Azərbaycan öz gələcəyini özü müəyyən edir
04.12.2019 [09:37]
Prezident İlham Əliyev: Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq
Daim azad, öz taleyinin sahibi olmaq arzusu ilə yaşayan xalqımız tarix boyu çoxsaylı dövlətlər qurmağa nail olsa da, bu dövlətlərin ömrü uzun olmayıb. Belə ki, zaman-zaman Azərbaycan torpaqlarında qurulan dövlətlər yadellilərin istilalarına tab gətirə bilməyərək süqut ediblər. XX yüzilliyin əvvəlində - 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti də cəmi 23 ay yaşadıqdan sonra müstəqilliyini itirib.
Xalqımız Cümhuriyyət dəyərlərinə və ideyalarına onilliklər boyu sadiq qaldı və ötən əsrin 90-cı illərinin əvvəlində keçmiş ittifaq məkanında tarixi şərait yarandıqda respublikamızın dövlət müstəqilliyini bərpa etməyə nail oldu. 28 ildir ki, ölkəmiz müstəqillik şəraitində yaşayır. Bu, dövlət quruculuğu baxımından çox da böyük zaman kəsiyi deyil. Bununla belə, respublikamız qısa müstəqillik tarixində böyük inkişafa nail olub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqində respublikamızın bəhs olunan dövrdəki uğurlarına istinad edərək vurğulayıb ki, bu gün əsl müstəqillik dövrüdür.
Bu gün heç bir kənar qüvvə Azərbaycanın işinə müdaxilə edə bilməz
Tarix boyu əcdadlarımızın qurduqları dövlətlərin süqut etməsi müxtəlif amillərlə bağlı olub. İlk növbədə onu vurğulamaq lazımdır ki, bu dövlətlərin mövcudluğu üçün tələb olunan real şərtlər təmin edilməyib.
Bu gün isə müstəqil Azərbaycan tamamilə başqa bir tale yaşayır. Qısa müstəqillik tarixində respublikamız ayaqda möhkəm duran, heç kimdən asılı olmayan güclü bir dövlətə çevrilib. Azərbaycan dövləti Prezident İlham Əliyevin müdrikliyi, siyasi iradəsi sayəsində xalqımızın milli maraqlarını yüksək səviyyədə təmin edən məqsədyönlü siyasət həyata keçirir, dünyada elə bir güc yoxdur ki, respublikamızla diktat dili ilə danışa bilsin. Azərbaycanın bugünkü reallığına diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz”.
Bu gün Azərbaycanın siyasi mütəqilliyinin təməlində dayanan əsas amil qismində güclü iqtisadiyyat çıxış edir. Müstəqil Azərbaycanın bütün dünya üzrə ən dinamik iqtisadi inkişafa nail olması qürurverici haldır. Son 16 ildə Azərbaycanın zəngin potensialından bəhrələnməklə müstəqil respublikamızın dinamik iqtisadi inkişafını təmin etmək həmişə Prezident İlham Əliyevin fəaliyyətindən qırmızı xətt kimi keçib. Praqmatik siyasətçi olan Prezident İlham Əliyev dövlət siyasətində iqtisadi inkişafın prioritetliyini müəyyənləşdirərkən Özünün dəfələrlə bəyan etdiyi belə bir fundamental tezisə əsaslanır ki, ölkənin bütün sahələrdə uğurlar qazanması məhz güclü iqtisadiyyat amili ilə şərtlənir.
Müstəqillik illərində Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və son 16 ildə Prezident İlham Əliyevin davam etdirdiyi islahatlar kursu milli iqtisadiyyatımıza yeni nəfəs verib, ölkədə qeyri-neft sektoru üzrə istehsalın həcminin və çeşidinin artırılması üçün yeni imkanlar açıb. O cümlədən ölkədə aparılan yeni nəsil islahatlar çərçivəsində Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiqlənən milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritələrində yaxın, orta və uzunmüddətli dövrdə ölkəmizin strateji inkişaf kursunun hədəf çərçivələri müəyyənləşdirilib. Milli iqtisadiyyatımızın inkişafına göstərilən davamlı siyasi və maddi dəstək tədbirləri yaxşı nəticələr verir. Son 16 ildə ölkə iqtisadiyyatı 3 dəfədən çox olmaqla genişlənib ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab olunur.
Respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində iqtisadi müstəqilliyin təmin edilməsi öz növbəsində Azərbaycanı geniş maliyyə imkanlarına malik ölkəyə çevirib. Ölkəmiz bir tərəfdən irimiqyaslı infrastruktur layihələrinə böyük həcmlərdə investisiyalar yönəldir, digər tərəfdən isə özünün strateji valyuta ehtiyatlarını artırır. Hazırda respublikamız 49 milyard dollar həcmində strateji valyuta ehtiyatlarına malikdir və adambaşına düşən strateji valyuta ehtiyatlarına görə bütün dünya üzrə yüksək yerlərdən birini tutur.
Hazırda dünyada gedən proseslər hər kəsə bəllidir. Qlobal miqyasdakı geosiyasi gərginliklər fonunda yalnız güclü dayaqlara malik dövlətlər ayaqda möhkəm dayanır və öz ölkələrinin, xalqlarının milli maraqlarına uyğun siyasət həyata keçirirlər. Biz iqtisadi tənəzzülün, maliyyə çatışmazlığının acı fəsadlarını Ermənistanın timsalında açıq şəkildə görürük. Bütünlüklə dalana dirənən, ianələr hesabına yaşayan Ermənistanın heç bir iqtisadi perspektivi yoxdur, insanlar yoxsulluq və səfalət üzündən bu ölkəni tərk edirlər. İqtisadiyyatının zəifləməsinin, asılılığın nəticəsidir ki, bu gün Ermənistan müstəqil siyasi qərarlar qəbul edə bilmir və forpost ölkə kimi tanınır. Güclü iqtisadi potensiala malik olan ölkəmiz isə sırf milli maraqlara əsaslanan siyasət həyata keçirir. Öz hesabına yaşayan respublikamız dünyada ləyaqətli ölkə kimi tanınır. Əlbəttə, dünyada Azərbaycanı istəməyən dairələr, antimilli mərkəzlər də var. Biz zaman-zaman həmin mərkəzlərdən respublikamıza hücum və təzyiq cəhdlərinin şahidi olmuşuq. Ancaq onlar hər dəfə qarşılarında güclü, monolit Azərbaycan görüblər və geri çəkilmək məcburiyyətində qalıblar.
Ulu Öndər Heydər Əliyev xalq və dövlət qarşısında misilsiz xidmətlər göstərib
Güclü, hər cəhətdən müstəqil Azərbaycanın bugünkü mənzərəsi hər bir azərbaycanlıda sonsuz qürur hissi doğurur. Ancaq biz ölkəmizin gələcəyi naminə keçilən yolu heç vaxt yaddan çıxartmamalı, tariximizin hər mərhələsini gənclərə olduğu kimi çatdırmalıyıq. Sirr deyil ki, bugünkü müstəqilliyimizin başlanğıc illəri də olduqca təlatümlü keçib. Hətta 1992-ci ildə hakimiyyəti qeyri-qanuni yollarla mənimsəyən AXC-“Müsavat” iqtidarının təmsilçilərinin səriştəsizliyi və daim korporativ maraqlardan çıxış etmələrinin nəticəsi olaraq hadisələr o tərzdə inkişaf edirdi ki, biz XX yüzillikdə ikinci dəfə qazandığımız müstəqilliyimizi də itirə bilərdik. Əgər bu gün Azərbaycanın dövlət müstəqilliyi varsa, xalqımız öz taleyinin sahibidirsə, bütün bunlara görə ilk növbədə Ulu Öndər Heydər Əliyevə minnətdar olmalıyıq. Prezident İlham Əliyevin vurğuladığı kimi, Heydər Əliyev həm sovet dövründə, həm müstəqilliyin ərəfəsində, həm də müstəqillik dövründə xalq qarşısında, dövlət qarşısında misilsiz xidmətlər göstərmişdir. “Əgər Heydər Əliyev müstəqilliyin ilk illərindən Azərbaycanda rəhbər olsaydı, heç vaxt torpağımız işğal altına düşməzdi. Azərbaycanın Heydər Əliyevə qədərki bütün rəhbərləri fərarilik etmiş, xalqı və ölkəni ağır vəziyyətdə tərk etmiş, qaçmışlar, ikisi Moskvaya, biri Kələkiyə. Bu, fərarilikdir, bu, satqınlıqdır, bu, xəyanətdir. Liderin vəzifəsidir dövləti qorumaq, liderin vəzifəsidir xalqla bir yerdə olmaq. Ən ağır, ən