Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bələdiyyə seçkilərində yüksək seçici fəallığı müşahidə edilib

Bələdiyyə seçkilərində yüksək seçici fəallığı müşahidə edilib

24.12.2009 [09:45]

Yasamal seçiciləri yaradılan şəraitdən razılıqlarını ifadə edib, öz seçimlərini azad şəkildə həyata keçirdiklərini bildiriblər
Dünən Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirildi. Müstəqil Azərbaycanın tarixində sayca üçüncü olan bu bələdiyyə seçkilərinə maraq olduqca böyük idi. Bunun da köklü səbəbləri var. Əvvəla ona görə ki, budəfəki bələdiyyə seçkiləri Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə yerli özünüidarəetmə orqanlarına əlavə səlahiyyətlərin verilməsi, həmçinin, bələdiyyələrin sayında müəyyən dəyişikliklərin edilməsi fonunda baş tuturdu. İkinci bir tərəfdən bu vaxta qədər keçirilən bütün seçkilər kimi, budəfəki bələdiyyə seçkiləri də ölkəmizdə demokratiyanın inkişafı istiqamətində atılan növbəti addım idi.
Beləliklə, ölkə əhalisi Azərbaycanın tarixinə yazılacaq daha bir siyasi prosesin fəal iştirakçısı oldu. Onu da qeyd edək ki, Azərbaycanın hər yerində olduğu kimi, Yasamal rayonunda da bələdiyyə seçkilərində yüksək seçici fəallığı müşahidə edildi. öncə onu bildirmək yerinə düşər ki, 16 saylı Yasamal ikinci Seçki Dairəsi üzrə saat 10:00-a olan məlumata əsasən seçicilərin 8,69, saat 12:00-a olan məlumata görə 17,37, saat 15:00-a olan məlumata görə, 23,87, 17:00-a olan məlumata görə isə 29,60 faizi səsvermədə iştirak edib.
Səsvermədə iştirak edən seçicilər yaradılan şəraitdən razılıqlarını ifadə edib, öz seçimlərini azad şəkildə həyata keçirdiklərini bildiriblər. 16 saylı Yasamal ikinci Seçki Dairəsini əhatə edən məntəqələrdəki müşahidələrimiz də bunu deməyə əsas verir. Dairə Seçki Komissiyasının (DSK) sədri Sədaqət Seyidzadənin sözlərinə görə, 34 seçki məntəqəsini əhatə edən bu dairədəki seçicilərin ümumi sayı 45534 nəfərdir: “Bütün məntəqələrimiz seçkilərə tam hazırdır. Eyni zamanda, bu məntəqələrin 7-də veb-kameralar quraşdırılıb. Seçkiləri müşahidə prosesi üçün də lazımi şərait yaradılıb”.
Rayon üzrə 19 yer uğrunda 73 namizədin mübarizə apardığını deyən Sədaqət Seyidzadə seçkiləri müşahidə etmək üçün ümumilikdə 450 yerli müşahidəçinin qeydiyyatdan keçdiyini söyləyib: “Onlar arasında Yeni Azərbaycan, Vətəndaş Birliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Ana Vətən, Müsavat və ümid partiyalarından olan müşahidəçilər də var”.
DSK sədri seçkiyə start verilən andan etibarən komissiyanın əhatə olunduğı ərazidə yüksək seçici fəallığının hiss edildiyini də bildirib: “Mən mütəmadi olaraq DSK-nın əhatə olunduğu bütün məntəqələrlə əlaqə saxlayıram. Hər bir məntəqədən gələn xəbər olduqca qaneedicidir. çünki seçicilərimiz yüksək seçki fəallığı nümayiş etdirirlər. Düşünürəm ki, bunun başlıca səbəbi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin xalqımız tərəfindən layiqincə dəyərləndirilməsindədir. Yəni, ölkədə aparılan abadlıq-quruculuq işlərini, həmçinin, siyasi islahatları yüksək dəyərləndirən hər bir vətəndaşımız eyni zamanda üzərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışır. Yerli özünüidarəetmə orqanlarının ölkədə aparılan abadlıq-quruculuq işlərində yaxından iştirak etməsində maraqlı olan vətəndaşlarımız bələdiyyə seçkilərində yüksək fəallıq nümayiş etdirirlər”.
