Azərbaycanda son illər ərzində energetika sahəsində çox böyük işlər görülüb
13.06.2020 [10:02]
Prezident İlham Əliyev: Biz bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq və işlər davam edir
Azərbaycan son illərdə bütün ölkə üzrə böyük həcmlərdə dövlət əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilən irimiqyaslı layihələr sayəsində infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Respublikamızda müasir infrastruktur quruculuğu digər sahələrdə olduğu kimi, elektrik enerjisi təsərrüfatında da geniş vüsət alıb. Təkcə son vaxtlarda pandemiya şəraiti olmasına baxmayaraq, bölgələrdə və paytaxt Bakıda bir neçə yeni elektrik enerjisi obyektinin istifadəyə verilməsi deyilənləri bir daha təsdiqləyir. Əlamətdar haldır ki, Prezident İlham Əliyev yüksək səviyyədə yenidən qurularaq istifadəyə verilən enerji obyektlərinin açılışında şəxsən iştirak edir və Özünün dəyərli tövsiyyələrini verir. Dövlətimizin başçısı iyunun 11-də Bakı şəhərinin Xətai rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışına qatılıb. Açılış mərasimində yarımstansiyada görülən işlərdən məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb ki, bizim bütün elektrik təsərrüfatımız tamamilə yenilənməli və ən yüksək müasir standartlara cavab verməlidir.
Ölkəmizin enerji müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində layihələr uğurla həyata keçirilir
Ölkəmizdə enerji infrastrukturunun innovativ həllərin və müasir yanaşmaların tətbiqi yolu ilə yenidən qurulmasının davamlı olaraq diqqət mərkəzində saxlanılması Azərbaycan dövlətinin qarşıya qoyduğu strateji hədəflərlə bağlıdır. Məlumdur ki, respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq enerji müstəqilliyinin təmin edilməsı milli təhlükəsizliyimizin tərkib hissəsi kimi müəyyənləşdirilib. Dövlət başçımız qarşıya belə bir strateji hədəf qoyub ki, ölkəmizin elektrik enerjisi təsərrüfatı əhalinin və iqtisadiyyatın tələbatını dolğun şəkildə ödəməli, eyni zamanda, bu sahədə yeni ixrac imkanları yaradılmalıdır.
İndiyədək əldə olunmuş uğurlara istinadən deyə bilərik ki, Azərbaycan energetikləri dövlət başçısının tapşırıqlarına uyğun olaraq ölkənin enerji müstəqilliyinin möhkəmləndirilməsinə hesablanan layihələri uğurla həyata keçirirlər. 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idi. Son 16 ildə isə respublikamız 31 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 3000 meqavatadək artırmağa nail olub. Diqqəti çəkən mühüm məqamlardan biri də odur ki, elektrik enerjisi təsərrüfatının yenilənməsi paytaxt Bakı ilə yanaşı, regionlarda da geniş vüsət alıb. Bəhs olunan dövrdə ölkəmizin elektrik enerji təsərrüfatında uğurla reallaşdırılan layihələrəAstara, Xaçmaz, Şəki, Şahdağ, “Cənub”, “Şimal-2” və digər stansiyaların yüksək səviyyədə tikilib istifadəyə verilməsini misal göstərə bilərik. Şirvan şəhərində tikilən “Cənub” Elektrik Stansiyasının generasiya gücü təxminən 800 meqavata bərabərdir. Sumqayıt Elektrik Stansiyası 525 meqavat gücündədir. 2019-cu ildə istifadəyə verilən 400 meqavat gücündə “Şimal-2” stansiyasının məhz Bakıda inşa edilməsi respublikamızın generasiya güclərinin ölkə ərazisində daha bərabər şəkildə paylanmasına xidmət göstərir. Bundan əlavə, ölkəmizin ayrı-ayrı bölgələrində çoxlu sayda su elektrik stansiyaları tikilib. O cümlədən Naxçıvan Muxtar Respublikasında tikilmiş su elektrik stansiyalarının generasiya gücü bütün muxtar respublikanın tələbatını ödəmək iqtidarındadır. Həyata keçirilən layihələrin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan daxili istehsal hesabına özünü elektrik enerjisi ilə tam təmin edir, hətta ölkəmizin bu sahədə müəyyən ixrac imkanları da yaranıb. Təkcə 2019-cu ildə ölkəmiz elektrik enerjisinin ixracından təqribən 60 milyon dollar vəsait qazanıb. Azərbaycanın qısa müddətdə özünün enerji müstəqilliyini təmin etməsi və elektrik enerjisini idxal edən ölkədən ixracatçı ölkəyə çevrilməsi böyük uğurdur.
