/ / Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində Avropa Şurasına üzv 50 ölkə arasında 7-ci, MDB məkanında isə 1-ci yerdədir
Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində Avropa Şurasına üzv 50 ölkə arasında 7-ci, MDB məkanında isə 1-ci yerdədir
05.06.2020 [16:08]
Avropa Şurasının antikorrupsiya monitorinq orqanının hesabatı ilə bağlı məlumat
2020-ci il iyunun 3-də Strasburqda Avropa Şurasının antikorrupsiya monitorinq orqanı – Korrupsiyaya Qarşı Dövlətlər Qrupunun (GRECO) 2019-cu ildə fəaliyyətini əks etdirən hesabatın təqdimatı keçirilib.
Hesabat parlament üzvləri, hakimlər və prokurorların fəaliyyətində korrupsiyanın qarşısının alınması məsələlərini əhatə edir.
AZƏRTAC xəbər verir ki, hesabata əsasən Azərbaycan Respublikası tövsiyələri 61,9 faiz icra edib. Ölkəmiz bu göstərici üzrə Avropa Şurasına üzv 50 ölkə arasında 7-ci yerdə, MDB ölkələri arasında isə 1-ci yerdədir.
Bu yüksək nəticə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində mövcud olan güclü siyasi iradə ilə bağlıdır. Dövlət idarəçiliyində şəffaflığın gücləndirilməsi, elektron xidmətlərin inkişafı və korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul olunub, bu sahədə yeni strateji baxışlar və hədəflər müəyyən edilib. Bu strategiyanın icrasına uyğun olaraq həyata keçirilən institusional və qanunvericilik islahatları, yaradılan elektron hökumət infrastrukturu, vətəndaş cəmiyyəti ilə qurulan sıx əməkdaşlıq və geniş maarifləndirmə tədbirləri antikorrupsiya siyasətinin təzahürləridir.
Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar bu sahədə dövlət siyasətinin formalaşması, cinayət təqibinin həyata keçirilməsi və dövlət qurumları tərəfindən preventiv tədbirlərin icrası istiqamətlərində sistemli fəaliyyət həyata keçirirlər.
Dövlət xidmətlərinin göstərilməsində korrupsiya hallarını tam istisna edən “ASAN xidmət” modeli beynəlxalq səviyyədə ən yaxşı təcrübə kimi qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılan və Azərbaycan brendi olan “ASAN xidmət” bir sıra dövlətlər tərəfindən öyrənilir və tətbiq edilir.
Korrupsiyaya qarşı mübarizə və açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət planları dövlət orqanları tərəfindən yüksək səviyyədə icra olunur. Vətəndaş cəmiyyəti institutlarının apardıqları müstəqil monitorinqlərin nəticələri Milli Fəaliyyət planlarının uğurlu icrasını bir daha təsdiq edib.
Bu gün Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilən müsbət dinamika beynəlxalq antikorrupsiya reytinqlərində də öz əksini tapıb. Ölkəmiz BMT, Avropa Şurası, OECD və Beynəlxalq Antikorrupsiya Akademiyası ilə sıx əməkdaşlıq əlaqələri qurub və bu fəaliyyətdə də mühüm irəliləyişlər əldə edib. Azərbaycan Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun (GRECO) və OECD-nin Antikorrupsiya Şəbəkəsinin 3 qiymətləndirmə raundunu uğurla keçib. Bu isə ölkəmizdə həyata keçirilən tədbirlərin Avropa standartlarına uyğunluğunun indikatorudur.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