çətin anlarda lider qabaqda olmalıdır, Heydər Əliyev kimi. O, hər birimiz üçün nümunədir. Burada əyləşən gənclər də bu tarixi bilməlidirlər”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ulu Öndər keçmiş sovet dönəmində respublikamızın rəhbərliyinə 1969-cu ildə gəlib. O dövrdə Azərbaycan müttəfiq respublikalar sırasında axırıncı yerlərdən birini tuturdu. Tezliklə respublikamızda müsbət dəyişikliklər başladı. Ulu Öndər Heydər Əliyev Azərbaycanı böyük inkişafa doğru apararaq ən qabaqcıl yerlərə qədər ucaltdı. Əgər sovet dövründə cəmi iki müttəfiq respublika donor kimi fəaliyyət göstərirdisə, onlardan biri Azərbaycan idi. Heydər Əliyev təhsil sahəsinə çox böyük diqqət göstərirdi, hər il böyük müşavirələr keçirirdi. Eyni zamanda, Ulu Öndər Azərbaycan gənclərinin Sovet İttifaqının aparıcı ali məktəblərində oxumaları üçün böyük səylər göstərib. Bu, unikal xarakter daşıyırdı. Çünki sovet məkanında buna oxşar təcrübə yox idi. Hər il təqribən 800-ə yaxın Azərbaycan gənci Bakıda imtahanlar verməklə Sovet İttifaqının Moskva, Leninqrad (indiki Sankt-Peterburq) və digər böyük şəhərlərindəki aparıcı ali məktəblərə göndərilirdi. Beləliklə, Azərbaycanın gələcəyi üçün güclü kadr potensialı yaradılırdı. Məhz bu kadr potensialı bu gün ölkəmizin, müstəqil dövlətin uğurlu inkişafının təmin edilməsində mühüm rol oynayır. O illərdə yüksək təhsil almış kadrlar bu gün Azərbaycanı ləyaqətlə təmsil edirlər.
Müstəqilliyə gedən yol da Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Naxçıvan Ali Məclisinin 17 noyabr 1990-cı il tarixində Onun Sədrliyi ilə keçən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsis olundu və buna oxşar digər qərarlar qəbul edildi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Bu da müstəqilliyə aparan yol idi. Azərbaycanda siyasi sistemi formalaşdıran Yeni Azərbaycan Partiyası təsis edildi. Çünki YAP yaranana qədər Azərbaycanda siyasi sistem, partiyalar yox idi. Ayrı-ayrı silahlı dəstələr öz adlarını partiya qoymuşdular və bir-biri ilə mübarizə aparırdılar, torpaqlar isə işğal altına düşürdü. Ulu Öndərin çağırışı ilə Naxçıvanın 1991-ci il martın 17-də keçmiş Sovet İttifaqının saxlanması ilə bağlı keçirilən referenduma qatılmaması Azərbaycan xalqının müstəqillik ideyalarına inamını artırdı, insanlarda qarşısıalınmaz mübarizə əzmi yaratdı. Halbuki respublikanın o vaxtkı rəhbərliyinin təhriki ilə həmin saxta referenduma Azərbaycan da qoşulmuşdu.
Tale elə gətirdi ki, Azərbaycanın müstəqilliyini qorumaq missiyası da elə Ulu Öndərin çiyinlərinə düşdü. Prezident İlham Əliyev bəhs olunan nitqində bunu xüsusi qeyd edib. “Müstəqillik 1993-cü ildə də əldən gedirdi, əgər Heydər Əliyev gəlməsəydi. O, müstəqilliyi qorudu, saxladı, gücləndirdi, bizi düz yola gətirdi. Biz də Onun yolu ilə gedirik, müstəqilliyi möhkəmləndiririk və möhkəmləndirəcəyik”, - deyə dövlət başçımız vurğulayıb.
Xalqın təkidli tələbi ilə 1993-cü ilin yayında ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gələn Ulu Öndər çox qısa müddətdə müdrik qərarlar qəbul etdi. Beləliklə, daxildəki qarşıdurmalara son qoyuldu, müstəqilliyimiz qorundu və ölkəmiz inkişafa istiqamətləndi.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22

