/ / Razi Nurullayev: Hazırkı dönəmdə milli həmrəyliyə xidmət edən hər bir addım böyük əhəmiyyətə malikdir
Razi Nurullayev: Hazırkı dönəmdə milli həmrəyliyə xidmət edən hər bir addım böyük əhəmiyyətə malikdir
09.10.2020 [08:47]
“Bu günlərdə tariximizin ən məsuliyyətli dövrünü yaşayırıq. Torpaqlarımızın işğaldan azad olunması prosesinin getdiyi bir vaxtda bütün cəmiyyətimiz vahid mövqe nümayiş etdirir. 50 siyasi partiya rəhbərinin iştirakı ilə bir neçə gün öncə Prezident Administrasiyasında “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında keçirilən görüş də bu baxımdan önəmlidir”. Bu fikirləri Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev deyib.
R.Nurullayev bildirib ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə keçirilən görüşdə ölkənin siyasi partiyalarının rəhbərləri bir araya gəlməklə Azərbaycanda yaşanan milli və siyasi həmrəyliyi bir daha nümayiş etdiriblər. Onun sözlərinə görə, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və Onun yanında olduqlarını bildiriblər: “Çünki biz müasir tariximizin və haqq mübarizəmizin ən məsuliyyətli və ən qürurlu mərhələsini yaşayırıq. Bu günlərdə milli həmrəyliyə xidmət edən hər bir addım böyük əhəmiyyətə malikdir. Siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edən bu addım milli həmrəyliyin, xalq-hakimiyyət birliyinin təcəssümüdür. Hesab edirəm ki, bu gün hər bir vətəndaş siyasi baxışlarından asılı olmayaraq Qarabağı düşünməlidir. Bu baxımdan, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların həmrəylik nümayiş etdirməsi, Ali Baş Komandanın ətrafında daha sıx birləşməsi, dövlətçilik mövqeyindən çıxış etməsi böyük önəm kəsb edir. Bu gün ölkəmizdə heç vaxt olmadığı qədər milli birlik mövcuddur. Milli Cəbhə Partiyasının sədri olaraq bəyan etmişəm ki, mən və partiyamızın bütün üzvləri torpaqlarımızın işğaldan azad olunması naminə döyüşə getməyə və şəhid olmağa hazırıq. Biz belə bir zamanda Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmişik və bütün siyasi partiyaları da bu birliyə dəvət edirik. Baş verən proseslər milli birliyimizi və siyasi dialoqu zəruri edir. Və bu istiqamətdə atılan addımlar məmnunluq doğurur”.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02

