Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropa Xəbər Agentlikləri Alyansı Anadolu Agentliyinin jurnalistlərinə qarşı yolverilməz hərəkəti pisləyən bəyanat yayıb

Avropa Xəbər Agentlikləri Alyansı Anadolu Agentliyinin jurnalistlərinə qarşı yolverilməz hərəkəti pisləyən bəyanat yayıb

17.01.2020 [09:21]

Avropa Xəbər Agentlikləri Alyansı (EANA) Misir polisinin Anadolu Agentliyinin Qahirədəki ofisində axtarış aparması və jurnalistləri həbs etməsi ilə bağlı bəyanat yayıb.
AZƏRTAC-ın da üzv olduğu EANA Misir polisinin bu hərəkətini kəskin şəkildə pisləyib, Anadolu Agentliyinin və onun jurnalistlərinin yanında olduğunu bildirib.
Demokratiyanın fundamental dəyərlərinə hər zaman sadiq qaldığını bəyan edən təşkilat söz və mətbuat azadlığının demokratik cəmiyyətin ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb. EANA bu dəyərlərə qarşı çıxmağın yolverilməz olduğunu bildirib, Anadolu Agentliyinin jurnalistlərinin dərhal azadlığa buraxılmasını və dünya ictimaiyyətinin onların hansı əsasla həbs edilməsi ilə bağlı məlumatlandırılmasını tələb edib.

Paylaş:
Baxılıb: 442 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31