Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmaya son qoymalıdır
30.06.2020 [09:34]
Ekspertlər hesab edirlər ki, beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın işğalçılıq və qanunsuz məskunlaşdırma siyasətinin qarşısını almaq üçün qəti addımlar atmalıdırlar
Məlum olduğu kimi, dövlətimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipial mövqedən çıxış edərək Ermənistanın işğalı nəticəsində pozulmuş ərazi bütövlüyünün təmin olunmasına çalışır. Respublikamız nümayiş etdirdiyi prinsipial mövqeyində ilk növbədə tarixi faktlara və beynəlxalq hüquqa əsaslanır. Yeri gəlmişkən, iyunun 25-də Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında Ermənistanın işğalçılıq siyasəti, işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma, beynəlxalq təşkilatların, ATƏT-in Minsk qrupunun bu məsələlərə münasibət bildirməsi, işğalın nəticələrini qanuniləşdirmək cəhdlərinin yolverilməzliyi barədə fikirlərini geniş şəkildə ifadə edib.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında vacib məqamlara toxunub. İşğal edilmiş torpaqlarda bu gün ermənilərin qanunsuz məskunlaşma siyasətinin aparıldığını deyən millət vəkilinin sözlərinə görə, cənab Prezident bəyan edib ki, qanunsuz məskunlaşmaya son qoyulmalı, beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələyə xüsusi diqqət yetirməlidirlər: “Dövlətimizin başçısının qeyd etdiyi kimi, ermənilər əvvəlcə indiki Ermənistan ərazisində, indi isə Dağlıq Qarabağda və ətraf bölgələrdə Azərbaycan toponimlərini dəyişdiriblər, orada yeni “sərhədlər” çəkiblər, bizim tarixi keçmişimizi, məscidlərimizi məhv ediblər. Onlar, həmçinin tarixi abidələrimizi, torpaqlarımızı erməniləşdirmək istəyirlər. Cənab Prezident həmişə olduğu kimi, bu dəfə də konkret olaraq vurğuladı ki, Azərbaycan münaqişə ilə bağlı öz mövqeyində möhkəm dayanıb və bir addım geri atmayacaq. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Ərazi bütövlüyü prinsipi insanların, xalqların öz müqəddəratını təyin etmək prinsipindən üstündür”.
E.Məmmədov qeyd edib ki, beynəlxalq təşkilatlar da hazırda ərazi bütövlüyü prinsipini xüsusilə qeyd edirlər: “Dövlətimizin başçısı bir daha bəyan etdi ki, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Azərbaycan Ordusu öz torpaqlarını işğalçılardan azad etməyə qadirdir. Biz bunu həm 2016-cı ilin, həm 2018-ci illərin hərbi əməliyyatları nəticəsində düşmənə və dünyaya sübut etdik. Əgər oğru, quldur dəstəsinin, terrorizmin vətəni olan Ermənistan sülh yolu ilə torpaqlarımızı qaytarmaq istəmirsə, Ali Baş Komandanın bir əmri kifayətdir ki, şanlı ordumuz hərb meydanında öz sözünü desin və düşməni yerində oturtsun”.
Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu da bildirib ki, Azərbaycanın işğal edilmiş ərazilərində işğalçı ölkə tərəfindən davamlı olaraq qeyri-qanuni məskunlaşdırma həyata keçirilir. Ermənilərin Azərbaycan ərazilərində coğrafi adları kütləvi şəkildə dəyişdirməsi bir neçə məqama xidmət edir. Ermənistan indi olduğu kimi, gələcəkdə də həmin ərazilərin ermənilərə məxsus olduğu iddialarını gündəmə gətirəcək. Onun sözlərinə görə, məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Ermənistan bununla işğalçılıq siyasətinə legitimlik donu geyindirmək istəyir: “Sanki, həmin ərazilər onlara aid olub və bu gün onlar bu ərazilərə qayıdırlar. Cənab Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında xüsusi vurğuladı ki, bu məsələyə çox diqqətlə yanaşmaq lazımdır. Ölkə başçısı beynəlxalq təşkilatların, xüsusilə də münaqişənin tənzimlənməsi prosesində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun məsələyə ciddi diqqət yetirməsini vacib hesab edir. Çünki Minsk qrupunun həmsədr dövlətləri regionda kifayət qədər təsir imkanlarına malikdirlər. Eyni zamanda, ayrılıqda da Ermənistana təsir etmə gücü mövcuddur. Ona görə də onlar işğalçı Ermənistanı bu addımlardan çəkindirməlidirlər”.
Millət vəkili vurğulayıb ki, ATƏT-in Minsk qrupunun missiyası münaqişəni dinc vasitələrlə həll etməkdən ibarətdir: “Amma ermənilər işğalda saxladıqları Azərbaycan ərazilərində kütləvi məskunlaşdırma həyata keçirməklə, bizim torpaqların coğrafi adlarını dəyişdirməklə münaqişənin tənzimlənməsi prosesini sual altında qoymuş olur. Belə olan halda, təbii ki, Azərbaycan reallığı qiymətləndirərək münaqişənin tənzimlənməsində hərbi vasitələrə əl ata bilər. Ölkə Prezidenti bu məsələyə də diqqət yetirdi ki, biz geosiyasi prosesləri diqqətlə izləməliyik və bununla yanaşı, hərbi gücümüzü daha da artırmalıyıq. Bu da o anlama gəlir ki, ilk əlverişli geosiyasi reallıq yarandığı təqdirdə, biz güclü hərbiyə malik olmaqla öz torpaqlarımızı işğaldan müharibə yolu ilə azad etməliyik. Çünki cənab Prezident tərəfindən edilən bu çağırış məhz buna hesablanıb. Ona görə də beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk Qrupu Azərbaycan Prezidentinin bu fikirlərinə çox həssas yanaşmalıdırlar. Bu gün münaqişənin dinc tənzimləmə imkanlarından istifadə etməlidirlər”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

