Aqil Abbas: Bu gün ölkəmizdə güclü milli həmrəylik mövcuddur
03.10.2020 [09:11]
“Azərbaycan dövlətinin öz torpaqlarını işğaldan azad etməsi onun qanuni haqqıdır. Heç kim bizi bu yoldan döndərə bilməz. Məsələ ilə bağlı Prezident İlham Əliyev də prinsipial mövqeyini ortaya qoyub. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Ermənistan tərəfi danışıqları pozub, təxribatla məşğuldur. Belə olan halda, işğalçıların cavabı verilməlidir və verilir”. Bu fikirləri Milli Məclisin deputatı Aqil Abbas deyib.
Aqil Abbas bildirib ki, sentyabrın 27-də cəbhədəki gərginlik Ermənistanın növbəti açıq təxribatı nəticəsində baş verib. Onun sözlərinə görə, ordumuz düşmənə layiqincə cavab verib və hazırda əks-hücum əməliyyatı ilə torpaqlarımızı işğaldan azad edir: “Cənab Prezident BMT tribunasından söylədi ki, Ermənistan yeni müharibəyə hazırlaşır. Bir müddət əvvəl işğalçı ölkənin müdafiə naziri yeni ərazilər üçün yeni müharibənin başlanacağını demişdi. Ermənilərin məqsədi münaqişəni alovlandırmaq və üçüncü dövlətləri, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərini bu prosesə cəlb etmək idi. Ancaq bu çirkin niyyətlərinə nail ola bilmirlər və bilməyəcəklər də. Cənab Prezident dəfələrlə bəyan edib ki, Azərbaycanın başqa ölkələrin torpaqlarında gözü yoxdur, bizim məqsədimiz öz ərazi bütövlüyümüzü bərpa etməkdir. Hesab edirəm ki, erməni təxribatlarının qarşısı birdəfəlik alınmalıdır, torpağımızı azad etməliyik və şanlı Ordumuz bu vəzifəsinin öhdəsindən gəlməkdədir”.
Millət vəkili qeyd edib ki, Azərbaycanın resursları Ermənistandan qat-qat artıqdır: “Həm hərbi texnika, həm ən müasir hərbi silah-sursat, həm də insan resurslar baxımından bu fərq hiss olunur. Azərbaycan Ordusu həm Aprel döyüşlərində, həm Günnüt əməliyyatında, həm də Tovuz döyüşlərində ermənilərə lazımi dərs vermişdi. Görünür, bundan nəticə çıxarmadılar. İndi isə rəşadətli ordumuz düşmənə daha sarsıdıcı zərbələr endirir, torpaqlarımızı addım-addım işğaldan azad edir. Biz onlardan qat-qat güclüyük. Eyni zamanda, Azərbaycan ədalətli müharibə aparan tərəfdir. Ədalətli müharibə aparanlar isə ədalətsizlərə hər zaman qalib gəliblər. Eyni zamanda, beynəlxalq hüquq da bizim tərəfimizdədir. Azərbaycan hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb. Ermənilər isə beynəlxalq hüquqa məhəl qoymurlar. Belə olan halda, onlarla güc dili ilə danışmaq lazımdır və danışırıq da”.
Bu gün ölkəmizdə vətənpərvərlik ruhunun çox yüksək səviyyədə olduğunu deyən Aqil Abbasın sözlərinə görə, insanlar torpaqlarımızı işğaldan azad etmək üçün könüllü müraciət edirlər: “Bu gün ölkəmizdə güclü milli həmrəylik mövcuddur. Xalqımız ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, ordumuzun ətrafında sıx birləşib. Vətəndaşlar bu məsələdə dövlətə güclü dəstək nümayiş etdirir. Yəni əgər söhbət Qarabağdan, torpaqlarımızın işğaldan azad olunmasından gedirsə, burada başqa söhbət ola bilməz. Ordumuzun Ermənistanın təxribatlarına qarşı adekvat cavabı Paşinyanın sonunu gətirəcək. Artıq o son görünür. Azərbaycan Ordusu Ali Baş Komandanın əmrini qətiyyətlə həyata keçirir. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin sentyabrın 30-da yaralı əsgərlərimizlə görüşündə dediyi kimi, artıq ordumuz işğal altında olan torpaqlarımızı azad edib müqəddəs bayrağımızı həmin torpaqlara sancırlar və bayrağımız tezliklə Şuşaya sancılacaq. Bu müqəddəs yolda hər kəs Prezidentimizin ətrafında sıx birləşməlidir!”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19

