EANA-ya üzv agentliklərin növbəti vebseminarında medianın aktual problemləri müzakirə olunub
14.07.2020 [09:00]
Pandemiya jurnalistlərin də fəaliyyətinə təsir edir, doğru olmayan məlumatların yayılması medianın işini çətinləşdirir. Hazırda feyk xəbərlərlə mübarizə informasiya agentliklərinin fəaliyyətinin əsas istiqamətinə çevrilib.
Bu fikirləri France Press agentliyinin prezidenti Fabris Fris Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv agentliklərin rəhbərlərinin və nümayəndələrinin onlayn görüşündəki məruzəsində səsləndirib.
O, pandemiya dövrünün informasiya agentliklərinin fəaliyyətinə təsirindən danışaraq deyib: “Hazırkı vəziyyət sifarişlərin azalmasına səbəb olur. Buna baxmayaraq, biz fəaliyyətimizi şaxələndirməyə, yeni sahələrdə özümüzü sınamağa çalışırıq. Feyk xəbərlərlə mübarizə bizim fəaliyyətimizin əsas istiqamətinə çevrilib. İndiki dövrdə buna həqiqətən böyük ehtiyac var”.
Vebseminarda çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov vurğulayıb ki, hazırda qlobal müstəvidə səylər və birgə addımlar mövcud problemlərin həlli baxımından mühüm rol oynaya bilər. COVID-19 ilə mübarizədə ölkəmizin qlobal həmrəylik təşəbbüslərini diqqətə çatdıran İdarə Heyətinin sədri deyib: “Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının bu mövzuya həsr olunmuş videokonfransında Prezident İlham Əliyev BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürdü. Bu təşəbbüsü 130 ölkə dəstəklədi və sessiyanın keçiriləcəyi gün uzaqda deyil”.
Aslan Aslanov avropalı həmkarlarını AZƏRTAC-da fəaliyyətin epidemioloji şəraitə necə uyğunlaşdırıldığı barədə məlumatlandırıb. Həmçinin qeyd edib ki, informasiya agentlikləri pandemiyanın başlanğıcından bəri feyk xəbərlərlə mübarizə işinə qlobal səviyyədə böyük töhfələr veriblər və bu istiqamətdə səyləri davam etdirirlər.
Böyük Britaniyanın Press Association Agentliyinin baş icraçı direktoru Klayv Marşal, EANA-nın prezidenti, Almaniyanın DPA agentliyinin baş icraçı direktoru Piter Kropş, İtaliyanın ANSA agentliyinin baş direktoru Stefano De Alessandri və başqaları müzakirələrdə iştirak edərək xəbər agentliklərinin gələcəyi, böhran vəziyyətlərinin jurnalistikaya təsirləri, mətbuatın transformasiya istiqamətləri barədə fikirlərini bildiriblər.
Qeyd edək ki, Avropa Xəbər Agentlikləri Alyansı 1956-cı ildə Strasburqda təsis olunub. Dünya informasiya siyasətinə mühüm təsir imkanlarına malik bu media təşkilatı öz sıralarında Avropanın 32 aparıcı xəbər agentliyini birləşdirir. Buraya Böyük Britaniyanın Press Association, Fransanın France Press, Almaniyanın DPA, İspaniyanın EFE, Rusiyanın TASS, Türkiyənin Anadolu kimi böyük agentlikləri daxildir. 2008-ci ildən EANA-nın üzvü olan AZƏRTAC təşkilatın fəaliyyətində yaxından iştirak edir.
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45

