/ / Azərbaycanda aparılan sosial islahatlar əhalinin rifah halının daha da yaxşılaşmasına xidmət edir
Azərbaycanda aparılan sosial islahatlar əhalinin rifah halının daha da yaxşılaşmasına xidmət edir
18.03.2020 [09:26]
Prezident İlham Əliyev: Ötən il həyata keçirilən ciddi sosial paket bizim məqsədyönlü seçimimizdir
İqtisadi baxımdan dinamik şəkildə inkişaf edən, özünün maliyyə imkanlarını getdikcə genişləndirən Azərbaycan paralel şəkildə dərinməzmunlu sosial siyasət həyata keçirir. Daim xalqın yanında olan və milli maraqlardan çıxış edən Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmizdə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Dövlət başçısının qətiyyətli siyasi iradəsi ilə müəyyənləşdirilən bu strateji kursa uyğun olaraq ötən il respublikamızda böyük sosial paket reallaşdırıldı. İki mərhələdə həyata keçirilən bu islahatlardan təxminən 4,2 milyon vətəndaş bəhrələndi.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən respublikamızda aparılan sosial islahatlardan ətraflı bəhs edib. “Sosial sahədə aparılan islahatlar bu il davam etdirilir. Bu islahatlar çox genişmiqyaslı islahatlardır və nəticə etibarilə Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində atılan önəmli addımlardır. Xüsusilə keçən il 4 milyondan artıq Azərbaycan vətəndaşının maddi rifahı yaxşılaşdırıldı, çox böyük sosial paket icra edildi. Bu, bir daha onu göstərir ki, Azərbaycan hökuməti daim öz vətəndaşının yanındadır və maddi imkanları hələ də məhdud olan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzindədir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Ölkədə aparılan islahatların önəmli bir istiqamətini pensiyaların artırılması təşkil edir
Sosial dövlət olan Azərbaycanda ölkə vətəndaşlarının gəlir imkanlarının artırılması davamlı olaraq hökumətin diqqət mərkəzində saxlanılır. Belə ki, bir tərəfdən reallaşdırılan preventiv tədbirlərlə istehlak bazarı tənzimlənir, qiymət artımına yol verilmir, inflyasiya cilovlanır, digər tərəfdən isə əməkhaqları, müavinətlər və pensiyalar mütəmadi qaydada artırılır. Respublikamızda bu ənənə 2019-cu ildə də davam etdirilib. Ümumiyyətlə, ötən il reallaşdırılan sosial islahatların ən mühüm qolu məhz əmək münasibətləri ilə bağlı olub. İl ərzində dövlət başçısının imzaladığı müvafiq sənədlər əsasında reallaşdırılan tədbirlər nəticəsində 1 milyon 350 min insanın əməkhaqqı ciddi şəkildə artıb. Bu artımlar Azərbaycanın minimum əməkhaqqına görə MDB məkanında alıcılıq qabiliyyəti üzrə ikinci yerə yüksəlməsini təmin edib. Respublikamızda cəmi bir il ərzində əməkhaqqı fondunun 42,3 faiz artması böyük uğurdur. Eyni zamanda, median əməkhaqqı cəmi bir il ərzində 52 faiz artıb ki, bu da sosial ədalətin geniş şəkildə tətbiqindən irəli gələn islahatların məhz aztəminatlı kəsimə yönəlməsini təsdiqləyən bir göstəricidir.
Ölkədə aparılan islahatların önəmli bir istiqamətini isə pensiyaların artırılması təşkil edir. İslahatlar çərçivəsində 2019-cu ildə əmək pensiyalarının minimum məbləğinin iki dəfə artırılması təqdirəlayiq haldır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizdə əmək pensiyasının minumum məbləği 2019-cu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılıb. Ötən il respublikamızda minimum pensiyanın 72 faiz artırılaraq 200 manata çatdırılması 660 min nəfər pensiyaçını əhatə edib. Ölkədə aparılan pensiya islahatlarından məmnunluğunu bildirən Prezident İlham Əliyev “Pensiyaların artırılması təmin edildi. Bu, bir daha onu göstərir ki, ötən il həyata keçirilən ciddi sosial paket bizim məqsədyönlü seçimimizdir. Əminəm ki, vətəndaşlarımızın sosial vəziyyəti ildən-ilə daha da yaxşılaşdırılacaqdır”, - deyə vurğulayıb.
Bəhs olunan qəbulda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev məlumat verərək bildirib ki, əməkhaqqı artımları ilə bağlı, xüsusi şərtlərlə pensiya alan 90 min pensiyaçının da pensiyaları orta hesabla 31 faiz artıb və bu da ümumilikdə ötənilki paketin 750 min insanı əhatə etməsini təmin edib. Bütövlükdə, aparılan islahatların nəticəsində 2019-cu ildə ölkədə orta pensiya 15 faiz, yaşa görə pensiya 15 faiz, ən həssas kateqoriya olan əlilliyə görə pensiya isə 22 faiz artıb.
