Prezident İlham Əliyevin Türkiyəyə dəstəyi qardaş ölkənin KİV-lərinin manşet xəbərinə çevrilib
04.09.2020 [09:44]
Prezident İlham Əliyevin sentyabrın 2-də Yunanıstanın Azərbaycandakı yeni səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən Türkiyəyə dəstəklə bağlı söylədiyi fikirlər qardaş ölkənin kütləvi informasiya vasitələrinin manşet xəbərinə çevrilib.
AZƏRTAC xəbər verir ki, Anadolu və İHA agentlikləri, TRT HABER, CNN TÜRK, A HABER, TGRT HABER televiziya kanalları, “Milliyet”, “Hürriyet”, “Sözcu”, “Takvim”, “Star” və digər qəzetlər “Azərbaycan Prezidenti Əliyevdən Türkiyəyə dəstək”, “Azərbaycandan Türkiyəyə Şərqi Aralıq dənizi dəstəyi: tərəddüdsüz dəstəkləyirik!”, “Prezident Əliyev yunan səfirin üzünə söylədi: Aralıq dənizində Türkiyəni tərəddüdsüz dəstəkləyirik”, “Nazir Çavuşoğludan Azərbaycan Prezidenti Əliyevə Şərqi Aralıq dənizi ilə bağlı təşəkkür”, “Azərbaycandan Türkiyəyə Şərqi Aralıq dənizi dəstəyi”, “Azərbaycan Prezidenti İlham Əliyevdən Şərqi Aralıq dənizi mesajı: Türkiyəni tərəddüdsüz dəstəkləyirik” və digər sərlövhəli xəbərlərlə türkdilli oxucuları mövzu ilə bağlı məlumatlandırıblar.
“Ermənistan ilə hərbi əməkdaşlıq Azərbaycana qarşı ciddi təhdiddir”, “Bütün hallarda Türkiyəni dəstəkləyirik” kimi alt başlıqların yer aldığı materiallarda Prezident İlham Əliyevin aşağıdakı fikirləri diqqətə çatdırılır: “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq. Toxunulası bir müsbət məsələ tapmaq istəyirəm, amma əfsuslar olsun ki, tapa bilmirəm. Ola bilsin, biz ümid edirik ki, Yunanıstanın nisbətən bu yaxınlarda iqtidara gəlmiş yeni hökuməti əvvəlki hökumətin Azərbaycana qarşı siyasətini yenidən nəzərdən keçirəcək və biz təmasları bərpa edə, müsbət dinamika yaradan məsələləri müzakirə edə bilərik”.
TRT HABER, A HABER və digər televiziya kanalları xəbər buraxılışlarında mövzu ilə bağlı xüsusi reportajlar yayıblar. Bu reportajlarda tarixi köklərə bağlanan Azərbaycan-Türkiyə münasibətlərinin əhəmiyyətindən danışılıb, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərini tərənnüm edən, eləcə də iki ölkənin liderliyi ilə həyata keçirilən beynəlxalq iqtisadi layihələrlə bağlı mərasimlərə dair kadrlar nümayiş olunub.
Qeyd edək ki, Türkiyənin yüksək səviyyəli rəsmiləri dövlətimizin başçısına bu dəstəyə görə minnətdarlıq ediblər. Xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsindəki paylaşımında deyir: “Çox təşəkkür edirəm cənab Prezident! Can Azərbaycanın dəstəyinə heç vaxt şübhəmiz olmadı. Türkiyə də həmişə tərəddüdsüz Azərbaycanın yanında olacaq”. Nazir, həmçinin Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını qeyd edərək dövlət bayraqlarımızın qoşa təsvirini paylaşıb.
Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın isə “Twitter” səhifəsində “Bir millət, iki dövlət, bütün dünyaya örnək” paylaşımını edib.
Xəbər lenti
Hamısına baxGündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45