Yuxarıda da qeyd etdiyimiz kimi, dünən gün ərzində 16 saylı Yasamal ikinci Seçki Dairəsini əhatə edən məntəqələrə baş çəkərək, səsvermə prosesini izlədik. Baş çəkdiyimiz bütün məntəqələrdə istər məntəqə seçki komissiyaları sədrlərinin, istərsə də, müşahidəçilərin ümumi fikri aşağıdakından ibarət oldu: Vətəndaşlar bələdiyyə seçkilərində yüksək fəallıq nümayiş etdiriblər. Məsələn, 16 saylı Yasamal ikinci Seçki Dairəsinin 11 saylı seçki məntəqəsinin sədri Bəxtiyar Nəbiyev dedi ki, seçici siyahısında olan 1489 seçicidən 15 faizi səsvermənin ilk üç saatı ərzində səsvermədə iştirak edib.
Vətəndaş Birliyi Partiyasından (VBP) olan müşahidəçi Sahil Əhmədov sözügedən seçki məntəqəsində seçkilərin bütün demokratik normalara uyğun şəkildə keçirildiyini bildirdi: “Bu vaxta qədər heç bir qanun pozuntusuna rast gəlməmişik. Normal seçkilər gedir. İnsanlar da seçkidə aktiv şəkildə iştirak edirlər”.
Böyük Quruluş Partiyasından olan müşahidəçi Vüsal Bəbirov da seçki prosesində heç bir qanun pozuntusunun qeydə alınmadığını bildirdi.
16 saylı Yasamal Seçki Dairəsinin 16 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edən Aliyə Qacar isə bələdiyyə seçkilərinin mühüm hadisə olduğunu dedi: “Mən Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verdim. çünki YAP seçkilərə “Xalqa xidmət naminə” şüarı ilə qatılıb”.
Digər seçici Ramiz Umudov da bələdiyyə seçkilərində iştirakın vacib olduğunu bildirdi: “çünki bələdiyyələr yerlərdəki problemlərin həllində yaxından iştirak edirlər. Ona görə də, vətəndaşlarımız bələdiyyə seçkilərində iştirak edib, istədikləri namizədlərə səs verməlidirlər”.
Sözügedən məntəqədə müxtəlif partiyaları, həmçinin, bitərəfləri təmsil edən müşahidəçilər də prosesdən razı qaldıqlarını qeyd etdilər. Məsələn, Ana Vətən Partiyasının nümayəndəsi Yeganə Ələkbərova seçkilərin demokratik norma və prinsiplərə uyğun şəkildə keçirildiyini söylədi: “Budəfəki bələdiyyə seçkiləri də əvvəlkilər kimi tam demokratik şəraitdə keçir”.
VBP-ni təmsil edən Rəşad Eyyubov isə dedi ki, seçkilər beynəlxalq prinsiplərə uyğun şəkildə keçirilir: “Seçkilərə kənar müdaxilə yoxdur. Müşahidə müddətində hər hansı qanun pozuntusuna rast gəlməmişəm”.
Qəzetmizə açıqlama verən 16 saylı Yasamal ikinci Seçki Dairəsini 17 saylı seçki məntəqəsinin sədri Rasim Məmmədov sözügedən məntəqədə 1381 seçicinin qeydə alındığını dedi. Onun sözlərinə görə, seçki prosesi zamanı heç bir qanun pozuntusu müşahidə edilməyib.
Sözügedən məntəqədə səs verən Vüqar Mahmudov da prosesdən razı qaldığını dedi: “Seçki prosesi əla şəraitdə keçir. İnsanlar xüsusi fəallıq göstərərək, istədikləri namizədlərə səs verirlər. Mən də hakim Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verdim”.
Digər seçici Seymur Yədullayev də seçicilərə yaradılan şəraitdən razılıqlarını ifadə etdi: “Səsvermə prosesində iştirak etmək bizim borcumuzdur. Mən də öz borcumu yerinə yetirdim. Əminəm ki, bu dəfə də YAP-ın namizədləri qələbə qazanacaq”.
Seçici İmran Qasımov isə öz seçimini azad şəkildə həyata keçirdiyini bildirdi və yeni seçiləcək bələdiyyə üzvlərinin daha çox işləməli olacağını dedi: “Biz seçkilərdən sonra yenidən formalaşacaq bələdiyyələrdən çox şey gözləyirik”.
