Sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanunların qəbul edilməsi zəruridir
03.06.2020 [08:43]
Ekspertlər sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanmasının qlobal xarakterli məsələ kimi mühüm aktuallığa malik olduğunu qeyd edirlər
Son zamanlar qlobal miqyasda müzakirə predmetinə çevrilən mühüm məsələlərdən biri sosial şəbəkələrdə hüquqi tənzimləmənin həyata keçirilməsidir. Bu istiqamətdə bir sıra ölkələrdə müxtəlif addımların atıldığı müşahidə edilir.Yeri gəlmişkən, bu konketsktdə son olaraq mayın 28-də ABŞ Prezidenti Donald Tramp “Onlayn senzuradan müdafiə barədə” sərəncam imzalayıb. Ekspertlər qeyd edirlər ki, bu addım sosial şəbəkələrdə informasiya xaosunun qarşısının alınması baxımından mühüm əhəmiyyətə malikdir.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib ki, sosial şəbəkələrin bu gün insan həyatının ayrılmaz bir hissəsinə çevrilməsi danılmaz faktdır: “Müasirləşən dünyada münasibətlər sistemi dövrün informasiya-kommunikasiya mexanizmlərinə inteqrasiya ilə şərtlənir. Son illər hədsiz dərəcədə kütləviləşən sosial media resursları, sanki, real aləmə paralel bir virtual dünya formalaşdırıb və hər bir insan özünü bu və ya digər formada həmin virtual aləmin bir parçası kimi hiss edir”.
Deputatın sözlərinə görə, müasir dünyada hər kəsin, bir növ, informasiya istehsalçısı kimi çıxış edə bilməsi sosial media vasitələrini əvəzolunmaz platforma halına gətirsə də, onun mənfi təsirləri də mövcuddur: “Bu platformada münasibətlər sistemi hüquqi müstəvidə tənzimlənmədiyi təqdirdə, sosial şəbəkələr terrorizmin, şiddət və nifrətin təbliğ olunması, şəxsiyyətin şərəf və layaqətinin alçaldılması, habelə narkotik vasitələrin internet üzərindən satılması, süni yollarla kütləvi narazılığın yaradılması, vətəndaş müharibələri və s. kimi ağır fəsadlara zəmin yarada bilir”.
Sosial şəbəkələrin məsuliyyətsizliyinin artıq real təhlükəyə çevrildiyini vurğulayan E.Mirbəşiroğlu qeyd edib ki, sözügedən sahədə bu gün müşahidə olunan ən aktual problemlərdən biri paylaşılan məlumatlara görə sosial şəbəkə rəhbərliyinin cavabdehlik daşımamasıdır: “ABŞ Prezidenti Donald Trampın imzaladığı sonuncu sərəncam isə həmin müddəanı dəyişdirmək məqsədi daşıyır. Yəni artıq sosial şəbəkələrin rəhbərliyi saxta profillərdən yayılan nifrət, şiddət, terrorizm təbliğatına, böhtanlara, təhqirlərə, fərdin şərəf və ləyaqətinin pozulması faktlarına, habelə xalqların və dövlətlərin taleyinə təsir göstərə biləcək zərərli məlumatların yayılmasına görə məsuliyyət daşıyacaqlar. Onu da qeyd etmək lazımdır ki, Donald Trampın bu təşəbbüsünə dünya dövlətləri tərəfindən böyük dəstək nümayiş olunmaqdadır”.
Deputatın sözlərinə görə, ən nəhayət, sosial şəbəkələrlə bağlı universal standartların tətbiq olunmasını zəruri hesab edən qlobal tendensiya gedir: “Azərbaycan da sosial şəbəkələrin ən xoşagəlməz təsirlərinə məruz qalan ölkələrdən biridir. Bütün neqativ hallara baxmayaraq, ölkəmizdə sosial şəbəkələrin fəaliyyətini məhdudlaşdıran heç bir addım atılmayıb. Hesab edirəm ki, insanların sosial media vasitələrindən istifadəsinə tamamilə dözümlü yanaşan Azərbaycan dövləti, eyni zamanda, sosial şəbəkələrin fəaliyyətini tənzimləyən universal mexanizmlərin formalaşmasına dəstək olmalı və özünün qanunvericilik bazasını bu istiqamətdə təkmilləşdirməlidir”.
Öz növbəsində sosial şəbəkələrin hüquqi tənzimlənməsinin vacibliyini vurğulayan Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, dünyada sosial şəbəkələrlə bağlı real durum ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrin dezinformasiyalara görə məsuliyyətə cəlb olunması ilə bağlı sərəncamının tam haqlı olduğunu göstərir: “Sosial şəbəkələrdəki dezinformasiyalar müəyyən ölkələrdə sabitliyin pozulması prosesinə gətirib çıxarıb. Məlumdur ki, bu gün təkcə ABŞ deyil, bütün ölkələr bu problemlə üz-üzə qalıb. Ona görə də artıq Avropada bir sıra dövlətlər, o cümlədən Almaniya sosial şəbəkələrin zərərli təsirlərindən qorunmaq üçün məhdudlaşdırıcı qanunlar qəbul edib və proses sürətlə davam edir. Burada söhbət beynəlxalq tənzimlənmədən gedir və bütün dövlətlər müvafiq addımlar atmalıdırlar”.
A.Nağıyev qeyd edib ki, bu gün sosial şəbəkələr onların fəaliyyəti ilə bağlı “qırmızı xətt”i keçirlər və Azərbaycan dövləti də bu təhlükədən sığortalanmayıb: “Azərbaycan dəfələrlə xarici anti-Azərbaycan qüvvələr tərəfindən sosial şəbəkələr, onlayn platformalar vasitəsilə aparılan qərəzli kampaniyalara məruz qalıb, ölkəmizə qarşı ardıcıl terror çağırışları indi də davam edir”.
“İnternet azadlığı heç bir halda digər azadlıqları məhdudlaşdırmamalıdır, burada balansın əldə olunması üçün hüquqi tənzimlənmələr qaçılmazdır. Sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ-hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı müzakirələr aparıldığı, ayrı-ayrı ölkələrdə qanunlara əlavələr olunduğu, yeni qanunların qəbuluna hazırlıqlar getdiyi bir vaxtda Azərbaycanda bu qlobal prosesdən kənarda qalmamalı və ümumi işə öz töhfəsini verməlidir”, - deyəA.Nağıyev vurğulayıb.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32

