/ / Məhkəmə-hüquq sistemində aparılan islahatlar dövlət başçısının son təyinatı ilə yeni mərhələyə qədəm qoydu
Məhkəmə-hüquq sistemində aparılan islahatlar dövlət başçısının son təyinatı ilə yeni mərhələyə qədəm qoydu
07.05.2020 [11:03]
Prokurorluq orqanlarında aparılan kadr islahatları, eyni zamanda, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin ən ümdə vəzifələrdən biri kimi müəyyənləşdirilməsindən xəbər verir
Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar Azərbaycanın dayanıqlı inkişafını şərtləndirən mühüm amillərdəndir. Belə ki, son illərdə aparılan sosial-iqtisadi, siyasi, o cümlədən kadr islahatları Azərbaycan dövlətinin daha da güclənməsinə yol açıb. Xüsusi olaraq vurğulanmalıdır ki, ölkədə siyasi dialoq mühitinin daha da yaxşılaşdırılması, siyasi sistemin təkmilləşdirilməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması yönündə atılan addımlar mühüm önəm kəsb edir. Eyni zamanda, yeni kadr islahatlarının aparılması, gənc kadrların həm hökumətdə, həm Prezident Administrasiyasında, parlamentdə və digər qurumlarda təmsil olunması idarəçilik sistemində çevik və effektiv fəaliyyətin göstərilməsində əhəmiyyətli rol oynayır.
Məlum olduğu kimi, ötən dövr ərzində digər sahələrlə yanaşı, məhkəmə-hüquq sistemində də uğurlu islahatlar həyata keçirilib. Ötən ilin aprelin 3-də ölkə Prezidenti tərəfindən imzalanmış "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərman isə məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunması, neqativ halların aradan qaldırılması üçün görülən tədbirlərin gücləndirilməsi istiqamətində mühüm rol oynadı. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru təyn edilməsi də məhkəmə-hüquq sistemində aparılan islahatların yeni mərhələsi kimi xarakterizə olunur. Əksər ekspertlərin vurğuladıqları kimi, məhkəmə-hüquq sistemində aparılan islahatlar dövlət başçısının son təyinatı ilə yeni mərhələyə qədəm qoydu.
Bununla yanaşı, adıçəkilən təyinat həm də ölkəmizdə həyata keçirilən hüquqi islahatlar çərçivəsində korrupsiyaya qarşı mübarizənin ən ümdə vəzifələrdən biri kimi müəyyənləşdirilməsindən xəbər verir. Belə ki, Prezident İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edən zaman çıxışında da bildirib ki, vacib vəzifələrdən biri korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədir. Ölkə başçısı vurğulayıb ki, prokurorluq orqanları bu istiqamətdə daha fəal iş aparmalıdırlar: "Bu xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparılır. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin".
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu hüqüqi dövlət olan Azərbaycanda qanunun aliliyinin təmin edilməsi istiqamətində davamlı iş aparıldığını və həyata keçirilən islahatların da məhz vətəndaş cəmiyyətinin inkişafına xidmət göstərdiyini vurğulayıb. Millət vəkili eyni zamanda məhkəmə-hüquq sisteminin fəaliyyətinin təkmilləşdirilməsinin vacib şərt olduğunu da diqqətə çatdırıb: "Ötən il məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsini özündə ehtiva edən müvafiq Prezident Fərmanı bu sahənin hər zaman diqqət mərkəzində olduğunu bir daha təsdiqləməklə yanaşı, hüquq sistemindəki dəyişikliklərin vacibliyini ortaya qoymuşdu. Bu baxımdan hesab edirəm ki, Kamran Əlieyvin Baş prokuror təyinatı bu sahədə həyata keçirilən islahatların yeni mərhələsinin başlanğıcıdır”.
Millət vəkili deyib ki, Prezident İlham Əliyev mayın 1-də yeni Baş prokuroru videoformatda qəbul edən zaman çıxışında bir sıra mühüm məqamlara toxundu: “Dövlət başçısının proqram xarakterli çıxışı birmənalı şəkildə prokurorluq orqanlarının gələcək iş prinsiplərinin ştrixlərini özündə ehtiva edirdi. Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac olduğunu bildirdi”.
Elşad Mirbəşiroğlu həmçinin uzun illərdir ki, ölkəmizdə korrupsiya ilə mübarizə aparıldığı halda bəzi vəzifəli şəxslərin bundan dərs götürməməsinin təəssüfləndirici hal olduğunu da bildirib: “Son dövrlərdə rüşvətxorluqla, korrupsiya ilə məşğul olan bəzi vəzifəli şəxslərin ifşa edilməsi, həbs olunması bir daha ölkəmizdə bu çirkin əməllərə qarşı qətiyyətli mübarizə aparıldığını sübut edir. Nəticə etibarı ilə, Kamran Əliyevin Baş prokuror təyin edilməsi ölkəmizdə rüşvətxorluq və korrupsiya kimi mənfi hallara qarşı davamlı və effektiv mübarizənin uğurla davam etdiriləcəyini deməyə əsas verir".
Milli Məclisin deputatı Azər Badamov da qəzetimizə açıqlamasında məhkəmə-hüquq sistemindəki yenikləri, həmçinin bu sahədə son dövrlərdə aparılan kadr islahatlarını dövlətimizin inkişafında yeni mərhələ adlandırıb. Onun sözlərinə görə, məhkəmə-hüquq sistemində aparılan islahatlar həm dövlətimizin inkişafına öz töhfəsini verəcək, həm də qanunun aliliyinin təmin edilməsində əsaslı rol oynayacaq.
Millət vəkili vurğulayıb ki, yeni Baş prokuror təyinatı ölkəmizdə korrupsiya ilə mübarizənin dövlət prioriteti kimi qəbul edildiyini bir daha əyani şəkildə ortaya qoydu. Onun sözlərinə görə, prokurorluq orqanlarında aparılan islahatlar, yeni kadr siyasəti ölkəmizdə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin daha qətiyyətli formada davam etdirilməsinə şərait yaradır: "Dövlət başçısı yeni Baş prokuroru videoformatda qəbul edən zaman çıxışında bir daha vurğuladı ki, korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq. Təbii ki, bu prosesin effektiv şəkildə həyata keçirilməsi üçün ilk növbədə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi lazımdır. Cənab Prezident bildirdi ki, kadrların peşəkarlığı da daim diqqət mərkəzində olmalıdır və siz bu məsələ ilə ciddi məşğul olmalısınız. Həm bu gün fəaliyyətdə olan kadrların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməlidir, prokurorluq orqanlarına yeni qəbul olunacaq işçilər yüksək peşəkarlığa malik olmalıdırlar, eyni zamanda, bu vacib amillə bərabər, dövlətçiliyə sədaqət prinsipləri də həmişə üstün olmalıdır. Fikrimcə, dövlət məmurları, vəzifəli şəxslər artıq anlamalıdırlar ki, müasir fəaliyyət prinsiplərində şəffaflıq və düzgünlük, korrupsiyadan uzaq olmaq ilkin şərtdir".
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