“Reabilitasiya Proqramı”na əsasən, 1000 meqavatdan artıq “itirilmiş” gücün bərpa edilməsi nəzərdə tutulub
Ölkəmizdə elektrik enerjisi istehsalının artmasında mövcud stansiyaların müəyyən səbəblərdən “itirilmiş” güclərinin bərpası da böyük əhəmiyyət daşıyır. “Azərenerji” son iki il ərzində mövcud stansiyaların generasiya güclərinin bərpası barədə yeni layihə təqdim edib. “Reabilitasiya proqramı”nın icrası generasiya güclərini artırmaq üçün yeni imkanlar yaradır. Bəhs olunan layihə çərçivəsində Bakı və Abşeron yarımadası da daxil olmaqla ölkənin enerji sistemində xüsusi rolu olan “Səngəçal” Elektrik Stansiyasında 100 meqavata qədər “itirilmiş” güc bütünlüklə bərpa olunub. Ümumiyyətlə, “Azəreneri” bəhs olunan “Reabilitasiya Proqramı”na uyğun olaraq 12 elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri aparır ki, həmin elektrik stansiyalarından 6-sı məhz “Səngəçal” kimi modul tipli elektrik stansiyalarıdır. İndiyədək həmin 6 modul tipli elektrik stansiyalarında ümumilikdə 250 meqavatdan artıq “itirilmiş” güc bərpa edilib. 2018-2021-ci illəri əhatə edən “Reabilitasiya Proqramı”na əsasən, 1000 meqavatdan artıq “itirilmiş” gücün bərpa edilməsi ilə yanaşı, etibarlılıq və dayanıqlığın təmin olunması da qarşıya əsas məqsəd kimi qoyulub.
Hazırda “Azərenerji” tərəfindən Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında həyata keçirilən bərpa işləri uğurla tamamlanmaq üzrədir. Məlum olduğu kimi, bəhs olunan stansiyada 2018-ci ilin iyul ayında qəza baş vermişdi. Bərpa layihəsi çərçivəsində stansiyadakı 8 blokun hamısı yenidən qurulub. Stansiyada bərpa olunan güclərin həcmi 600 meqavata yaxındır ki, bu da kifayət qədər böyük həcmdir. Hər biri 300 meqavat qoyuluş gücü ilə ayrıca elektrik stansiyası statusunda olan 8 enerji bloku ayrı-ayrılıqda qəzaya qədər 190-250 meqavat güc əldə edə bilirdisə, yenidənqurmadan sonra bu rəqəm 300 meqavatdan da artıq həcmə yüksəlib.
Paralel olaraq 2018-ci ildə qəza baş verən 330 kilovoltluq yarımstansiya tam yenidən qurulub və 330 kV-luq yeni idarəetmə mərkəzi tikilib. “Azərbaycan” İstilik Elektrik Stansiyasında yerləşən, ölkənin ən böyük yarımstansiyalarından biri olan 500 kilovoltluq yarımstansiyada da yenidənqurma işləri başa çatıb. Bundan başqa, su kanalının beton qatı yenilənib, “Qarabağ” kanalının üzərindən əhali üçün yeni körpü tikilərək yol çəkilib. Həmçinin stansiyanın 6 mərtəbəli mühəndis korpusu tamamilə yenidən qurulub. Bundan başqa elektrik stansiyasının azot-oksigen, hava kompressor sahələrində, yağ və reagent təsərrüfatlarında, kimya sexində işlər başa çatıb.