16 saylı Yasamal ikinci Seçki Dairəsinin 12 saylı seçki məntəqəsinin sədri Fuad Tağızadə qeyd etdi ki, istər yerli, istərsə də xarici müşahidəçilər seçkilərin gedişinə dair hər hansı irad və ya narazılıq bildirməyiblər: “1381 seçicinin qeydə alındığı seçki məntəqəsində səsvermə prosesini yerli və xarici müşahidəçilər izləyir. Lakin nə müxtəlif partiya və qeyri-hökumət təşkilatlarını təmsil edən yerli müşahidəçilər, nə də prosesi izləyən Böyük Britaniya təmsilçisi prosesin gedişinə dair hər hansı narazılıq, yaxud da irad bildirməyib”.
24 saylı seçki məntəqəsində səs verən tanınmış aktyorumuz, Xalq artisti Hacı İsmayılov da bələdiyyə seçkilərini yüksək qiymətləndirdi: “Bələdiyyə seçkiləri vacib bir prosesdir. Eyni zamanda, hesab edirəm ki, bu seçkilərdən sonra formalaşacaq bələdiyyələr xalqımızın rifah halının yaxşılaşması istiqamətində öz üzərlərinə düşən işin öhdəsindən layiqincə gələcəklər. Bəri başdan yeni seçiləcək bələdiyyə üzvlərini təbrik edir, onlara uğurlar arzulayıram”.
Məntəqənin sədri Cəmilə Məmmədova bu seçkilərin də əvvəlki seçkilər kimi xüsusi fəallıqla müşahidə edildiyini dedi: “Seçkilərin demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb”.
Sözügedən məntəqədə bitərəf müşahidəçi Elmira Rzayeva qeyd etdi ki, seçicilər öz seçimlərini azad şəkildə həyata keçiririlər.
Səsvermə borcunu yerinə yetirən Cəfər Cəfərov isə bu seçkiləri də demokratiya istiqamətində növbəti mühüm addım kimi dəyərləndirdi: “ümid edirəm ki, yeni seçiləcək bələdiyyə üzvləri daha çox faydalı işlər görəcəklər”.
16 saylı Yasamal ikinci Seçki Dairəsinin 25 saylı seçki məntəqəsinin sədri Asəf İsmayılov “Bizim məntəqədə siyahı üzrə 1039 seçici var. Seçkiyə start verilən andan onların sesvermədə iştirak faizi yüksəkdir. Müxtəlif partiyalardan və qeyri-hökumət təşkilatlarından müşahidəçilər də bu prosesi yaxından izləyir. Budəfəki bələdiyyə seçkiləri də öz demokratikliyi ilə yadda qalacaq” - dedi.
Bitərəf müşahidəçi kimi seçkiləri izləyən Zülfiyyə Eldarqızı prosesin gedişindən xüsusi razılıq etdi: “Seçkilər çox şəffaf şəkildə keçir. Burada seçicilər üçün gözəl şərait yaradılıb. Heç bir şikayət və narazılıq yoxdur”.
Seçici Rauf Qədirli də səsvermənin gedişindən razı qaldığını bildirdi. Onun sözlərinə görə, seçki prosesi yüksək səviyyədə təşkil edilib.
Qeyd edək ki, Yasamal rayonunu əhatə edən 15 saylı Yasamal birinci və 17 saylı Yasamal üçüncü Seçki dairələrində də yüksək seçici fəallığı nümayiş etdirilib. 15 saylı Yasamal birinci Seçki Dairəsinin sədri Sərdar Süleymanov qəzetimizə açıqlamasında dedi ki, ümumilikdə 40911 seçicinin əhatə olunduğu DSK-da 30 məntəqə üzrə səsvermə keçirilib: “Bu dairə üzrə saat 10:00-a olan məlumata əsasən seçicilərin 6,90, saat 12:00-a olan məlumata görə 15,10, saat 15:00-a olan məlumata görə, 23,30, 17:00-a olan məlumata görə isə 27,70 faizi səsvermədə iştirak edib”.
17 saylı Yasamal üçüncü Seçki Dairəsinin sədri Qədir Kərimov isə bildirdi ki, dairənin əhatə etdiyi 31 məntəqə üzrə ümumilikdə 44816 seçici qeydə alınıb: “Bizim dairədə də seçicilər bələdiyyə seçkilərində xüsusi fəallıqla iştirak ediblər. Konkret rəqəmlərə gəlincə, bu dairə üzrə saat 10:00-a olan məlumata əsasən, seçicilərin 6,33, saat 12:00-a olan məlumata görə, 14,76, saat 15:00-a olan məlumata görə, 22,80, 17:00-a olan məlumata görə isə 25,31 faizi səsvermədə iştirak edib”.
NADİR

Paylaş:
Baxılıb: 1070 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30