Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Nikol Paşinyan Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində də gülünc vəziyyətə düşdü

Nikol Paşinyan Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində də gülünc vəziyyətə düşdü

23.06.2020 [00:38]

Ekspertlər hesab edirlər ki, Ermənistanın baş naziri Sammitdə Azərbaycan Prezidenti tərəfindən səsləndirilən tarixi həqiqətlər və faktlar qarşısında aciz durumda qaldı

Məlum olduğu kimi, Azərbaycan Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasətini ifşa etmək, Dağlıq Qarabağ problemi ilə bağlı əsl həqiqətləri dünya birliyinin nəzərinə çatdırmaq və münaqişənin tezliklə ədalətli həllinə nail olmaq üçün bütün beynəlxalq platformalardan maksimum dərəcədə istifadə edir. Bu baxımdan, iyunun 18-də keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammiti də istisna olmayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdəki çıxışında Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyini, həmin ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirdiyini vurğulayıb və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin hələ də Ermənistan tərəfindən icra edilmədiyini bildirib.

Məsələ ilə bağlı Milli Məclisin İntizam Komissiyasının sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib ki, dövlətimiz Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipial mövqedən çıxış edərək Ermənistanın işğalı nəticəsində pozulmuş ərazi bütövlüyünün təmin olunmasına çalışır. Onun sözlərinə görə, Azərbaycanın prinsipial mövqeyi ilk növbədə tarixi faktlara və beynəlxalq hüquqa əsaslanır. “Forpost dövlət olan Ermənistan bütün vasitələrdən istifadə etməklə substantiv danışıqlardan yayınmağa və beləliklə də, işğal məhsulu olan status-kvonu qoruyub saxlamağa çalışır. Şərq Tərəfdaşlığı Sammitində çıxışında işğalçı dövlətin qeyri-konstruktiv mövqeyinə diqqət çəkən Prezident İlham Əliyev Ermənistanın təcavüzkarlığını faktlarla səsləndirib”,-deyən YAP İdarə Heyətinin üzvü qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın bütün işğal edilmiş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş müvafiq sənədlərə əməl etmək əvəzinə, işğal altındakı ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir.

E.İbrahimov söyləyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanı Valday Klubunun toplantısında, Aşqabadda MDB dövlət başçılarının Sammitində, Münxen Təhlükəsizlik Konfransında necə çıxılmaz duruma saldığı hər kəsin yadındadır: “Eyni hal bu dəfə Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində də yaşanıb. Belə ki, Ermənistanın baş nazir N.Paşinyan Azərbaycan Prezidentinin çıxışına isterik tərzdə reaksiya verib. N.Paşinyan həm gülüş doğuran tərzdə ingilis dilində, həm də erməni dilində danışmağa başlayıb. Xüsusilə, N.Paşinyanın erməni dilində danışığı videokonfrans iştirakçılarında çaşqınlıq yaradıb və istehza ilə qarşılanıb. Sammitdə Prezident İlham Əliyevin çıxışına cavab verməyə çalışan N.Paşinyan Aşqabatda MDB dövlət başçılarının Zirvə görüşündə, Münxen Təhlükəsizlik Konfransında və Valday Klubunun toplantısında olduğu kimi, gülünc vəziyyətə düşüb. Prezident İlham Əliyev bir daha söz alaraq faktlara əsaslanmaqla səlis və mükəmməl ingilis dilində N.Paşinyanın yalanlarını ifşa edib. Ramil Səfərov məsələsində Paşinyanın iddalarını darmadağın edən dövlətimizin başçısı erməni terrorizmini əks etdirən faktlar səsləndirirərək Paşinyana sakit oturmağı tövsiyə etdi. Beləliklə, Paşinyan növbəti dəfə dərsini aldı”.

“Prezident İlham Əliyev Şərq Tərəfdaşlığı Sammitində yenə də Ermənistan baş nazirinin yalanlarını ifşa edib və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyini, eləcə də tarixi faktlar və reallıqları qətiyyətlə bəyan etdi, Paşinyana növbəti dəfə tarix dərsi keçdi. Dövlətimizin başçısı Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini, Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi olmadığını bir daha səsləndirdi”. Bu fikirləri isə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr  komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Azərbaycanın qəti və birmənalı mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır: “Çünki Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Ermənistanın baş nazirinin tarixi təhrif edərək, insan hüquqları və demokratiya pərdəsi altında irqiçilidə ölkəmizi ittiham etməsi, özlərinin bugünədək həyata keçirdiyi işğalçı və şovinist siyasətlərini ört-basdır etmək üçün uğursuz cəhdi idi”.

“Növbəti dəfə Paşinyan Azərbaycan  Prezidenti tərəfindən səsləndirilən tarixi həqiqətlər və təqdim edilən faktlar qarşısında aciz durumda qaldı. Ermənistanın baş naziri Ramil Səfərov məsələsində də beynəlxalq ictimaiyyəti aldatmağa çalışsa da, Prezident İlham Əliyevin tutarlı arqumenti qarşısında susmağa məcbur oldu. Bir daha aydın oldu ki,  Ermənistan dövləti terrorçuları  himayə edir”,- deyə S.Fətəliyeva vurğulayıb.

Nardar BAYRAMLI

 
Paylaş:
Baxılıb: 394 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31