Ümumilikdə, görülən işlər nəticəsində istismar müddətini bitirən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasının ömrü ən azı 20 il uzadılıb, etibarlıq, dayanıqlılıq, səmərəlilik və təhlükəsizlik yüksək səviyyədə təmin edilib. Prezident İlham Əliyev Mingəçevirdəki İstilik Elektrik Stansiyasında və bütövlükdə ölkənin elektrik enerjisi təsərrüfatında görülən işlərdən məmnunluğunu bildirərək vurğulayıb: “Son illər ərzində energetika sahəsində çox böyük işlər görülüb, həm generasiya gücləri artıb, eyni zamanda, siz itirilmiş gücləri bərpa edirsiniz. Yaxın zamanlarda Mingəçevirdəki İstilik Elektrik Stansiyasının da yenidənqurmadan sonra açılışını edəcəyik. Əslində, bu, yenidən tikilmiş 2400 meqavat gücündə elektrik stansiyasıdır və yarımstansiyaların tikintisi. Məhz buna görə bu gün enerji təminatı ilə dayanıqlılıq əmsalına görə Azərbaycan dünya miqyasında ikinci yerdədir. Özü də bunu biz demirik, Davos Ümumdünya İqtisadi Forumu deyir. Yəni, biz bir çox inkişaf etmiş ölkələri də qabaqlamışıq və işlər davam edir. Mənim rayonlara səfərlərim çərçivəsində də yeni yarımstansiyalar açılır. Bu yaxınlarda Tərtərdə, Ağcabədidə iki yarımstansiya açılıbdır. İndi “Əhmədli” yarımstansiyası, “8-ci Kilometr”, “Xırdalan”, “Buzovna”, “Ağ şəhər”.
Bütövlükdə, respublikamızın enerji təchizatının möhkəmləndirilməsi və bu sahədə dayanıqlılığın təmin edilməsi məqsədilə həyata keçirilən işlər kompleks səciyyə daşıyır və layihələr bir-birini tamamlayır. Bu baxımdan müasir avadanlıqlar və proqram təminatı ilə təchiz ediləcək yeni SCADA sisteminin qurulması da mühüm əhəmiyyət daşıyır. Yeni sistem əsas və Ehtiyat Dispetçer İdarəetmə Mərkəzindən, 7 Regional Monitorinq Mərkəzindən ibarət olmaqla, ilkin mərhələdə 21 elektrik stansiyasını və 70 yarımstansiyanı əhatə edəcək. Aartıq yeni SCADA sisteminə qoşulacaq enerji obyektlərində müvafiq işlər aparılıb, o cümlədən, yeni avadanlıqların yerləşəcəyi obyektlərdə otaqların təmir-bərpa işləri yekunlaşdırılıb.
Yeni SCADA sistemi layihəsi çərçivəsində müasir dispetçer telefon rabitəsi yaradılır. Təhlükəsizlik sistemi isə kiberhücumlara qarşı tam cavab verə biləcək səviyyədə qurulur. Rabitə və telekommunikasiya avadanlıqları xarici ölkələrdən gətirilir. Ümumi uzunluğu 1300 km olacaq əlavə fiber-optik kabelin çəkilişi davam edir. Yeni radiorabitə sisteminin təkmilləşdirilməsi üzrə işlər aparılır.
İsveçrənin ABB şirkəti ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq 1 avqust 2019-cu il tarixindən layihənin icrasına başlanılıb və yeni SCADA layihəsinin 31 dekabr 2020-ci il tarixində tam başa çatdırılması nəzərdə tutulub.Yenilənəcək SCADA sistemi müasir idarəetməni nəzərdə tutur. Burada bütün proseslər tam avtomatik rejimdə icra ediləcək. Bununla da etibarlılıq və təhlükəsizlik güclənəcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