Respublikamızda pensiyaların artırılması ənənəsi 2020-ci ilin əvvəlindən də davam etdirilib. Cari ildə sosialyönümlü islahatların davamı olaraq dövlət başçısının imzaladığı Sərəncamla bütün pensiyalar 16,6 faiz indeksləşdirilib. Bunun nəticəsində, Azərbaycanda bütün pensiyalar üzrə orta aylıq pensiya 300 manatın üzərinə qalxıb. Eyni zamanda, respublikamızda pensiyaların artırılması ilə bağlı yeni hədəflər müəyyənləşdirilib. Bu barədə danışan S.Babayev vurğulayıb: “Sırf yaşa görə pensiyanı götürdükdə isə bizim gözləntimiz orta aylıq pensiyanın 350 manata çatmasıdır”.
Bildirilib ki, ölkəmizdə reallaşdırılan son islahatların maliyyə dəyəri 560 milyon manata bərabərdir. Yəni cari il ərzində indeksləşdirmə hesabına pensiyaçılara əlavə olaraq 560 milyon manat vəsait ödəniləcək. Ötənilki islahatları da nəzərə alsaq, - ümumi illik maliyyə dəyəri 450 milyon manata yaxın idi, - cəmi bir il ərzində qəbul edilmiş qərarlar nəticəsində pensiyaçılara bir milyard manatdan artıq vəsait ödənilir. Bu vəsait də tam şəkildə Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşılanır və dövlət büdcəsi üçün əlavə yük yaratmır.
Əlamətdar haldır ki, pensiyaların davamlı şəkildə artırılmasının məntiqi nəticəsi olaraq respublikamız oxşar göstəriciyə görə MDB məkanında ön pilləyə yüksəlib. Prezident İlham Əliyev bunu böyük uğur kimi dəyərləndirib. Bu xüsusda fikirlərini ifadə edən dövlətimizin başçısı deyib: “Pensiya təminatının alıcılıq qabiliyyətinə görə Azərbaycanın MDB məkanında birinci yerdə olması, hesab edirəm ki, böyük nailiyyətdir. Əlbəttə, iqtisadi imkanlarımız genişləndikcə biz bu vəsaiti, ilk növbədə, sosial məsələlərin həllinə yönəldəcəyik”.
Bəhs olunan qəbulda da vurğulandığı kimi, aparılan islahatların nəticəsində Dövlət Sosial Müdafiə Fondunun özündə də ciddi sağlamlaşma təmin edilib. İlk dəfə olaraq dövlət öhdəlikləri hesabına maliyyələşən pensiyalar üçün ayrılmış vəsaitin 320 milyon manatı dövlət büdcəsinə geri qaytarılıb - 150 milyon manatı büdcə paketinin dürüstləşməsi çərçivəsində ilin ortasında, 170 milyon manatı isə ilin sonunda. “Əsassız və saxta təyinatların ləğvi nəticəsində əlavə olaraq 200 milyon manat qənaət əldə edildi ki, bu da cari ildəki pensiya islahatlarına yönəldilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun ehtiyatlarında qaldı. Yəni, ümumilikdə, 520 milyon manat fərq meydana çıxdı ki, bu da pensiya sisteminin sağlamlaşması nöqteyi-nəzərindən çox önəmlidir. Bir vacib indikator da odur ki, dövlət öhdəliklərinin maliyyələşməsi üçün dövlət büdcəsindən Pensiya Fonduna ayrılan vəsait onun gəlirlərində əgər 2017-ci ilin sonunda 38 faiz təşkil edirdisə, artıq 2020-ci ildə bu, 29 faizə düşübdür. Beləliklə, Pensiya Fondunun müstəqilləşməsi ilə büdcə asılılığının azaldılması istiqamətində ciddi irəliləyiş əldə edilibdir”, - deyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmisi vurğulayıb.
Ünvanlı sosial yardım alanların əhatə dairəsi genişlənir
Azərbaycanda aparılan dərinməzmunlu sosial siyasətin əsas məziyyətlərindən biri də ondan ibarətdir ki, respublikamızda ədalətli resurs bölgüsü təmin edilir, ehtiyacı olan bütün vətəndaşlar dövlət qayğısı ilə əhatə olunurlar. Təsadüfi deyil ki, ötən il Prezident İlham Əliyevin imzaladığı çoxsaylı Fərman və sərəncamlar əsasında həyata keçirilən islahatlar da ilk növbədə əhalinin ən həssas təbəqələrini - şəhid ailələrini, müharibə veteranlarını, qaçqın və məcburi köçkün soydaşlarımızı, tələbələri əhatə edib.
