/ / Şəhid ailələri Qarabağın Zəfər ünvanlarını ziyarət etdilər – Deputat Ağalar Vəliyevin təşəbbüsü ilə daha bir yaddaqalan səfər
Şəhid ailələri Qarabağın Zəfər ünvanlarını ziyarət etdilər – Deputat Ağalar Vəliyevin təşəbbüsü ilə daha bir yaddaqalan səfər
17.08.2026 [14:13]
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə Xaçmaz rayonundan olan şəhid ailələrinin nümayəndələri, qazilər, ağsaqqallar və ziyalılardan ibarət 62 nəfərlik qrupun Xankəndi–Şuşa–Laçın–Zəngilan istiqamətində iki günlük səfəri baş tutub.
Artıq üçüncü ildir ki, millət vəkili Ağalar Vəliyevin şəxsi təşəbbüsü ilə təşkil olunan bu səfərlər Qarabağın tarixi, mədəni və mənəvi irsi ilə yaxından tanış olmaq, Böyük Qayıdış çərçivəsində həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işlərini yerində görmək baxımından mühüm əhəmiyyət daşıyır.
İki gün ərzində səfər iştirakçıları Qarabağın müxtəlif bölgələrində tarixi və mədəni əhəmiyyət daşıyan məkanları, eləcə də azad edilmiş ərazilərdə yaradılan yeni şəhər və kəndləri ziyarət ediblər. Ağdamda Muğam Mərkəzi, Şəhidlər xiyabanı və Cümə məscidi ilə tanışlıq olub. Xankəndidə Qarabağ Universitetinə və Zəfər Parkına baş çəkilib.
Səfərin ən duyğulu dayanacaqlarından biri Şuşa olub. İştirakçılar Cıdır düzündə Qarabağın möhtəşəm mənzərəsini seyr edib, Şuşa qalasını, güllələnmiş büstləri və Molla Pənah Vaqifin məqbərəsini ziyarət ediblər. Şuşanın hər qarışında Azərbaycanın zəngin tarixi və mədəni irsinin izlərini görmək səfər iştirakçılarına xüsusi hisslər yaşadıb.
Laçın səfəri də böyük maraqla qarşılanıb. Qrup Zabux qəsəbəsində, Ceyran Qızlar bulağında və seyrangahda olub. Zəngilan rayonunda isə Ağalı kəndinə səfər edilərək burada həyata keçirilən quruculuq işləri ilə yaxından tanışlıq baş tutub.
Səfərin xüsusi məqamlarından biri şəhid ailələrinin nümayəndələrinin övladlarının Vətən müharibəsi zamanı döyüşdüyü torpaqları öz gözləri ilə görməsi olub. Şəhid ailələri üçün bu məkanlara səfər sadəcə bir tur deyil, həm də övladlarının qəhrəmanlıq yoluna, onların uğrunda canlarından keçdiyi torpaqlara mənəvi bir ziyarət olub.
İştirakçılar eyni zamanda Qarabağda son illərdə həyata keçirilən nəhəng quruculuq və abadlıq layihələrinin şahidi olublar. Yenidən qurulan şəhər və kəndlər, müasir infrastruktur, yeni yollar, yaşayış məhəllələri və sosial obyektlər Böyük Qayıdışın miqyasını bir daha əyani şəkildə nümayiş etdirib.
Qarabağın füsunkar təbiəti, axarlı-baxarlı torpaqları, tarixi abidələri və sürətlə yenilənən yaşayış məntəqələri səfər iştirakçılarında böyük təəssürat yaradıb.
Şəhid ailələrinin nümayəndələri, qazilər, ağsaqqallar və ziyalılar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı, Milli Məclisin deputatı Ağalar Vəliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlar bu cür təşəbbüslərin Qarabağın Zəfər tarixinin canlı şəkildə yaşadılması, insanların azad edilmiş ərazilərlə daha yaxından tanış olması və Böyük Qayıdış prosesinin geniş ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54

