Azərbaycanda hüquqi və kadr islahatlarının növbəti mərhələsi başlanıb
07.05.2020 [10:34]
Sabir Hacıyev: Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan vəzifəli şəxslər ciddi şəkildə cəzalandırılacaqlar
Azərbaycanın dayanıqlı inkişafını təmin edən strateji amillərdən biri ölkəmizdə bütün sahələri əhatə edən məqsədyönlü islahatların həyata keçirilməsidir. Xüsusilə də, son zamanlar sosial-iqtisadi və siyasi sahələrlə yanaşı, hüquqi və kadr islahatlarının aparılması qarşıya qoyulan strateji hədəflərə çatmağa geniş imkanlar yaradır.
Dərin islahatlar strategiyasının tərkib hissəsi kimi məhkəmə-hüquq sistemində davamlı islahatların həyata keçirilməsi, eləcə də korrupsiya, rüşvətxorluq və digər bu kimi neqativ hallara qarşı addımların atılması da cəmiyyətdə yüksək qiymətləndirilir. Eyni zamanda, bu istiqamətdə tədbirlər davamlı xarakter daşıyır. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən “Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda, cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir”, - deyə bildirib. Qeyd olunub ki, korrupsiya halları, rüşvətxorluq və dövlət əmlakının talanmasına görə həbs olunmuş Ağstafa, Yevlax, Neftçala rayon icra hakimiyyətləri başçılarının aqibətlərindən nəticə çıxarmayan növbəti şəxs Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı olub. Təəssüf doğuran cəhətlər odur ki, bəzi rayon rəhbərləri cəzalandırılan digər məmurların əməllərini təkrar edir, onlara etibar olunan vəzifədən sui-istifadə edərək öz şəxsi maraqlarını təmin etməyə çalışırlar.
Bəzi məmurların öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək neqativ əməllərə yol vermələri qəbuledilməzdir
Yuxarıda qeyd edilən məsələlərlə bağlı “Yeni Azərbaycan” qəzetinə açıqlama verən Vətəndaş Birliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Hacıyev məhkəmə-hüquq sahəsində məqsədyönlü islahatların reallaşdırılmasının təqdirəlayiq olduğunu, buna paralel olaraq korrupsiya, rüşvətxorluq kimi hallara qarşı qətiyyətlimübarizə aparılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, bəzi məmurların öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək neqativ əməllərə yol vermələri qəbuledilməzdir. Sabir Hacıyev, eyni zamanda, yüksək vəzifə tutan bəzi məmurların ölkəmizdə pandemiya dövründə aparılan sosial dəstək siyasətinə uyğun olmayan, heç bir mənəviyyata sığmayan əməllərinin təəssüf doğurduğunu və təbii olaraq adekvat cavabını aldığını diqqətə çatdıraraq deyib: “Pandemiya ilə əlaqədar bu gün Azərbaycan dövləti bütün resursları səfərbər edib, vətəndaşları, onlara həyatını, sağlamlığını qorumaq üçün əlindən gələni edir. Müharibə dövrü ilə müqayisə olunan bir şəraitdə dövlətin göstərdiyi etimadı doğrultmayan vəzifəli şəxslərin müxtəlif cinayət əməlləri nəinki hakimiyyətə, eyni zamanda, dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilməlidir”.
Sabir Hacıyevin sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə rayon və şəhər icra hakimiyyəti başçılarına müvafiq tapşırıqların verilməsinə baxmayaraq, daha bir icra başçısının dövlətin mənafeyinə zərbə vurması cəzasız qalmayacaq: “Dövlət başçısının söylədiyi kimi, heç kim toxunulmaz deyil, heç kimin heç bir xüsusi imtiyazı yoxdur. Bu hadisənin nəticəsi bir daha sübut edir ki, cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan vəzifəli şəxslər ciddi şəkildə cəzalandırılacaqlar. Dövlət başçısının qətiyyətli mövqeyindən anlaşılan odur ki, belə xoşagəlməz hallara yol verən məmurların heç biri məsuliyyətdən boyun qaçıra bilməyəcək”.
Partiya sədri onu da vurğulayıb ki, Azərbaycan cəmiyyətində korrupsiyaya və rüşvətxorluğa qarşı həm inzibati, həm də institusional yollarla mübarizə aparılması, eyni zamanda, dövlət tərəfindən cəza tədbirlərinin tətbiq olunması ölkənin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Hüquq-mühafizə sistemində islahatların dərinləşməsi və kadr islahatları ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirir
Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə prokurorluq orqanlarının fəaliyyətinin əhəmiyyətindən bəhs edən Sabir Hacıyev ölkə başçısının müvafiq Sərəncamı ilə yeni Baş prokurorun təyin olunmasını Azərbaycanda hüquqi və kadr islahatlarının növbəti mərhələsinin başlanması kimi dəyərləndirib. O deyib ki, prokurorluq orqanları rüşvətxorluq və korrupsiyaya qarşı mübarizədə ön sıralarda olmalı və qanunun aliliyini təmin etməlidir. Bu baxımdan, yeni Baş prokurorun üzərinə mühüm vəzifə düşdüyünü söyləyən deputatın sözlərinə görə, bu təyinat təsadüfi deyil, ölkımizdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin daha da gücləndirilməsinin təzahürüdür: “Yeni Baş prokuror uzun illər Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsində çalışıb, korrupsiyaya qarşı mübarizədə xüsusi rolu olan peşəkar və hazırlıqlı kadrdır. Buna görə də bu addımı ölkədə korrupsiya və rüşvətxorluğa qarşı bundan sonra daha ciddi şəkildə mübarizədə mühüm hadisə kimi dəyərləndirmək olar”.
Vətəndaş Birliyi Partiyasının sədri onu da bildirib ki, hüquq-mühafizə sistemində islahatların dərinləşməsi baxımından aparılan kadr islahatları ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirir. Açıqlamasında həmçinin Baş prokurorun təyinatı barədə təqdimatın Milli Məclisdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən həyata keçirilməsi barədə fikirlərini bildirən Sabir Hacıyev “Ötən ilin sonunda dövlət başçısı tərəfindən Prezident Administrasiyasında aparılan struktur islahatları nəticəsində Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması və onun səmərəli fəaliyyəti ali icra hakimiyyəti ilə qanunvericilik hakimiyyəti arasında münasibətlərin daha da intensivləşməsi baxımından müsbət nəticələrə gətirib çıxaracaq və əlaqələrə töhfə verəcək”, - deyə vurğulayıb.
Qaşqay ZİYƏDİNOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53