Respublikamızda həmçinin Prezident İlham Əliyevin müvafiq kateqoriyadan olan ailələrə verilən ünvanlı sosial yardımın əhatə dairəsinin genişləndirilməsi ilə bağlı tapşırıqları da nəzərdə tutulan qaydada icra edilir. Qəbulda da bildirildiyi kimi, hazırda Azərbaycanda iqtisadi sahədə canlanma var, iqtisadi artım təmin edilir, yeni iş yerləri yaradılır, vətəndaşlar üçün geniş imkanlar açılır. Bununla belə dövlət başçısı ehtiyacı olan vətəndaşların dövlət təminatı ilə əhatə olunmaları və belə vətəndaşların sayının artırılması ilə bağlı müvafiq qurumlara Öz tapşırıqlarını vermişdi. Bəhs olunan qəbulda Prezident İlham Əliyev əvvəllər verdiyi tapşırığın icrası ilə maraqlanıb.
Bildirilib ki, ötən il dövlət başçısının növbəti təşəbbüsünə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı sosial yardım mexanizminin əhatə dairəsi ciddi şəkildə genişləndirilib. Əgər 2019-cu ilin əvvəlində 40 min ailə bu proqramdan yararlanırdısa, ilin sonunda artıq belə ailələrin sayı 72 minə çatıb. Yəni, bir il ərzində ölkə üzrə ünvanlı sosial yardım alan ailələrin sayında təqribən 60-70 faizlik artım baş verib. Digər tərəfdən, 2020-ci ildə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 85-90 min ailənin ünvanlı sosial yardımla əhatə olunması planlaşdırılır. Bu da ünvanlı sosial yardım proqramının əlavə olaraq daha 20 faiz genişləndirilməsi deməkdir. Qeyd etmək yerinə düşər ki, dövlət başçısının tapşırığına uyğun olaraq ünvanlı sosial yardım alacaq ailələrin müəyyənləşdirilməsi ilə bağlı meyarlar yumşaldılıb, indi bu məqsədlə daha az sayda sənəd tələb olunur. Məsələn, ötən il torpaq pay mülkiyyəti ilə bağlı yüngülləşmələr tətbiq olunub və sırf bu islahat tədbiri nəticəsində əlavə 7 min ailə ünvanlı sosial yardım proqramına daxil edilib. Qəbulda məlumat verilib ki, bu il üçün də kommunal xərclərin limitinin artırılmasına dair təkliflər hazırlanıb və hazırda hökumət tərəfindən müzakirə olunur. “Yeni parlament tərəfindən qanunvericiliyə edilən dəyişikliklərlə biz 85-90 min ailənin məhz ünvanlı sosial yardım proqramı ilə əhatə olunmasını təmin edəcəyik”, - deyə S.Babayev əlavə edib.
Müvafiq kateqoriyadan olan ailələrə verilən ünvanlı sosial yardımın məbləğinin artırılması da təqdirəlayiq haldır. Məlum olduğu kimi, son bir ildə ölkəmizdə ehtiyac meyarı 10 faizdən çox artırılaraq 143 manatdan 160 manata çatdırılıb. Bu, imkan verib ki, ünvanlı sosial yardımın məbləği də artsın. Əgər 2018-ci ildə ünvanlı sosial yardımın məbləği 160 manat idisə, ötən il bu rəqəm 200 manata çatdırılıb. Cari ildə ünvanlı sosial yardımın məbləğinin 215-220 manata çatdırılması nəzərdə tutulub. Prezident İlham Əliyev ünvanlı sosial yardımın əhatə dairəsinin genişlənməsindən və məbləğin artırılmasından məmnunluğunu bildirərək deyib ki, hər ailə dövlətdən 215 manat alacaqsa, əlbəttə ki, bu ailələrin sosial təminatı daha da yaxşı olacaq.
Diqqəti çəkən daha bir vacib məqam isə sosial islahatların səmərəliliyinin artırılması ilə bağlıdır. Son vaxtlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyaların, müavinətlərin və ünvanlı sosial yardımların müəyyənləşdirilməsində və vətəndaşlara ödənilməsində elektron vasitələrin tətbiqinə geniş meydan verir. Bu sahədə də dövlət başçısının tapşırıqları əsasında elektronlaşma tədbirləri görülüb və artıq 2019-cu ilin sonuna 19 növ sosial müavinət və təqaüdün elektron qaydada proaktiv şəkildə vətəndaşın hər hansı bir müraciəti olmadan təyin edilməsinə başlanıb. Ötən il artıq 20 min təyinat bu şəkildə həyata keçirilib. Bu avtomatlaşma tədbirləri 2020-ci ildə 200 min pensiya, müavinət və təqaüd təyinatının elektron qaydada proaktiv şəkildə aparılmasına imkan verəcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxGündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22

