Georgetown Journal: Azərbaycan enerji inqilabının astanasındadır
27.12.2019 [10:25]
Azərbaycan bir neçə il əvvəl təsəvvürü belə mümkün olmayan enerji inqilabının astanasındadır.
Trend-in məlumatına görə, bu, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədr müavini, doktor Esmira Cəfərovanın “The Georgetown Journal of International Affairs” jurnalında dərc olunan məqaləsində deyilir.
Müəllif hesab edir ki, bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət Azərbaycana daxili məqsədlər üçün bərpa olunan enerji mənbələrini istifadə etməklə daha çox neft və qaz ixrac etməyə imkan verəcək.
Məqalədə qeyd olunur ki, Azərbaycan 1994-cü ildə “Əsrin müqaviləsi”ni imzaladıqdan bəri neft və qaz ölkənin enerji strategiyasını formalaşdıran əsas ehtiyatlar olub: “Bir sıra iri transmilli korporasiyalarla birgə Azərbaycan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz borularının tikintisi yolu ilə uğurlu əməkdaşlıq modeli seçib. Bu iki layihə Azərbaycanın enerji ehtiyatlarının nəql olunmasında vacib mərhələdir. Azərbaycanın karbohidrogen ehtiyatlarının ixracından əldə olunan gəlirlər ölkənin sosial-iqtisadi inkişafına yönəlib və nəticədə Azərbaycanda dövlətçiliyin bütün sahələri son 25 il ərzində çiçəklənib”.
Müəllif bildirir ki, dünyada təmiz enerji mənbəyi olaraq təbii qaza verilən önəmin artması ilə Azərbaycan özünü qaz ixracatçısı kimi tanıdıb: “Cənub Qaz Dəhlizi meqalayihəsi dörd tərkib hissədən ibarətdir: 1) “Şahdəniz” yatağının işlənməsinin ikinci hissəsi; 2) Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi; 3) Trans-Anadolu boru kəməri (TANAP) və 4) Trans-Adriatik boru kəməri (TAP). Layihə enerji ehtiyatlarının mənbə və marşrutlarının şaxələndirilməsini nəzərdə tutur. Bu marşrutla Türkiyəyə qaz tədarükü 2018-ci ilin iyununda başlayıb. Cənub Qaz Dəhlizi Azərbaycanın enerji ehtiyatlarının ixracatçısı kimi regional və qlobal statusunun möhkəmlənməsində növbəti mərhələ olub”.
Məqalədə qeyd olunur ki, Azərbaycanın bu cür nailiyyətləri ənənəvi enerji mənbələrinin istifadəsi çərçivəsindən çıxmağa, bərpa olunan enerji sektorunun işlənməsinə imkan verdi.
Müəllif bildirir ki, Azərbaycanda 2017-ci ildə Energetika Nazirliyinə yeni rəhbərliyin gəlişi ilə ölkə daxili enerji istehlakının şaxələndirilməsinə və enerji istehlakının ümumi balansında bərpa olunan enerji mənbələrinin payının artmasına doğru kurs götürdü: “Azərbaycanda bərpa olunan enerji potensialı təxminən 27 min meqavattdır, bunun böyük hissəsi (23 min meqavatt) günəş enerjisinin payına düşür. Azərbaycanda kommunal xidmətlərin inkişafı üzrə strateji yol xəritəsi 420 min meqavatt gücündə bərpa olunan enerji mənbəyinin yaradılmasını nəzərdə tutur. Hazırda hökumət bu sahəyə yeni investorların cəlb olunması üçün investisiya mühitinin təkmilləşməsi üzərində işləyir”.
Məqalədə qeyd olunur ki, Energetika Nazirliyi 2030-cu ilədək ümumi enerji balansında bərpa olunan enerji mənbələrinin payını 30 faizədək artırmağı planlaşdırır: “Hazırda bu göstərici 17-18 faizə yaxındır. Dekabrın 5-də Prezident İlham Əliyev “Bərpa olunan enerji mənbələrinin istifadəsi sahəsində pilot layihələrin icrası ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Bərpa olunan enerji mənbələrinin inkişafına ayrılan xüsusi diqqət Azərbaycana daxili məqsədlər üçün bərpa olunan enerji mənbələrini istifadə etməklə daha çox neft və qaz ixrac etməyə imkan verəcək”.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
İdman
13 Avqust 22:13
Dünya
13 Avqust 21:55

