Təhsil Nazirliyində müşavirə keçirilib
09.01.2010 [09:25]
Təhsil Nazirliyində ali təhsil müəssisələrinin rəhbərləri ilə müşavirə keçirilib. Tədbirdə 2009-2010-cu tədris ilinin qış imtahan sessiyasının keçirilməsi müzakirə olunub. Müşavirədə ali təhsil müəssisələrinin reytinqini müəyyənləşdirən metodikanın təqdimatı da olub. Nazirliyin mətbuat xidmətindən aldığımız məlumata görə, “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın icrası, ali təhsil müəssisələrində təhsil sənədlərinin (diplomların) alınması, saxlanılması, doldurulması, verilməsi və uçotu haqqında məsələlər də müzakirə mövzusu olub.
Təhsil naziri Misir Mərdanov müzakirəyə çıxarılan məsələlərin vacibliyini qeyd edib. Nazir bildirib ki, son illər həyata keçirilən tədbirlər, xüsusən də Təhsil Nazirliyində Mərkəzi Operativ Qərargahın, “Qaynar xətt” xidmətinin, ali məktəblərdə müvafiq qərargahların yaradılması, qeyri-hökumət təşkilatlarının Təhsil Nazirliyi ilə birgə imtahan sessiyasının gedişinə nəzarət etməsi, həmçinin, neqativ halların aradan qaldırılması üçün görülmüş operativ işlər nəticəsində semestr və dövlət imtahanlarında obyektivliyin və şəffaflığın təmin edilməsi istiqamətində mühüm uğurlar qazanılıb. Nazir həmin vasitələrdən istifadə olunmaqla builki qış imtahan sessiyasının da yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu vurğulayıb.
Köçürmələrlə bağlı yaranmış narahatlığı ali məktəb rəhbərlərinin diqqətinə çatdıran Misir Mərdanov son vaxtlar köçürmələr edilərkən kredit sisteminin tələblərinin pozulduğunu, köçürülən tələbələr fənləri dinləmədən onlara göndərişlər verildiyini, fərq imtahanlarında qiymətlər yazıldığını, bütün bunların isə həmin tələbələrdə haqlı narazılığa səbəb olduğunu bildirib. Ali təhsil müəssisələrinin rəhbərlərinə bu məsələləri diqqət mərkəzində saxlamağı tövsiyə edib.
Təhsil naziri onu da qeyd edib ki, ölkəmizin ali məktəblərinə daxil olanların hamısına, layiq olub-olmamasından asılı olmayaraq, ali təhsil almaları barədə diplomlar verilir. Halbuki, xarici ölkələrin universitetlərində oxuyanların, təxminən, 70 faizi diplom ala bilir. Misir Mərdanov ali məktəblərin nüfuzuna mənfi təsir göstərən başlıca amil kimi mütəxəssis hazırlığının keyfiyyətinə nəzarətin gücləndirilməsini vacib hesab edib.
“Ali məktəblərin reytinqinin müəyyənləşdirilməsi məqsədi ilə Təhsil Nazirliyində artıq ilyarımdır ki, iş aparılır. Müvafiq metodika hazırlanaraq rəy və təkliflərin bildirilməsi üçün ali məktəblərə göndərilib. Təqdim olunan sənəd hazırlanarkən dünyanın bir sıra ölkələrinin bu sahədəki təcrübələri nəzərə alınıb”, - deyən M.Mərdanov təqdim olunan metodikaya əsasən ali məktəbin reytinqinin üç meyar əsasında formalaşdığını vurğulayıb. Nazir bu meyarlar - ali məktəbin potensialı, ali məktəbin fəallığı və təhsilin keyfiyyəti, beynəlxalq aləmdə tanınması, həmçinin, hər bir meyarı müəyyənləşdirmək üçün istifadə olunan indikatorlar haqqında da geniş məlumat verib.
Tədbirdə “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində görülmüş işlər barədə də məlumat verilib. Qeyd olunub ki, proqramın icrası ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət Planı hazırlanıb, Elmi-Koordinasiya Şurası və islahat istiqamətləri üzrə işçi qrupları yaradılıb.
Nazir Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq ayrı-ayrı ali təhsil müəssisələrinin inkişaf proqramlarının hazırlanmalı olduğunu bildirib.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52

