Qaz borclarının silinməsi əsil bayram əhval-ruhiyyəsi yaradıb
31.12.2009 [01:59]
Son illər ölkəmizdə əhalinin təbii qaza olan tələbatının təmin edilməsi istiqamətində vacib tədbirlər həyata keçirilib. Qaz infrastrukturunun yenidən qurulmasında xeyli irəliləyişlər baş verib. Əvvəllər təbii qazla təchiz olunmayan şəhər və rayonlara qaz kəmərləri çəkilib, əhaliyə verilən təbii qazın dəyərinin tam həcmdə ödənilməsini təşkil etmək məqsədi ilə sayğaclaşma işləri təmin olunub. Dekabrın 29-da isə Prezident İlham Əliyev “Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” Fərman imzalayıb. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyətin tənzimlənməsi məqsədi ilə imzalanan sənəddə qeyd olunur ki, dövlət əhalinin qazla təminatında mümkün olan bir çox tədbirlər həyata keçirib. Lakin təbii qaz istehlakçıları üzrə sayğacların quraşdırılmasınadək olan dövrdə istehlakçılar və xüsusilə əhali tərəfindən istifadə edilmiş təbii qazın dəyərinin tam ödənilməməsi illər üzrə borcların yığılmasına səbəb olub.
Təbii qazın istifadəsinə görə iri miqdarda borclar əhalinin təbii qazla müntəzəm təmin edilməsinə, qazpaylayıcı şəbəkələrin zəruri təhlükəsizlik və texnoloji normalara uyğun istismar edilməsinə imkan vermir və təbii qaz təchizatı sisteminin inkişaf imkanlarını məhdudlaşdırır. Bunu nəzərə alaraq Prezident İlham Əliyev istehlak edilmiş təbii qaza görə əhalinin borcunun silinməsinə dair Fərman imzalayıb. Həmin Fərmana əsasən, əhalinin 1 oktyabr 2009-cu il tarixinədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə yaranmış 327 milyon manat məbləğində borcları silinəcək. Fərmanın 1-ci bəndinə əsasən, əhalinin borclarının silinməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə silinmiş borcların məbləği həcmində 2009-cu il dövlət büdcəsindən təzminat ayrılıb.
Qeyd edək ki, Prezidentin imzaladığı bu Fərman əhali arasında böyük sevinclə qarşılanıb. ölkə vətəndaşları bunu Prezidentin növbəti humanist addımı kimi dəyərləndirib. Partiya sakinləri arasında kiçik sorğu keçirərək bununla bağlı sakinlərimizin fikirlərini öyrəndik.
TOFİQ AÄžAYEV: İxtisasca mühasibəm. Hesab edirəm ki, Prezidentin hər bir addımı məhz əhalinin sosial rifah halının yaxşılaşdırılmasına, aztəminatlı ailələrin problemlərinin həllinə yönəlib. Bu addımların hər birinin müsbət təsirini biz öz həyatımızda hiss edirik. İnsanları ən çox narahat edən problemlərin bir qismini dövlətin həll etməsi təqdirəlayiqdir. Bununla belə, hesab edirəm ki, biz vətəndaşlar güclü dövlətə sahib olmaq istəyiriksə, bundan sonra borclarımızı vaxtında ödəməliyik və Prezidentimizin humanizmindən sui-istifadə etməməliyik.
QARAŞ MƏMMƏDOV: Prezidentimizin Fərmanından xəbərim var. Düzdür, hər hansı borcum yoxdur. Su, qaz və enerji istifadəsinə görə borc saxlamağı xoşlamıram. Ancaq bilirəm ki, bunu ödəyə bilməyən insanlar var. Prezidentimiz də məhz belələrini nəzərə alıb Fərman imzalayıb. ümumiyyətlə, belə humanist qərarların tez-tez şahidi oluruq.
ZEYNAL AÄžAYEV: Düzü, qaz borcu olanların tərkibinə baxsaq, görərik ki, hamısı imkansız adamlardır. Prezident İlham Əliyev daim belələrinin həyatını asanlaşdırmaq üçün addımlar atır. Onların bir çoxu özündən asılı olmayan səbəblərdən bu qayğıya möhtacdır. İşsiz, çoxuşaqlı, əlil, ahıl adamlar var ki, onların borcunun olması heç kim üçün təəccüblü deyil. Dövlət də onlar üçün əlindən gələni edir. Belə ailələrə mütəmadi sosial yardımlar edilir. Prezidentimiz həmişə deyir ki, ölkəmizdə yoxsul ailə qalmamalıdır. Qaz borcunun silinməsi ilə bağlı qərar da Onun bu istəyindən doğub. Bu gedişlə, bir neçə ilə ölkədə nə yoxsul, nə də borclu adam qalacaq.
NOVRUZ ƏLİZADƏ: Prezidentimiz sağ olsun. Hər il xeyli insanı sevindirir. ümid edirəm ki, daha insanlarımızın borcu olmayacaq və hər kəs ödəyə bildiyi qədər enerji, su, qaz sərf edəcək. Məhz belə olmalıdır.
SOLMAZ MƏHƏRRƏMOVA: Təbii ki, Prezidentimizin bu addımını alqışlayıram. Söz yox ki, insanlar işlətdiyi enerjinin, qazın pulunu ödəməlidir. Qonşularım arasında hətta min manat borcu olanlar var. Mən belələri ilə həmişə mübahisə edirəm, onları danlayıram. Bu cür davranışa etiraz edirəm. Hesab edirəm ki, borc vaxtında ödənməli, üst-üstə yığılmamalıdır. Qonşularıma da deyirəm, bu gün 1 manatı ödə ki, qalıb sabah 2 manat olmasın. Azı verə bilmirsənsə, çoxu necə verəcəksən? Dövlət də həmişə borc silə bilməz və silməməlidir. Borcların silinməsi Prezident İlham Əliyevin humanizminin, insanpərvərliyinin, vətəndaşlarına qayğı və sevgisinin göstəricisidirsə, borc da insanların məsuliyyətsizliyinin, biganəliyinin sübutudur. Hesab edirəm ki, Prezidentimizin humanist addımlar atmaq, vətəndaşlarını sevindirmək üçün hələ çox imkanları olacaq. Hesab edirəm ki, Prezident İlham Əliyev hər bir addımı ilə humanistdir - vətəndaşlarının dövlətə olan borcunu siləndə də, onların günahını bağışlayıb cəzasının çəkilməmiş hissəsindən azad edəndə də!
Ruhiyyə DAŞSALAHLI
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

