklənməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.
Aqşin ŞAHİNOÄžLU
Səlim LOÄžMANOÄžLU
Paylaş:
Baxılıb: 1048 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30