/ / Ticcani Məhəmməd-Bande: Biz Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycana bu çox mühüm sessiyanın keçirilməsinə təkid etdiyi üçün minnətdarıq
Ticcani Məhəmməd-Bande: Biz Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycana bu çox mühüm sessiyanın keçirilməsinə təkid etdiyi üçün minnətdarıq
04.09.2020 [09:37]
Biz Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycana bu çox mühüm sessiyanın keçirilməsinə təkid etdiyi üçün, BMT Baş Assambleyasına isə sessiyanın keçirilməsinə razılıq verdiyi üçün minnətdarıq. Baş Assambleyanın pandemiyaya həsr olunan xüsusi sessiya keçirməsi ilə bağlı təklif COVID-19-a qarşı qlobal öhdəliyi səfərbər etmək baxımından etibarlı platformadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT Baş Assambleyasının sədri Ticcani Məhəmməd-Bande Baş Assambleyanın COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr edilmiş 31-ci xüsusi sessiyasının təfərrüatları üzrə qətnamə layihəsi ilə əlaqədar keçirilən ilk qeyri-rəsmi məsləhətləşmə zamanı bildirib.
“Bizim koordinatorlar sizin əməkdaşlığınız və dəstəyinizlə danışıqlar üçün möhkəm zəmin yaradan gözəl layihə hazırlayıblar. İnanıram ki, xüsusi sessiya daha çox sayda dünya liderlərinin pandemiyaya nəticəyönümlü reaksiya verməsinə şərait yaradacaq. Bu isə öz növbəsində, pandemiyaya və onun insanların həyatına və həyat şəraitinə mənfi təsirlərinin azaldılmasına qarşı mübarizədə Baş Assambleyanın qlobal bir tərəfdaş kimi rolunu daha da gücləndirəcəkdir”, - deyə Ticcani Məhəmməd-Bande qeyd edib.
BMT Baş Assambleyasının sədri inandığını bildirib ki, bu xüsusi sessiya beynəlxalq ictimaiyyətin pandemiyaya qarşı əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsi üçün gözəl imkan olacaq. “BMT-nin üzvü olan çoxsaylı dövlətlərin xüsusi sessiyanın uğurla baş tutmasına göstərdiyi maraq məni çox sevindirir və bu sessiyanın təşkilinə töhfələrini vermiş şəxslərə minnətdarlığımı bildirirəm”, - deyə o əlavə edib.
Ticcani Məhəmməd-Bande, eyni zamanda, BMT-nin bütün üzv dövlətlərini bu proses zamanı koordinatorlarla əməkdaşlıq ruhunda daha yaxından işləməyə çağırıb: “Hamınızı pandemiya problemini həll etmək üçün detallarla bağlı təcrübə mübadiləsi aparmaq üçün əlverişli platforma olaraq bugünkü müzakirələrdən yararlanmağa dəvət edirəm. Mövcud vəziyyət bizim COVID-19 virusuna qalib gəlməyimiz üçün birlikdə işləməyimizi və çoxtərəfli əməkdaşlığı gücləndirməyimizi zəruri edir”.
Sədr deyib: “Hamı üçün daha yaxşı dünya qurmağa çalışdığımız bir vaxtda BMT Baş Assambleyası davamlı inkişaf üçün qlobal tərəfdaşlıqların möhkəmləndirilməsində sizin tərəfdaşınız olaraq qalacaq”.
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13

